"Ərazi də Rusiyanındır, silah da!" - ODRU Kİ...
Təyyərənin vurulmasına görə məsuliyyəti marionet Çeçenistan yox, birbaşa Rusiya daşıyır! İnsanlar kimi dövlətlərin də taleyi var. Azərbaycan dünyada yeganə ölkədir ki, həmsərhəd olduğu bütün ölkələrdə torpaqları var. Qonşularından 3-ü imperiyadır. Cənubi Qafqaz ağır, problemli coğrafiyadır, pafos, cücərməyən fikirlər, millətçi şüarlar, birtərəfli siyasi kurs bu coğrafiyanın strateji koordinatlarına yalnız zərər vura bilər, başqa heç nə! Kütlə özü bilər, amma Azərbaycan dövləti - şüarçılıqdan uzaq, ərazilərini işğaldan azad edən, balanslaşdırılmış kurs yaradan, heç bir hərbi ittifaqa üzv olmayan, tərəfsiz, sağ və müstəqil yaşamaq istəyən dövlətdir. Dünənə qədər Cənubi Qafqazdakı reallıqlar başqa idi, dekabrın 25-də Azərbaycana məxsus təyyarə vurulandan sonra sanki bu coğrafiyanın taleyində korrektə etməyi qərarlaşdırıblar. Ciddi korrektə! Amma necə? Təyyarə Rusiya ərazisində zədələnib və daha sonra qəzaya uğrayıb. Rusiya isə Azərbaycanın ən əsas, həssas və strateji müttəfiqlərindən biridir. Heç şübhəsiz, Rusiya müharibə aparır və səmasında dronlar, raketlər işləyən ölkədə hər cür faciə ilə rastlaşmaq olar. İstənilən halda Rusiya iki ölkə arasındakı münasibətlərə hörmət etməli, Azərbaycandan üzr istəməli, təzminat ödəməli, günahkarları cəzalandırmalıdır. Rusiya dövləti etik mövqedən çıxış etməyi bacarmalı, Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir. Kreml iki amili nəzərə almalıdır: birincisi, Azərbaycanda kütlənin əhəmiyyətli hissəsi Rusiyaya nifrət edir və bu hadisə bu nifrəti daha da gücləndirəcək. İkincisi, iki dövlət arasındakı müttəfiqliyin səmimiyyətində əhəmiyyətli çatlar meydana gələcək. Bu gərginliyi aradan götürmək Rusiyanın borcudur. Rusiya səviyyəsiz və səriştəsiz çeçen rəhbərliyini və onun cinayətkar dəstəsini cəzalandırmalıdır. Təyyarə qəzasından dərhal sonra radikal “islamçı” Kadırov öz qardaşı oğlunu təltif edib sosial şəbəkələrdə paylaşmışdı. Amma bütün bu səhvlər Rusiya dövlətinin ayağına yazılır. Hazırda Cənubi Qafqazda Rusiyanın yeganə etibarlı və sabit müttəfiqi, tərəfdaşı Azərbaycandır. Rusiya bu barədə ciddi düşünməlidir. Təbii ki, baş vermiş hadisədən ən çox sevinən ölkə Ukraynadır. “Xaxol”ların lideri Zelenski hələ də Azərbaycana başsağlığı verməyib. Halbuki müharibənin ilk günlərində Azərbaycan xalqı Ukrayna səfirliyinə axın edərək yardımlar daşıdı, dəstək nümayiş etdirdi. 