Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Tarix: 10-01-2025, 17:44 |
Çap et
Hazırda şəhərin Üzeyir Hacıbəyov, Mahir Əsədov küçələrindən sonra
Vüqar Tofiq oğlu Həsənov küçəsində də sakinlərin rahat gediş-gəlişini
təmin etmək üçün asfalt örtüyünün salınması işləri aparılır. Əvvəlcə yolun
yatağı qum-çınqıl tökülərək xüsusi texnikalar vasitəsi ilə hamarlanır, daha
sonra asfalt örtüyü çəkilir. Ümumilikdə küçəyə 7800 kvadrat metr asfalt
örtüyün salınması nəzərdə tutulub. Əlavə olaraq küçədə İşıq, qaz, su və
telekommunikasiya xətləri də qaydaya salınır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov asfalt
örtüyü salınan küçəyə gedərək, görülən işlərlə yerində tanış olub, əlaqədar
şəxslərə tapşırıq və tövsiyyələrini verib, sakinlərlə görüşüb. Bildirib ki,
sözügedən küçəyə ilk dəfə asfalt örtük çəkilir. Əvvəllər bu yolun yatağı
çınqıldan ibarət olub.
Sakinlər görülən işlərdən razılıq edərək, küçədə aparıaln abadlıq işlərinə
görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
"DİA-AZ"