" "Kontakt Home"dan şikəyyətim var". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Səbinə Əliyeva-Zeynalıova adlı istifadəçi giley edir.
"Biz "Kontakt Home"un daimi müştərisiyik və həm də problemsiz müştərisiyik..." deyə sözünə davam edən narazı vətəndaş dahasonra bildirir:
"Hələ bir situasiya ilə rastlaşdıq və gözləmirdik ki, "Kontakt Home" öz müştərisinə qarşı hələ hörmətsizlik edir.
Noyabr 20-si "Soba Gorenje" almışıq. 3-4 gündən sonra soba evə gətirildi. Bağlı şəkildə idi. Sual verdim ki açıb yoxlayırsınız , dedilər ki ehtiyac yoxdur, hansı sa bir problem olsa qutunu atmayın 14 gün ərzində qaytarıb və ya dəyişə bilərsiniz. Üstəlik sobanın da qızıl zamanəti var. Sobanı işləddik və gördük ki bişirilən biskvit çiy qaldı. Üst hissəsi qızarır (yanmağa doğru gedir) alt hissəsi isə çiy qalır. Sobanın kitabçasındada qeyd edilib ki alt və üst rejimini qoşaraq həm üst hissəsi həm də ki alt hissəsi eyni qaydada istilik verir. Lakin soba temperaturu alandan sonra rahatçılıq ilə əlimi alt hissəyə qoyub saxlaya bilirəm, kifayət qədər istiliyi vermədiyi üçün. 14 gün keçməmiş qaynar xətti yığıb problemi bildirdik. Onlar ustanı göndəriblər, usta gəlib dərəcəsini yoxlamamış yazıb ki soba işlək vəziyyətdədir. Kobud danışaraq bildirib ki bu günkü müştərilər hamısı narazıdılaz sizin kimi mən acam, mənim baş beynim gedib. Heç problemi eşidmık istəmədi, dedi ki mənə maraqlı deyil. Akta da yazıb ki müştəri yanlış çağırış edib. Həmin usta "Kontakt Home"un ustasının müştəri ilə danışığı (adı Zöhrab soyadı isə H.). Sonrada dükana yaxınlaşıb bişirdiyimiz biskviti apardıq. Müdirriyət də heç bir köməklik edə bilmədi. Sonra neçə dəfə qaynar xətti yığdıq, onlar müştərinin problemini eşidmirlər və köməklik göstərmirlər. Ondan sonra rəsmi ofislərinə yaxınlaşaraq bu məsələlərə baxan əməkdaşın qəbuluna yazılmaq istədik. Onların qəbuluna düşmək qeyri mümkündür. Ondan sonra onların əməkdaşı əlaqə saxladı. Dedilər ki sobanı ekspertizaya aparacaqlar. Biz də bildirdik ki evimizə gələn usta kimi bu məsləyə baxsalar düzələn deyil. Sobanı apardılar. 10 gün keçib, servisden əlaqə saxladılar ki sobanızı yoxlayıblar işləkdir və boş boşuna servisde durur, gətirək? Mən də soruşdum akt yazılıb yoxlama barəsində, video sübutu etdilər ki soba normal bişirir? Dedilər ki məlumatımız yoxdur, bildirecekler. Həmin günü də ofisə getdik, yenə də qəbul etmədilər, ancaq əlaqə saxladılar. Dedilər ki bir gün vaxt verin servisdən məlumat gözləyirlər . Üstündən 3 gün də keçib hələdə əlaqə saxlayan olmayıb. Başqa şirkətlərdə ekspertiza təyin ediləndə müştərini də dəvət edirlər ki şəffaflıq olsun bişirmə nəticəsi də görülsün.
Əlavə olaraq "Görenje" şirkətinə müraciət elədik və onlar izah etdilər ki sizin sobanızın problemi aşağıdakı datçikindədir lazımı olan dərəcəni vermir və bişirilən məhsul alt hissəsi çiy qalır.
"Kontakt Home" ustaları işə başları çıxmır, sadəcə olaraq sobanı qoşur görür ki işləyir bununla da məsələni bağlayırlar.
Bu necə yanaşmaqdır müştəriyə? Sosial şəbəkələrdə nəgədər şikayətlər var müştərilərdən, niyə həll edilmir məsələlər?? Müştəri niyə əziyyət çəkməlidir? Soba alırsan ki evdəkilərə, uşaqlara çiy məhsul yedizdirməliyik?"