Vergi Xidməti bu il də `OVA ÇIXACAQ`... - GÖRÜNƏNİ BUDUR
Tarix: 1-01-2025, 10:28 |
Çap et
"Yola saldığımız il Dövlət Vergi Xidməti büdcəni doldurmağın yeni yolunu tapdı". "DİA-AZ" xəbər verir ki, bunu açıqlamasında tanınmış ekspert Əkrəm Həsənov qeyd edib.
Son iki ayda sahibkarların ən çox şikayət etdiyi məqama toxunan Ə.Həsənov oldquca ilginc bir nüansa da diqqətləri yönəldib.
"Banklardan (yaxud dolayısı ilə banklardan: Maliyyə Monitorinq Xidmətinin vasitəsilə) sahibkarların şəxsi kart hesabları haqda məlumat alaraq (bank sirrinin pozulmasıdır!) sonuncuları “kartdan karta” əməliyyatlarına görə ittiham edərək cərimələdi" deyə vurğulayan ekspert daha sonra bildirib:
"Guya bu əməliyyatlar sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Sahibkarların da əksəriyyətinin müqavimət göstərməyə savadı və cəsarəti çatmadı, halbuki, əməliyyatların sahibkar mahiyyətli olduğunu vergi orqanı sübut etməli idi. Hər bir halda vergi orqanının kreativliyi tərifə layiqdir. Əsas o deyil ki, büdcənin pulu sonradan kimin cibinə gedir, əsas onu toplamaqdır.
Lakin nəzərə alsaq ki, bundan sonra sahibkarlar bu əməliyyatları aparmayacaq (uzağı pulu nağd alacaqlar), ova çıxanda vergi orqanı gələn ildə qurbanları üçün nəsə yeni bir şey fikirləşməlidir.
Mən onun fəndgirliyinə inanıram! Xüsusilə onu nəzərə alaraq ki, ova çıxanda hamını vurmur, bəzilərinə naməlum səbəblərdən aman verir!"