"Ölkəmizə gələn 80 minə yaxın qonaq da məmnun qaldı, amma..." - deputat
Tarix: 7-12-2024, 10:48 |
Çap et
Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları zamanı xaricdə yaşayan Azərbaycan diasporasından bir hərəkətlilik görmədik. Halbuki ABŞ, Fransa, Niderland parlamentlərində ölkəmizə qarşı qətnamələr qəbul olunanda diasporamızın nümayəndələri yerli parlamentlərin qarşısına çxaraq öz etirazlarını nümayiş etdirə bilərdi...
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, diasporamız ancaq bir-iki məsələ ilə bağlı çıxışlar etməməli, sadəcə xalqımızın xaricdəki səsi olmalıdır. Bunun üçün təşkilatlanma işləri yaxşı icra olunmalı və harada ölkəmizə qarşı təzyiq olunursa orda özünü göstərməli və ədalətsizliklərə son qoyulmasını tələb etməlidir.
Deputat deyir ki, COP 29 ərəfəsində və ev sahibliyi etdiyimiz dövrdə Qərbin ölkəmizə qarşı açıq şəkildə apardığı qərəzli qarayaxma kampaniyası və antiazərbaycan çağırışları ilə qarşılaşdıq.
“Təbii ki, biz COP 29 tədbirinə yüksək səviyyədə hazırlaşdıq və uğurlu ev sahibliyi etdik. Ölkəmizə gələn 80 minə yaxın qonaq da Azərbaycanın yaratdığı şəraitdən məmnun qaldı və təşəkürrünü bildirdi”.