“ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Tarix: 10-01-2025, 17:29 | Çap et
Tanınmış təhsil ekpserti, ADPU “Kompüter elmləri” kafedrasının dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədov redaksiyamıza Azərbaycanda təhsilə ayrılan qrantların səmərizliyi ilə bağlı “Səmərəli menecer hər manatın qədrini bilər...” başlıqlı növbəti analitik yazısını təqdim edib. Aktuallığını nəzərə alaraq həmin materialı dəyərli oxucularımızın müzakirəsinə buraxırıq: Bu gün ölkədə elə bir ailə tapmaq mümkün deyil ki, təhsilin durumundan razı olsun. Vətəndaşın öz durumundan və dövlətin vətəndaşına olan qayğısından məmnunluğu təhsil sisteminin keyfiyyətindən daha çox asılıdır, nəinki digər qurumların fəaliyyətindən. Təhsil sistemində minlərlə problem və təşəbbüslər var ki, maliyyə təminatsızlığı səbəbi ilə illərlə həll edilmir. Təhsil problemlərinin həllində mühüm alətlərdən biri də təhsilə dair layihələrə qrantların verilməsidir. Bizim təhsilin ağır durumda olması səbəblərindən biri də universitetlərə, vətəndaş cəmiyyətinə, ekspertlərin faydalı və əhəmiyyətli təşəbbüslərinə qrantların verilməməsidir. Ötən yazımızda dediyimiz kimi, təhsil siyasəti tərsinə qurulduğu kimi, deyəsən, təhsildə qrant siyasəti də tərs qurulub...
Son illər Elm və Təhsil Nazirliyi(ETN) təhsil layihələrinə qrant verməyə başlayıb. Amma verməsə idi, daha yaxşı olardı. Çünki, bu qrantların təhsilə köməyi heç hiss edilmir, əbəs yerə pullar havaya sovrulur. ETN keçən il QHT-lər üçün veridiyi təhsil qrantları da əvvəlki illərdəkindən heç nə ilə fərqlənmədi. ETN ""Gilavar Fotoqrafiya Məktəbi" təlim kursu" adlı layihəyə qrant verib. ETN bu "layihə"yə qrantlar verməklə təhsilin inkişafına nail ola bilərmi? Belə "seçim", görəsən, təhsilə olan biganəlikdən, dostlara olan hörmətdən, yoxsa selfi çəkdirməyə olan məhəbbətdən qidalanır? Belə yanaşma ilə gələn il də, yəqin, "Fotomodellərin hazırlığı kursu" layihəsinə təhsil qrantı verərlər... Digər bir layihə belə adlanır: "Təhlükəsiz gələcək! - Şagirdlərin təhlükəsizlik hüququnun təmin edilməsi". ETN məktəblilərin təhlükəsizliyi üçün 10 ildir "Məktəblinin dostu" adlı "İnnovasion" və "aktual" meqa-layihə icra edir, hər il buna milyonlarla pul ayırır. Bu il də əlavə bir neçə milyon ayıracaq. Belə bir vəziyyətdə bu problemin həllinə mikroqrant ayırmağın mənası nədir? Onsuz da yarıtmaz təhsil siyasəti nəticəsində məktəblilər məktəbdə yox, repetitor yanında dərs alırlar, bu məsələyə "xüsusi" diqqət yetirməyin nə mənası?.. Başqa bir qrant "Məktəbli münaqişələrinin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi" adlanır. 10 il "Məktəblinin dostu" kimi möhtəşəm "layihə"nin fəaliyyət göstərdiyi məktəblərdə niyə məktəbli münaqişələri olmalıdır ki? Bu "dostlar" hara baxır, nə edir ki, məktəblilər arasında münaqişələr yaranır və bu münaqişəni də ştatlı "dostlar" yox, həmyaşıdlar həll edir? Bəlkə məktəblər daha "razborşik”lər hazırlayır, xəbərimiz yoxdur? Sonra da təəccüblənirik ki, oğru dünyasına aid mahnılar təhsil müəssisələrində niyə səsləndirilir? Bəlkə daha yaxşı olar ki, "Məktəblinin dostu" layihəsinin uğursuzluğunun səbəbləri" adlı layihəyə qrant verərdiniz? Bu layihənin real icrası belə cəfəng ideyanın bizim reallığa uyğun olmadığını, müəllim-şagird münasibətlərini zədələdiyini, onun tam mənasız olduğunu üzə çıxarardı. Bu layihənin nəticəsi həm faydalı, həm də əsl mənada təhsildə rasionallaşmaya xidmət edərdi, 10 miyonlarla büdcə pulu belə mənasız işlərə israf edilməzdi, təhsilin konkret problemlərinin həllinə yönələrdi...
