"UNEC-in ortaq proqramla Mahaçkala Universitetində təhsil alan tələbələri Azərbaycana qayıda bilmirlər. Qroznı və Mahaçkala reysləri bağlanıb, tələbələri yönləndirən yoxdur. Nə AZAL-dan, nə UNEC-dən səs çıxır..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə tanınmış jurnalist Aygün Muradxanlı çıxış edib.
Jurnalist daha sonra əlavə edib: "Hər ailənin övladını Rusiyanın bu başından o başına - böyük şəhərlərə göndərmək, yeni il ərəfəsi od qiymətinə satılan bilet almaq imkanı yoxdur. Bir neçəsi ilə danışdım, iki dünya arasındadırlar elə bil. Canlarını qoymağa yer tapmırlar dünəndən.
Fors-major yaranıb, heç olmasa, quru sərhədlər tələbələr üçün açılsın…"