2024-cü ilin birinci yarısına qədər Azərbaycan dövləti Ukraynaya 40 milyon dollarlıq humanitar yardım edib. Slavyanların “təşəkkür hissi”nə sahib olmadığı tarixi aksiomadır. Kloun Zelenskinin ucbatından Ukrayna adlı dövlət yox olub, milyonlarla Ukrayna gənci Avropa və ərəb ölkələrində səpələnib küçələrdə əxlaqsızlıqla məşğul olur. Paşinyanda olan ləyaqət Zelenskidə olmadı. Müharibənin ilk günlərindən Ukraynaya dəstək göstərən, bayrağını profillərinə düzən adamların da səsi çıxmır. Hanı Ukrayna dövləti? Hanı adekvat münasibət? Müharibənin ilk günlərindən dediyim kimi, yenə deyirəm, Ukrayna məğlubiyyətə layiq idi, Rusiya da bunu reallaşdırdı, artıq ölkə iki hissəyə bölünüb, yoxdur. Azərbaycan Rusiya ilə müharibə etmir deyə, ölkəmizə qarşı qəzəb, kin qusmaq lazım deyil. 1990-cı il 20 yanvar faciəsini iflic durumda olan SSRİ-nin güc mərkəzləri həyata keçirmişdi, amma ABŞ-ın drijorluğu ilə. Çünki 20 yanvar faciəsi Azərbaycanın SSRİ-dən çıxmasını sürətləndirməli idi. Eləcə də Xocalı faciəsi! 366-cı motoatıcı alay həmin vaxt muzdlu qruplaşma kimi fəaliyyət göstərirdi. Kim pulunu verirdisə, orada da gedib qırğın törədirdi. Eynilə “Vaqner” kimi... Bu alayın da mükafatlandırılmasını ABŞ həyata keçirmişdi. Həmin vaxt millətçilərin liderləri ən ali kürsülərdən Çin səddinin, Vaşinqtonun, Kremlin qədim türklərin mülki olduğunu deyirdilər. Sosial şəbəkələrdə az qala Rusiyaya qarşı müharibə çağırışları edən millətçiləri də anlayıram. Amma öncə çayxanalarda “Rusiyanın adamıdır” dediyiniz məmurların ciblərindən əlinizi çəkin, qapısında yallanmayın, telefonlarına zəng etməyin, şəkillərini paylaşıb təbrik etməyin, saytlarınıza aylıq pul verməsi üçün müqavilə bağlamağa məcbur etməyin. Öz dövlətinizdən, dövlətinizin maraqlarından yapışın da! Bəzən mənə pessimist fikirlər səsləndirdiyimi deyirlər. Məncə, ən doğrusu da budur, belə lazımdır. Özünüzü aldatmayın. Mənasız təhlillərdən uzaq adamam. Baş verən təyyarə qəzası barədə təhlil yazmaq niyyətim də yoxdur. İndi hər bir adam gün ərzində 10-15 “ağıllı” status yazır. Azərbaycanda və ölkənin xaricində bəzi şəxslər təyyarə qəzası ilə bağlı hər nə qədər Azərbaycanı aşağılamağa, aciz göstərməyə, “Rusiyanın koloniyası” adlandırmağa çalışsalar da, mən başqa cür düşünürəm. Artıq tələb var, dövlət tələb edir, üzr istənilməlidir, məsələ tam araşdırılmalıdır. Yadınızdadır, İkinci Qarabağ Müharibəsi zamanı İlham Əliyevin prinsipiallığı hər kəsi heyrətə gətirmişdi, Əli Kərimli də ona “Ali Baş Komandan” deyə xitab edirdi. Belə bir statusu var. Bu məsələdə də tələsmirəm, İ.Əliyevin pripsiplərinə və qətiyyətli mövqeyinə güvənirəm. Təyyarə qəzasından sonra xalqımız üçün ən optimal variant nədirsə, Prezident buna nail olacaq. Və ən nəhayət Azərbaycan təyyarəsinin vurulmasına görə məsuliyyəti birbaşa Rusiya daşıyır, Çeçenistan yox! Kadırovun hansısa yardım təklifi bu məsələdə Rusiyanın məsuliyyətini azalda bilməz. Kremldən gələn tapşırıq əsasında Azərbaycana yardım təklifi etmək Azərbaycanı məqsədli şəkildə qıcıqlandırmaqdır. Ərazi də Rusiyanındır, silah da! Tətiyi bir çeçen çəkə bilər, bu, nəticəni dəyişmir.
