Bankların kredit siyasətində ədalətsiz yanaşma... .....                     Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər .....                     ABŞ-Azərbaycan münasibətləri necə olacaq? .....                     Hollivud ulduzundan Aytənin şərhinə reaksiya .....                     Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib .....                     Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? .....                     Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... .....                     Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu .....                     “Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” .....                     Benziya niyə hələ də Azərbaycana qayıtmayıb? .....                     Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib .....                     Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib .....                     Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış .....                     Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir .....                     Ermənistan sürpriz edə bilər .....                     “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq .....                     İcra başçısı vətəndaşların müraciətini dinləyib .....                     "Zümrüd hansısa insanların oyununun qurbanıdır..." .....                     Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət .....                     DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... .....                     Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb .....                     Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? .....                     İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti .....                     "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında .....                     Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub .....                     Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... .....                     Nə sən doymaq biləsən, nə səndən doyan ola... .....                     Nazirlikdən getdi, müşavir təyin edildi .....                     Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? .....                     Əməliyyat zamanı ad günü keçirilən klinika .....                     Yeni işğal planı açıqlandı, dünya təşvişdə: .....                     Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: .....                     Regional təhsil idarəsində kütləvi ixtisar... .....                     İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib .....                     Tiktoker "Xan" ilə bağlı .....                     Əməliyyat zamanı doğum gününü qeyd edən həkim .....                     Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib .....                     DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... .....                     Ayxan Hacızadə Paşinyana .....                 

“Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Tarix: Dünən, 20:39 | Çap et
“Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq
Xəbər verildiyi kimi, Braziliyanın Hərbi Hava Qüvvələri ötən ay Qazaxıstanda qəzaya uğrayan və “Azərbaycan Hava Yolları”na məxsus “Embraer” təyyarəsinin qara qutusundakı uçuş məlumatlarının çıxarılmasını uğurla tamamlayıb. Bu barədə Braziliya rəsmiləri açıqlama yayıb. Musavat.com bildirir ki, təyyarənin qara qutusundan əldə edilən məlumatlar dərhal Qazaxıstanın müvafiq araşdırma qurumlarına təqdim edilib.

Qəza ilə bağlı araşdırmalar davam edərkən, Azərbaycan Prezidenti İlham Əliyev təyyarənin Rusiya hava müdafiə sistemi tərəfindən vurulması ehtimalını irəli sürüb. Prezident, qəzanın beynəlxalq hüquq prinsiplərinin pozulması olduğunu qeyd edərək, bu məsələ ilə bağlı Rusiyadan izahat tələb edib.

İlham Əliyev çıxışında deyib: “Biz bu hadisənin təsadüfi olmadığını düşünürük. Rusiya raket sistemlərinin bu qəzanın səbəbi ola biləcəyi ehtimalı ciddi şəkildə araşdırılmalıdır”.

Braziliyada həyata keçirilən qara qutunun təhlili qəzanın dəqiq səbəblərini müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qara qutunun Braziliyaya göndərilməsini “obyektivlik və şəffaflıq” üçün vacib addım kimi qiymətləndirib. O, hadisənin bütün detalları ilə araşdırılacağını və beynəlxalq ictimaiyyətə nəticələrin təqdim ediləcəyini bildirib.

Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktauda qəzaya uğrayan təyyarənin uçuş registratorlarından şifrələnmiş məlumatların öyrənilməsinə başlandığını açıqlayıb. "Yaxın günlərdə qəzanın təhqiqat komissiyasının üzvlərinin Astanaya uçuş registratorlarının (qara qutular) şifrəsi açılmış materialları ilə gəlməsi gözlənilir”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl təyyarənin araşdırılması mərhələsində Türkiyə də dəstək verəcəyini bəyan edib. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu danışıb. O bildirib ki, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyədə 8 nəfərdən ibarət istintaq komissiyası yaradılıb.

