Çiyinlərini qoru, oğlum... - VƏSİYYƏT...
Tarix: 7-12-2024, 16:17 |
Çap et
Böyüyərsən oğlum, böyüyərsən...
Əvvəlcə zibil atmağa gedərsən, sonra zibilə batmağa...
Əvvəl çörək almağa göndərərlər, sonra çörək qazanmağa...
Sənə dünya düzəlməyəcək deyəcəklər, inanma. Dünya düzdür, oğlum... Üstündə hər an sürüşə biləcəyin qədər düppədüz!
Böyüyüb sən də sürüşəcəksən hamımız kimi... Sürüşüb özünü yadların içində görəcəksən bir gün... O yadlardan dostların olacaq səni bir həmlədə boğmağa hazır... O yadlardan sevgililərin olacaq çiyninə baş qoymağa hazır...
Çiyinlərini qoru, oğlum...
Çiyinlərini sevdiyin qadınların göz yaşlarından qoru.
Çinarə ÖMRAY - "DİA-AZ"