Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Ötən il ölkədə ABŞ dollarına tələb artıb. Bunun nədən qaynaqlandığı konkret cavab istəyir. 2017-ci ildən bəri ölkəmizdə "dollar aclığı" aradan qalxmışdı. Bu gün də belə bir hal mövcud deyil. Sadəcə olaraq, Dövlət Neft Fondu (ARDNF) daha çox dollar satıb ki, bu da ümumi həcmi yüksəldib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilən 87 valyuta hərracında 6 milyard 603 milyon 870 min məbləğində ABŞ dolları satılıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox deməkdir. ARDNF tərəfindən satılan dollar həcmindən əldə edilən manat kütləsi qabaqcadan nəzərdə tutulan illik transfert çərçivəsində dövlət büdcəsinə köçürülür. Məsələ bundadır ki, ARDNF-in dollar satışından əlavə, AMB-in rəsmi valyuta ehtiyatları da oktyabr və noyabr ayları ərzində 424 milyon dollar + 404 milyon dollar = 828 milyon dollar məbləğində azalıb. İl ərzində niyə bu qədər dollar satışı həyata keçirilib?! Ölkədə ABŞ valyutasına tələb həqiqətən artıbmı? Artıbsa bu, nəylə əlaqədardır?
Hər şey heç də göründüyü kimi deyil. Əvvəla, ölkədə xarici valyutaya tələb bazar tərəfindən müəyyən olunmalıdır. Bunun üçün ilk növbədə dövlət iqtisadiyyatdan və bazardan tam kənarda mövcud olmalı, valyuta tənzimlənməsi “üzən məzənnə” mexanizmi əsasında fəaliyyət göstərməlidir.
2017-ci ildən keçən müddətdə manata inamın azalması üçün heç nə baş verməyib. Bəs AMB niyə ARDNF ilə yanaşı valyuta satışı həyata keçirib və 828 milyon dollar sərf edib? Qurumun açıqlamasında bunun dövlət xərclərinin xarici valyuta ilə olan hissəsinin, yəni müxtəlif vacib layihələrin və tədbirlərin, müdafiə, digər öhdəliklər və strateji əhəmiyyətli məsələlərin icrasına dəstək məqsədilə həyata keçirildiyi bildirilir. Həqiqətən də, valyuta bazarında manatın dəyəri üçün heç bir təhdid mövcud olmadığından, AMB-in 828 milyon dollarlıq intervensiya tədbiri məhz bununla əlaqədar baş verməyib. Əksinə, AMB-in rəsmi valyuta ehtiyatlarını artırması üçün münbit şərait davam edib. Buna rəğmən, qurum oktyabradək ehtiyatını cəmi 183 milyon dollar artırıb.
ARDNF də nə qədər çox dollar satmış olsa belə, dövlət büdcəsinə nəzərdə tutulan transfertdən kənara çıxmayıb. Yəni Neft Fondu dollar satışında limiti keçməyib. Sadəcə olaraq, 2024-cü il ərzində dövlət xərcləri əvvəlki illərdən çox olduğundan, Fond tərəfindən satış tempi bir qədər sürətli xarakter daşıyıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası, COP29 ilə bağlı layihələr, tikinti və sair xərclər, investisiyalar idxalı artırıb. Təkcə, Qarabağ bölgəsinə 44 günlük müharibədən sonra 19 milyard manatdan çox vəsait xərclənib.
Ümumiyyətlə, dövlət xərcləri və investisiyaları artdıqca, idxalın genişlənməsi qaçılmaz xarakter daşıyır. Çünki tək yerli istehsal hesabına hər şeyi etmək mümkün deyil. İstər istehlak bazarında, istərsə də investisiya zamanı istifadə edilən malların əksəriyyəti xaricdən gətirilir. Nəticədə dollara tələbat istər-istəməz artır. Bunu “iqtisadiyyatın genişləndirilməsi tədbirləri” adlandırmaq da mümkündür.
Bir sözlə, ötən il ABŞ dollarına tələbin çoxalması sırf iqtisadi tələblərdən - dövlət xərclərinin artması, iqtisadiyyatın genişlənməsi, investisiya məsrəflərindən qaynaqlanıb. Heç bir halda hansısa riskli məqam ortaya çıxmayıb. Valyuta bazarında sabitlik qorunub saxlanmaqda davam edib. Neft Fondu və AMB-nin dollar satmaları əhalinin şəxsi məqsədlər üçün valyuta almasından irəli gəlməyib. İqtisadiyyatda dollarlaşma prosesi də getmir. Bunu ölkənin bank sektorunda fiziki və hüquqi şəxslərin yerləşdirdiyi depozit həcmlərinin strukturu da sübut edir, bankların kredit portfelində xarici valyuta ilə verilən kredit vəsaitlərinin həcmi də. Dollar satışının artması bu valyutaya marağın və sığortalanmaq istəyinin təzahürü deyil.
