Tokayev təyyarə qəzası zamanı yardım göstərən bir sıra qurumların əməkdaşlarını təltif edib - Bizim də onlara təşəkkür borcumuz var...
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda qəzaya uğramış təyyarənin sərnişinlərinin xilas edilməsində vətəndaş məsuliyyəti, şücaət və peşəkarlıq göstərmiş ölkə vətəndaşlarını təltif edib.
“Report”un Qazaxıstan bürosunun məlumatına görə, təltif olunanlar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, tibb işçiləri, polis əməkdaşları, Mangistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının işçiləri var.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub. Qəza nəticəsində 6 Qzaxıstan vətəndaşı həlak olub.