“Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın aylarda istefa verəcək və ölkədə növbədənkənar seçkilər keçiriləcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı, bir müddət öncə hakim Mülki Müqavilə Partiyasından qovulan Ovik Ağazaryan deyib.
Onun sözlərinə görə, İrəvanın xarici siyasət kursunda müsbət irəliləyişlər var və bu baxımdan seçkilərin keçirilməsi ölkənin maraqlarına uyğundur:
“Müxalifətin ölkədə növbədənkənar seçkilərin keçirilməsi isə bağlı təklifləri hər zaman hökumətin diqqətindədir. Mövcud hakimiyyət də bu məsələdə maraqlıdır. Onlar seçkiləri təşkil edib ölkənin idarəçiliyini yenidən ələ keçirməyi düşünürlər. Həmçinin hökumətin növbədənkənar seçkilərə getməsinin başqa səbəbləri də var”.
Qeyd edək ki, bir müddət əvvəl O.Ağazaryan İstintaq Komitəsinin sabiq rəhbəri Arqişti Kyaramyan arasında mübahisə baş verib. Nəticədə Kyaramyan və bir sıra dövlət məmurları vəzifədən azad ediliblər. Ağazaryan əvvəlcə istefa verməkdən imtina edib, lakin partiyadan kənarlaşdırıldıqdan sonra bitərəf deputat olub. O, Ermənistanla bağlı məxfi məlumatları yaymaqda ittiham edilib və deputat mandatının ləğvi tələb olunub.
O.Ağazaryan hakim partiyada olduğu müddətdə Nikol Paşinyana ən yaxın adamlardan hesab edilib.