Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu .....                     Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən .....                     İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ .....                     AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək .....                     "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb" .....                     ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır .....                     Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? .....                     Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? .....                     Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? .....                     Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib .....                     "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" .....                     Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi .....                     AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi .....                     Bu dövlət qurumu ləğv edilir .....                     Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                     Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ .....                     Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... .....                     ABŞ dərdimizə ŞƏRİK OLDU .....                     Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR .....                     Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib .....                     AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb .....                     TƏYYARƏMİZİ RUSLAR VURUB! .....                     Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı .....                     Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI .....                     Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına .....                     "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb .....                     "Canlarını qoymağa yer tapmırlar dünəndən..." .....                     Paşinyan Bakıya başsağlığı verdi .....                     Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? .....                     Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib .....                     Kanal kimin olacaq? .....                     Direktor şagirdi formaya görə cəzalandıra bilər? .....                     BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb .....                     "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" .....                     Balaəli məhkəməyə verildi .....                     Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib .....                     “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” .....                     Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? .....                     "Ekipaj üzvləri əllərindən gələni etdilər" .....                 

"Beynəlxalq müşahidəçilikdən vacibi budur" - deputat
Tarix: 6-12-2024, 09:01 | Çap et
"Beynəlxalq müşahidəçilikdən vacibi budur"
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun bələdiyyə seçkilərinə heç bir beynəlxalq müşahidəçi dəvət edilməyəcəyi haqda dedikləri müzakirə mövzusuna çevrilib. MSK sədri bildirib ki, bələdiyyə seçkiləri daxili məsələdir: “Kim müraciət etsə, biz qəbul edəcəyik, amma müşahidəçi dəvət etməyəcəyik”.

Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Elman Nəsirov “Turan”a bildirib ki, bələdiyyə seçkilərinə beynəlxalq aləmdə də çox ciddi səviyyədə maraq olmur: “Təbii ki, prezident seçkisinə, parlament seçkilərinə beynəlxalq reaksiya, beynəlxalq təşkilatların həmin prosesi diqqətlə müşahidə etməsi anlaşılandır. Amma bələdiyyə seçkilərinin müşahidəsində beynəlxalq təşkilatlar hətta ayrı-ayrı illərdə iştirak etsələr də, onlar üçün bu, xüsusi maraq doğurmayıb, ciddi fəallıqları da olmayıb”.

E.Nəsirovun fikrincə, bu baxımından, MSK sədri M.Pənahovun fikri doğrudur: “Hər şey müqayisədə ortaya çıxır. Əgər beynəlxalq müşahidəçilər xüsusi maraqla bu prosesə qatılmaq istəsələr, onda biz tərəfdən də analoji addımlarımızın atılması məntiqlidir”.

REAL sədri Natiq Cəfərli bundan əvvəl bələdiyyə seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvətlər olduğunu deyib: “Məgər parlament və prezident seçkiləri ölkənin daxili seçkiləri deyilmi? Bu mənada həmin seçkilərlə bələdiyyə seçkiləri arasında fərq yoxdur. O biri seçkilərə beynəlxalq müşahidəçilər dəvət olunursa, deməli, bələdiyyə seçkilərinə də onları dəvət etmək lazım idi”.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da bildirib ki, MSK sədrinin açıqlaması təəccüb doğurur: “Ötən bələdiyyə seçkilərində 15 ölkəyə, o cümlədən Avropa Şurasının Yerli və Regional Hökumətlər Konqresinə müşahidəçilik üçün dəvət göndərilmişdi. Bu ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləməyib. Düşünürəm ki, Avropa Şurasının sözügedən konqresinə dəvət göndərilmədiyinə görə digər ölkələrə də dəvəti göndərməyi məqsədəuyğun hesab etmədilər”.

Bəs vacibdirmi beynəlxalq müşahidəçilərin gəlməsi? MDB-nin belə dəvət edilməməsi nə ilə bağlıdır?

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, bələdiyyə seçkilərində xarici müşahidəçilərin iştirak edib-etməyəcəkləri ilə bağlı məlumata malik deyil: “Xarici müşahidəçilərin dəvət edilməsi Mərkəzi Seçki Komissiyasının səlahiyyətindədir. Beynəlxalq müşahidəçilərin özlərinin iştirakla bağlı təşəbbüslərinin olub-olmadığı barədə isə məlumatsızam. Ən əsası yüksək səviyyədə, sakitlik və əmin-amanlıq şəraitində, azad, ədalətli seçki keçirməliyik. Beynəlxalq müşahidəçilikdən vacibi budur. Hər halda, MSK-nın da mövqeyində bu məqsəd rolunu oynayıb. Bələdiyyələr dünyanın hər yerində seçkili yerli özünüidarəetmə orqanı kimi qəbul olunur. Çox istərdim ki, bu seçkilərdə bələdiyyələrin fəaliyyətini canlandıra biləcək, vətəndaşlarımıza ləyaqətlə xidmət edəcək, təşəbbüskar namizədlər qalib gəlsin”.

