Ermənistan Azərbaycan və Türkiyənin iqtisadi inkişafından faydalanmalıdır - Vonq Çen
Tarix: 7-12-2024, 12:47 |
Çap et
Ermənistan Azərbaycan və Türkiyənin iqtisadi inkişafından faydalanmalıdır.
APA xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında Malayziya Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr və ticarət komitəsinin sədri Vonq Çen deyib.
Vonq Çen bildirib ki, Malayziyada bir çox dinlərin nümayəndələr bir yerdə yaşaya bilir: “Bunun səbəbi, açarı bəllidir, iqtisadi artım olmalıdır. İnsanların bir-birinə hörmət etməsi, birlikdə mehriban yaşaması üçün regionun iqtisadi inkişafına nail olmaq lazımdır ki, həm Azərbaycan, həm də Ermənistan bu inkişafdan faydalana bilsin. Ermənistan Azərbaycan və Türkiyənin iqtisadi inkişafından faydalana bilsə, bunu başa düşəcək. Ukraynadakı konfliktin nəticələri belə Ermənistanın inkişafına təsir edib. Ona görə də mütləq iqtisadi inkişafa nail olunmalıdır ".