Bakıda qohumların DAVASI: - xalası oğlunu bıçaqlayıb qaçdı
Tarix: 7-12-2024, 10:54 |
Çap et
Bakıda qohumların davası qanla bitib.
Lent.az-ın məlumatına görə, hadisə bu gecə saat 2 radələrində paytaxtın Xətai rayonu Gəncə prospektində baş verib. 32 yaşlı E.Zeynalova kəsici alətlə xəsarət yetirilməsi və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Əldə etdiyimiz məlumata görə, cinayəti törədən və zərərçəkən xalaoğlanlarıdır.
DİN-in mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Hazırda onun saxlanılması istiqamətində tədbirlər görülür.