Növbəti "möhtəşəm" qrant "Birlikdən biliyə" adlanır. Belə qeyri müəyyən, konkret olmayan layihənin təhsilə təsir gücü nə olacaq? Belə boş layihələrə qrantlar verməkdə ETN-nin məqsədi nədir? Bəlkə təhsil qrantları müsabiqəsi dostlara ünvanlı sosial yardım proqramıdır?.. Əvvəlki illərdə də təhsil layihələrinə verilən qrantların çox hissəsi təhsilə aidiyyatı olmayan, təhsil problemlərinin real həllinə xidmət etməyən ideyasız layihələr olub. Bir neçə QHT- nin eyni müsabiqədə maksimal məbləğdə (100 min manat) eyni vaxtda 2 qrant alması kimi halların olması faktları da var. Əvvəlki illərdə də səmərəsiz təhsil qrantlarının verilməsi mövzusunda ekspertlər tərəfindən xeyli məqalələr yazılmışdır, amma nə faydası? "Dəyirman" yenə də öz işindədir. ETN heç vaxt ictimai rəyi nəzərə almayıb, görünür şəxsi və qrup maraqları olan yerdə, milli və dövlət maraqları, ictimai rəy onlara lazım deyil. Ölkə prezidenti İlham Əliyevin ictimai nəzarət haqqında bildirdiyi fikirlər də heç nəzərə alınmır: “Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istəyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq...” Ölkənin maliyyə resurslarının belə israfı nə deməkdir? Eyni zamanda "Universitetlərin innovativ infrastrukturunun yaradılması", "Universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsi", "Müəllimlərin distant təkmilləşdirməsi kurslarının təşkili" kimi aktual təhsil layihələri kənara atılır. Belə "seçim"lərin edilməsi, görəsən, səriştəsizlikdəndir, yoxsa ölkə təhsilinin inkişafına zərbə vurmaq niyyətindəndir? Yəqin ki, bu qrantlar da əvvəlki illərdə olduğu kimi, güzəştlə verilib? Amma sözdə səriştəsiz fəaliyyəti pərdələmək üçün gəlişi gözəl ifadələr işlətmək heç yaddan çıxmır: "Təhsildə güzəşt vətənə xəyanətdir" (E. Əmrullayev). Görünür "islahatçı" nazir imici yaratmaq üçün belə söz oyunu da lazımdır. Reallıqda isə .... 500 min manat qrant büdcəsini ədalət və səmərə ilə xərcləyə bilməyən bir qurum, 5 milyardlıq təhsil büdcəsini səmərəli xərcləyə bilərmi? Dəniz suyunun dadına baxmaq üçün dənizin suyunu tamam içməyə ehtiyac yoxdur, bu sudan 1 qurtum içmək bəsdir... Bəlkə təhsilin bugünkü tənəzzülünün əsas səbəbini elə illərlə təhsildəki səhv maliyyə siyasətində axtaraq?.. Bu necə ola bilər ki, son illər təhsil büdcəsi 5 dəfə artıb, amma təhsil geriləyib? Belə "təhsil islahatı" hansı ölkədə olub? ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub. Belə güzəştlər təhsilə, cəmiyyətə, dövlətin təhsil və səmərəli maliyyə siyasətinə zərbədir. Xüsusən də təhsilə dair bütün qlobal reytinqlərdə daim aşağı pillələrdə olduğumuz bir zamanda belə israfçı qrant siyasətinin illərlə davam etməsi ciddi suallar doğurur. ETN bu suallara cavab versə, yaxşı olardı... İlham Əhmədov, pedaqoji elmlər üzrə fəlsəfə doktoru" Moderator.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Bu gün, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Bu gün, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Bu gün, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Bu gün, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Bu gün, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Bu gün, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Bu gün, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Bu gün, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Bu gün, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23 |
|
|
|
• Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19 |
|
|
|
• Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17 |
|
|
|
• ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15 |
|
|
|
• Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10 |
|
|
|
• "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• “Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58 |
|
|
|
• Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10 |
|
|
|
|