Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Tarix: 10-01-2025, 15:42 | Çap et
İki gün əvvəl Azərbaycana səfər edən İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian Prezident İlham Əliyevlə görüşdə ölkəmizi dost və qardaş adlandırıb, Azərbaycanın ərazilərini işğaldan azad etməsinə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasına görə çox sevindiklərini deyib.
Əhmədian bu sözlərində nə qədər səmimidir? Onun fikirlərini İranın mövqeyi kimi qəbul etmək olarmı?
Mövzu ilə bağlı TNS suallarını “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan cavablandırıb.
S. Soltan deyib ki, İran heç vaxt Azərbaycana qarşı səmimi olmayıb: “Əslində dövlətlərarası münasibətlərdə səmimiyyət axtarmaq doğru deyil. Amma xoşməramlılıq, normal qonşuluq və s. məsələlər var. Həm də Azərbaycan-İran münbasibətləri başqa ölkələrin münasibətlərindən fərqlənir. Tutaq ki, Mozambiklə münasibətlərdə əsas dövlət maraqlarıdır. Amma İranla Azərbaycan qonşudur, bizi birləşdirən böyük dəyərlər var. Tarix, din, etnik mənsubiyyət və s...
Bizim hətta ortaq düşmənlərimiz də olub. Amma Azərbaycan müstəqillyini əldə etdiyi 33 ildə Tehran nə qonşuluğu, nə ortaq tarixi, nə dini, nə təriqəti, nə mədəniyyəti nəzərə alır”.
Siyasi şərhçi bildirib ki, İran birmənalı şəkildə alt qatda daim Ermənistanı müdafiə edib: “Tehran iqtisadi, maddi, hərbi, mənəvi cəhətdən dəstək olmasaydı, Ermənistan işğal etdiyi torpaqlarımızdan çoxdan çıxardı. Deməli, Azərbaycan torpaqlarının işğal altında qalması da İran kimi dövlətlərin havadarlığı, birbaşa yardımları ilə mümkün olub.
Biz İran hakimiyyətinin iç üzünü dəfələrlə görmüşük. Məsələn, 44 günlük müharibədə İran ərazisindən Ermənistana hərbi-texniki avadanlığın göndərilməsini unutmamışıq. Ondan əvvəl işğal altında olan torpaqlarımızda İran şirkətlərinin fəaliyyəti, İrandan Ermənistana yanacaq və digər zəruri malların daşınması...
Bu misalların sayını xeyli artırmaq mümkündür.
Daha sonra 2023-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu gördük. Bu, İranın Azərbaycana münasibətinin zirvəsidir”.
S. Soltanın sözlərinə görə, Tehran rejimi ölkəmizə qarşı siyasətindən əl çəkmir, əksinə, Azərbaycan dövlətinin əleyhinə olan fəaliyyətləri dəstəkləyir: “İranda Azərbaycan əleyhinə fəaliyyət göstərən, SEPAH-ın himayə etdiyi qrupların mövcudluğu, Tehranın Zəngəzur dəhlizinin açılmasına yaradığı süni maneələr, Azərbaycana qarşı narkotik müharibə bunların çox az hissəsidir.
İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imamcüməsi Seyid Həsən Amulinin tarixə, islama, Türkiyə və Azərbaycana qarşı məclis təşkil etməsi də Tehranın ölkəmizə münasibətinin göstəricisidir.
Bütün bunları nəzərə aldıqda, Əhmədianın sözlərini sadəcə diplomatik nəzakət çıxışı kimi qiymətləndirmək olar.
Hələ ötən ilin mayında məlum helikopter qəzasında ölən xarici işlər naziri Hüseyn Abdullahiyan səfirliyə hücum edən terrrorçunun cəzalandırılacağını bildirmişdi. Terror aktından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, iş üzrə məhkəmə belə yekunlaşmayıb”.
Mərkəz rəhbərinin fikrincə, Əhmədianın səfəri Tehran hakimiyyətinin Azərbaycana qarşı törətdiyi əməlləri ört-basdır etməyə cəhddən başqa bir şey deyil: “Əhmədian Amulidir? Xeyr! Azərbaycan və Türkiyəni təhqir edən Amulidir. O da Xameneinin nümayəndəsidir. Tehran səmimidirsə, ya Xamenei açıqlama verməlidir ki, Amuli səhv edib və buna görə Azərbaycandan üzr istəməlidir. Ya da Amuli cümə xütbəsində Azərbaycan, Türkiyə prezidentlərindən, iki ölkənin vətəndaşlarından üzr istəməlidir, bildirməlidir ki, çox böyük yanlışlıq olub. Bu, müsəlman dünyasına, qonşuluq münasibətlərinə zidd davranışdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Bu gün, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Bu gün, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Bu gün, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Bu gün, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Bu gün, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Bu gün, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Bu gün, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Bu gün, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Bu gün, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Bu gün, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23 |
|
|
|
• Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19 |
|
|
|
• Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17 |
|
|
|
• ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15 |
|
|
|
• Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10 |
|
|
|
• "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• “Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58 |
|
|
|
|