Modern.az komissiyanın fəaliyyəti və "qara qutu"nun açılması prosesi haqqında məlumat almaq üçün Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirlikdən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, Türkiyənin yaratdığı komissiya qəzanın araşdırılmasında iştirakçı kimi çıxış edib. Müvafiq məlumatlar artıq qəza ilə bağlı tərəflərə göndərilib.

"Qəza ilə bağlı müvafiq dövlətlər tərəfindən açıqlama veriləcək. Dost və qardaş Azərbaycanla mülki aviasiya sahəsində əməkdaşlığımızın daha da artırılması barədə razılıq əldə edilib", - açıqlamada qeyd olunur.

İlkin araşdırmaların nəticəsi nə zaman açıqlana bilər? Rəsmi rəydə Rusiyanın günahı təsbit edilərsə, hansı addımlar atılmalıdır? Rusiya kompensasiyanı hansı şəkildə ödəməlidir?

Əsas məsələ, qardaş Türkiyənin araşdırmalarda iştirakı hansısa ört-basdır cəhdlərinin qarşısını ala biləcəkmi?

Deputat Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, bu gün Türkiyə və Azərbaycan arasında hərtərəfli əlaqələr var və Türkiyənin çətin gündə Azərbaycanın yanında olması təqdirəlayiqdir: “Bir-birimizlə elə böyük mübadilə var ki, bu bir çox sahələri əhatə edir. Türk dövlətləri təşkilatında Azərbaycanın və Türkiyənin birgə iştirakı çox böyük əhəmiyyət daşıyır. Şuşa bəyannaməsinin imzalanması ölkələrimiz arasında münasibətləri artıq müttəfiqlik səviyyəsinə qaldırıb. Bir daha dünyaya göstərdik ki, bir millət, iki dövlət olmaqla yanası, siyasi, iqtisadi və bütün sahələrdə də bir-birinə dəstək olan dövlətlərik. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğluna da xüsusi təşəkkür edirik ki, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciətinə operativ qaydada reaksiya verilib. O məşum qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyədə 8 nəfərdən ibarət istintaq komissiyası yaradılıb. Dost-qardaş dövlət olaraq Türkiyənin bu addımı təqdir olunmaqla yanaşı, təyyarənin qəzaya uğramasının obyektiv səbəblərinin ortaya çıxarılması baxımımndan da vacibdir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bankların kredit siyasətində ədalətsiz yanaşma... - Mərkəzi Bank bu duruma niyə müdaxilə etmir?
Bu gün, 06:41
Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər - GƏLİŞMƏ
Bu gün, 06:37
ABŞ-Azərbaycan münasibətləri necə olacaq? - Demokratların "basqı siyasəti"
Bu gün, 06:34
Hollivud ulduzundan Aytənin şərhinə reaksiya - FOTO
Bu gün, 06:32
Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib - deputat
Bu gün, 06:29
Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? - Zəngəzur üçün Suriya sürprizi
Bu gün, 06:27
Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... - NƏ BAŞ VERİR?
Bu gün, 06:24
Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu – İlginc
Bu gün, 06:22
“Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43
Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40
Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35
Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32
Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02
Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42
“Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39
İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37
"Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01
Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58
DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53
Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18
Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02
İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00
"Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58
Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53
Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Dünən, 18:10
Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Dünən, 18:07
Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Dünən, 18:01
Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Dünən, 17:58
Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Dünən, 17:54
Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Dünən, 17:49
Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Dünən, 17:45
Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Dünən, 17:42
İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Dünən, 17:39
Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Dünən, 17:33
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Dünən, 17:31
Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Dünən, 17:22
DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:21
Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Dünən, 17:03
Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Dünən, 17:02
Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Dünən, 16:55
ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Dünən, 16:46
Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Dünən, 16:42
Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Dünən, 16:41
"Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Dünən, 16:39
"İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Dünən, 16:30
Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Dünən, 16:29
Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Dünən, 16:26
ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Dünən, 16:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru