Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə deyil.
“Report” xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, siyasətçinin ofisinin bəyanatına baxmayaraq, dövlət başçısı şəhərdə ola biləcəyi yerlərin heç birində yoxdur.
Bundan başqa, adətən siyasətçini qoruyan və səfələri zamanı onu müşayiət edən mühafizəçilər də yoxdur.
“Bu səbəbdən Əsədin qaça biləcəyi ilə bağlı fərziyyələr ortaya çıxmağa başlayıb. Müxalif qüvvələr Əsədin harada olması barədə etibarlı məlumatlara malik deyillər və onu tapmaq üçün cəhdlərini davam etdirirlər”, - məlumatda deyilir.
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd vasitəçilərlə Amerikanın hazırkı administrasiyası və ABŞ-nin yeni seçilmiş lideri Donald Trampla əlaqə saxlamağa çalışıb.