Gürcüstan hökuməti Azərbaycan şirkəti ilə bağlı qərarı təsdiqlədi
Tarix: 7-12-2024, 12:16 |
Çap et
Gürcüstan hökuməti “SOCAR Georgia Gas” şirkətinə ölkənin qərb rayonlarında qaz kəmərlərinin 19,8 milyon lariyə birbaşa satışını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Gürcüstanın baş naziri İrakli Kobaxidze sərəncam imzalayıb.
Sənədə əsasən, söhbət İmereti, Quriya və Sameqrelo-Zemo Svaneti bölgələrinin kəndlərində 41 qaz kəmərinin özəlləşdirilməsindən gedir. Proses 17 ilə hesablanıb və qrafik üzrə Gürcüstan dövlətinə ödənişlərə 2032-ci ildən başlanılacaq. Şirkət 10 il ərzində ildə təqribən iki milyon lari ödəməli olacaq.
Qeyd edək ki, SOCAR şirkəti Gürcüstanın əsas qaz, nef və neft məhsulları tədarükçüsüdür. Onun törəmə “Socar Georgia Gas” şirkətinin Gürcüstanda əsas fəaliyyət istiqamətlərinə təbii qazın tədarükü və paylanılması, əhalinin mavi yanacaqla təminatı, qazpaylayıcı şəbəkələrin təmiri, bərpası və istismarı daxildir. Şirkətin abunəçilərinin sayı 850 min nəfərdən çoxdur.