Samir Feyruzov - "DİA-AZ"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Bu gün, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Bu gün, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Bu gün, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Bu gün, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Bu gün, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Bu gün, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:41 |
|
|
|
• "Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Bu gün, 11:39 |
|
|
|
• Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Bu gün, 11:38 |
|
|
|
• Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Bu gün, 11:32 |
|
|
|
• Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Bu gün, 11:27 |
|
|
|
• Belarus Prezidenti 20 nəfəri əfv edib
Bu gün, 11:24 |
|
|
|
• Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Bu gün, 11:18 |
|
|
|
• Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Bu gün, 11:15 |
|
|
|
• Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Bu gün, 11:02 |
|
|
|
• “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57 |
|
|
|
• Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Bu gün, 10:56 |
|
|
|
• İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Bu gün, 10:54 |
|
|
|
• "Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var..." - Tanınmış ekspertdən ilginc açıqlamalar
Bu gün, 10:52 |
|
|
|
• Həlak olan pilot millimizin üzvünün atası imiş - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Təcrübəli təhsil işçisi Əmrullayevə ismarıc yolladı - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• BAKI RUSİYAYA NOTA VERMƏKDƏ YUBANIRMI? - Əgər sükut davam edərsə...
Bu gün, 10:36 |
|
|
|
• “Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq - Natiq Cəfərli
Bu gün, 10:31 |
|
|
|
• İşğalçının qarşısında geri addım? - NƏ BAŞ VERİR?
Bu gün, 10:28 |
|
|
|
• Robert Köçəryan tərəfdarlarını topladı - KİV
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər - Fransa portalı
Bu gün, 10:12 |
|
|
|
• Şəfəq qəsəbəsinə günəş nə zaman doğacaq... - Burada 8 mindən çox insan yaşayır...
Bu gün, 10:02 |
|
|
|
• “Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir - BU DA FAKT!
Bu gün, 09:52 |
|
|
|
• Proses pozulur: Ermənistan bundan imtina etdi - GƏLİŞMƏ
Bu gün, 09:48 |
|
|
|
• Moskvadan Bakı və İrəvana “sürpriz” təklif - NƏ BAŞ VERİR?
Bu gün, 09:46 |
|
|
|
• 326 milyonluq qaçaqmalçılıq edənlər nə üçün məhkəmənin qapalı keçirilməsini istəyib?! - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
• Kazan hava limanı fəaliyyətini dayandırıb - KİV
Bu gün, 09:41 |
|
|
|
• Azərbaycanın sülh şərti yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 09:40 |
|
|
|
• Paşinyan Lukaşenkoya ictimai sillə vurdu - Pavel Latuşka
Bu gün, 09:38 |
|
|
|
• Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Bu gün, 09:37 |
|
|
|
• Paşinyanın “xəstə” siyasəti - ŞƏRH
Bu gün, 09:35 |
|
|
|
• `166 Cargo`nun ÇATDIRILMA ŞOUSU... - GİLEY
Bu gün, 09:32 |
|
|
|
• Bura məktəbdir, `Biznes Center` deyil axı... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:27 |
|
|
|
• Qaz limiti ilə BAĞLI ÇAĞIRIŞ: Ləğv edilir? - AKTUAL
Bu gün, 09:22 |
|
|
|
• Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələri və qazilərlə görüş keçirilib - FOTO
Bu gün, 09:19 |
|
|
|
• Bayram günlərində işə çağırılan və işləyən işçiləri bir sual maraqlandırır... - Ekspert danışır...
Bu gün, 09:12 |
|
|
|
• Niyə Çeçenistan yox, məhz Rusiya üzr istəməlidir? - Əsaslandırma...
Bu gün, 09:08 |
|
|
|
• Türkiyə YENƏ DƏ VAR VƏ VAR OLACAQ... - Bakıya Ankara qardaşlığı...
Bu gün, 09:07 |
|
|
|
• AMB 2025-ci il üçün pul siyasətinin məqsədini və çərçivəsini açıqlayıb - DİQQƏT
Bu gün, 08:58 |
|
|
|
• Regionda fırtınaqabağı səssizlik – Böyük müharibə başlayacaqmı?
Bu gün, 06:21 |
|
|
|
• Kreml Kursk qaçqınlarını cəzalandırır: “Səsiniz çıxmasın!” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 04:26 |
|
|
|
|