Xameneinin müşaviri Əli Laricani Dəməşqdə Bəşər Əsədlə görüşüb - İran da BELƏ XƏBƏR YAYIR...
Tarix: 7-12-2024, 16:01 |
Çap et
İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri və Məqsəd Şurasının üzvü Əli Laricani Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Yaqub Rzazadə bildirib.
Əli Laricani dünən Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.
Y.Rzazadə Bəşər Əsədin ailəsinin Suriyanı tərk etməsi ilə bağlı xəbərləri də təkzib edib: “Əsədin və ailəsinin Suriyanı tərk etməsi xəbəri doğru deyil".
Qeyd edək ki, “Wall Street Journal” Bəşər Əsədin uşaqları və həyat yoldaşının keçən həftə Rusiyaya getdiyini onun özünün isə Suriyada qaldığını bildirib.