Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Hacı İbrahim Nehrəmliyə məxsus "Avesta Konserni" şirkəti məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, iddiaçı Sairbəyzadə Kamal İmamverdi oğludur.
Tərəflər arasındakı mübahisə predmeti alqı-satqı müqaviləsidir. İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.
Fevralın 2-i iş üzrə hazırlıq iclası təyin edilib. İclas hakim Solmaz Ədilovanın sədrliyi ilə keçiriləcək.
Nazim İbrahimov 2002-2008-ci illərdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin, 2008-2018-ci illərdə isə Diasprola İş üzrə Dövlət Komitəsinin sədri olub.
Hacı İbrahim Nehrəmli isə məşhur "Xəzər adaları" layihəsi ilə tanınır. Onun da adının keçdiyi Beynəlxalq Bankla bağlı baş verən "kredit qalmaqalı"ndan sonra sözgedən layihə dayanıb.