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə bildirdi ki, ölkədə keçirilən bütün seçkilərə beynəlxalq və yerli müşahidəçilər cəlb edilib. Azərbaycanda sonuncu seçkilər də şəffaf şəkildə keçirilib: “Düzdür, heç bir seçki ideal deyil. Müəyyən problemlər olur. Amma biz görürük ki, xırda problemləri bəzi beynəlxalq təşkilatlar şişirdib süni şəkildə Azərbaycana qarşı əsassız təzyiq alətinə çevirməyə çalışırlar. Bəzi beynəlxalq təşkilatların müşahidəçiləri bəzən özünü burada müşahidəçi kimi deyil, tərəf kimi göstərirlər. Halbuki müşahidəçi tərəfkeşlik etməməli, qızışdırıcı mövqedə olmamalıdır. Azərbaycana qarşı Qərbin bir sıra təşkilatları əsassız iddialar ortaya qoyur. Xalqın iradəsinə zidd olaraq seçkiyə mənfi rəy verilir. Təcrübə göstərir ki, o cür beynəlxalq təşkilatların müşahidə missiyalarının seçkini izləməməsi daha məqsədəuyğundur. Çünki seçkinin necə keçməsindən asılı olmayaraq onlar obyektivlik nümayiş etdirəsi deyillər. Bəzi beynəlxalq təşkilatlar seçkiləri ölkələrdə qarışıqlıq yaratmaq fürsəti sayırlar. Biz seçkimizi keçiririk, o cür təşkilatlara isə fürsət verməyə ehtiyac yoxdur. Amma obyektiv şəkildə seçkini yüksək qiymətləndirən təşkilatlar da var. Sonuncu parlament seçkilərində Avropa Şurası istisna olmaqla, ATƏT və MDB müşahidəçiləri dəvət edildi. Parlament seçkilərində gördük ki, bəzi təşkilatlar əvvəlcədən hesabatlar hazırlamışdı. Seçkini müşahidə etmədən ittiham dolu bəyanatlar verdilər. Ola bilsin ki, həm də buna görə bu dəfə heç bir beynəlxalq və regional müşahidəçilər dəvət olunmadı. MDB müşahidə missiyasına gəlincə, görünür, onları buna görə dəvət etmədilər ki, əgər onlara dəvət göndərilsəydi, ATƏT və digər beynəlxalq təşkilatları da dəvət etmək lazım olacaqdı. Ona görə də balans saxlanılıdı deyə bilərik. Beynəlxalq təşkilatlar öz yanaşmalarında obyektiv olsalar, Azərbaycan hamısını dəvət edərdi. Azərbaycan istəyir ki, seçkidə qərəzli mövqe olmasın, obyektiv olaraq mövqe və hesabatlar olsun. Bunu isə bir sıra beynəlxalq təşkilatlar etmir. Azərbaycanda bələdiyyə seçkilərində Milli Cəbhə Partiyası olaraq iştirak edəcəyik. Düşünürəm normal bir seçki olacaq. Seçkinin müşahidəçiliyini seçkidə iştirak edən təşkilatlar və namizədlər özləri həyata keçirərlər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05
Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02
İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02
AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58
"AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23
ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02
Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00
Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58
Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12
Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Dünən, 18:11
"Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Dünən, 18:09
Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Dünən, 17:55
AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Dünən, 17:51
Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Dünən, 17:42
Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Dünən, 17:37
Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 17:32
Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:29
ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Dünən, 17:23
Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Dünən, 17:20
Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Dünən, 17:15
AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Dünən, 17:13
AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Dünən, 17:09
TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Dünən, 17:06
Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Dünən, 17:02
Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Dünən, 16:53
Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Dünən, 16:51
"Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Dünən, 16:49
"Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Dünən, 16:33
Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Dünən, 16:27
Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Dünən, 16:26
Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Dünən, 16:25
Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Dünən, 16:22
Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Dünən, 16:16
BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Dünən, 16:14
"Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Dünən, 16:11
Balaəli məhkəməyə verildi
Dünən, 16:08
Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Dünən, 15:59
“Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Dünən, 15:32
Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Dünən, 15:25
"Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Dünən, 15:18
Daha iki "TikToker" həbs edildi - FOTO
Dünən, 15:17
NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Dünən, 15:14
Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Dünən, 14:02
Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Dünən, 14:00
Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Dünən, 13:11
Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Dünən, 13:09
Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Dünən, 13:07
Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Dünən, 13:01
Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 12:55
Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Dünən, 12:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru