Yenicag.az xəbər verir ki, bu sözləri şoumen, müğənni, aktyor Sərxan Kərəmoğlu “Günaydın Azərbaycan” verilişində deyib.
Sənətçi bəzi həmkarlarından fərqli olaraq çəki atmaq istəmədiyini, eyni zamanda, arıqlamağın ona yaraşmadığını deyib:
“Arıqlamaq istəmirəm. Mən çox arıqlayanda xortdana oxşayıram. Üzüm çox düşür. Bizim mentalitetdə də var axı, bir az arıqlayan kimi, o saat deyirlər ki, bunun nə xəstəliyi var, görəsən?”