![Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə](https://dia-az.life/uploads/posts/2025-01/thumbs/1736513443_0001.jpg)
Bu gün Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə ediblər.
Ermənistanla Türkiyə arasında münasibətlərinin normallaşması, həmçinin Ermənistan-Aİ əməkdaşlığının dərinləşdirilməsi və genişləndirilməsi ilə də bağlı fikir mübadiləsi aparılıb.