Pərviz Heydərov Azvision.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - deputat
Bu gün, 10:55 |
|
|
|
• Şagird məktəb yoldaşını xəstəxanalıq etdi
Bu gün, 10:46 |
|
|
|
• Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 10:39 |
|
|
|
• “Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Bu gün, 10:36 |
|
|
|
• Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... - FOTO
Bu gün, 10:29 |
|
|
|
• İran Rusiyanı İsrailə dəstəkdə İTTİHAM ETDİ...
Bu gün, 10:24 |
|
|
|
• Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14 |
|
|
|
• Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Xaçatryan
Bu gün, 10:12 |
|
|
|
• Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55 |
|
|
|
• Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52 |
|
|
|
• Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46 |
|
|
|
• Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41 |
|
|
|
• 20 ildən çoxdur icra başçısı işləyən məmurlar - SİYAHI
Bu gün, 09:30 |
|
|
|
• "Bunların mənim 25 manatıma ehtiyacları var?" - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı - Görüş yeri nə Parisdir, nə də Bürüssel...
Bu gün, 09:06 |
|
|
|
• Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... - "Kavkazskiy uzel"
Bu gün, 09:04 |
|
|
|
• MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? - İLGİNC FAKT
Bu gün, 09:01 |
|
|
|
• Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur - ÇÜNKİ...
Bu gün, 08:51 |
|
|
|
• Paşinyan ölkəsində faşizmi məhv etməsə... - "Dəmir yumruq" yenə işə düşə bilər!
Bu gün, 08:49 |
|
|
|
• Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir - Görünəni odur ki...
Bu gün, 08:44 |
|
|
|
• Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 08:42 |
|
|
|
• Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:40 |
|
|
|
• Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:32 |
|
|
|
• Türkiyə və İsrail SAVAŞACAQMI? - ŞƏRH
Bu gün, 08:25 |
|
|
|
• "Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" - Hüquqşünasdan UYARI!
Bu gün, 08:22 |
|
|
|
• Gürcüstanda dövlət bayraqları yarıya endirilib
Bu gün, 07:15 |
|
|
|
• Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar - İNCƏLƏMƏ
Bu gün, 07:13 |
|
|
|
• Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” - BUNDAN SONRA...
Bu gün, 07:10 |
|
|
|
• Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı - NƏ BAŞ VERİR?
Bu gün, 07:08 |
|
|
|
• İrəvandan Bakıya “yeni il mesajı” - İki lider geri çəkildi, ermənilər təşvişə düşdü
Bu gün, 07:06 |
|
|
|
• Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir? - Ümid etməyin özü belə çətindir...
Bu gün, 07:02 |
|
|
|
• "Global STM" və "Aksaray" vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:00 |
|
|
|
• "Bu, cəmiyyətimiz üçün nə qədər faydalı olar, deyilmi?" - ÇAĞIRIŞ
Bu gün, 06:45 |
|
|
|
• 'Azercell' 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? - ŞOK İDDİA
Bu gün, 06:40 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində fəallaşdı: Yeni müharibə başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 06:31 |
|
|
|
• Bakıda bizi Qarabağın azadlığı ilə təbrik edən Əhmədian İrəvanda... - erməniləri nə ilə TƏBRİK EDİR?
Bu gün, 06:23 |
|
|
|
• Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür
Bu gün, 01:11 |
|
|
|
• "Ali təhsilli qızıma xadimə işi təklif olunur" - BU NƏDİ BELƏ?
Bu gün, 00:59 |
|
|
|
• Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ... - Öhdəliyi var...
Bu gün, 00:55 |
|
|
|
• “Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?” - QARADAĞ SAKİNİ NƏVƏSİNİN QƏYYUMLUĞUNUN ONA VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 00:53 |
|
|
|
• Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı - HƏLƏ DAVAM EDƏCƏK...
Bu gün, 00:51 |
|
|
|
• ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşüb
Bu gün, 00:49 |
|
|
|
• Vətəndaş AZƏRİQAZ-dan narazılıq edir - MÜRACİƏT
Bu gün, 00:47 |
|
|
|
• Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:40 |
|
|
|
• Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...” - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb - Bild
Bu gün, 00:31 |
|
|
|
• "Bütün müraciətlərimə rədd cavabı verilir" - GİLEY
Bu gün, 00:29 |
|
|
|
• Azərbaycanın yeni dünya vizyonu - İNCƏLƏMƏ
Bu gün, 00:21 |
|
|
|
|