Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Tarix: 17-01-2025, 13:58 | Çap et
 Rusiyadan gələn təhdidlər Avropa İttifaqına (Aİ) üzvlük layihəsini təsdiqləyən Ermənistan hökumətini ciddi düşünməyə vadar edib. “Hraparak” iddia edib ki, Nikol Paşinyan bu durumdan narahat olsa da, geri addım ata bilməyəcəklərini və Aİ layihəsini qəbul etməkdən imtina etməyəcəklərini söyləyib. Baş nazir Ermənistan iqtisadiyyatına gözlənilən ağır zərbələrdən çıxış yollarının axtarılmasını təklif edib. Aİ-yə üzvlük layihəsi ötən ilin sonundan parlamentdə olsa da, bazar ertəsi başlayan parlamentin yaz sessiyasının ilk iclasının gündəliyinə daxil edilməyib. Hakim fraksiyada həmin layihənin qəbul edilməsinin əleyhinə olan, onu təhlükəli nəticələri olacaq macəra hesab edən güclü deputat qrupu var. Xatırladaq ki, hökumət ötən həftə “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib. Qanun qüvvəyə minməsi üçün Ermənistan parlamentində də təsdiq olunmalıdır. Rəsmi Moskva təşəbbüsün mümkün nəticələri barədə Ermənistana xəbərdarlıq edib. “Past” məlumat yayıb ki, Ermənistanın son qərarlarından sonra Rusiya bu ölkənin müxalif dairələri ilə görüşlərə başlayıb: "Rusiyanın rəsmi dairələri bu ölkədə yaşayan erməni ictimai-siyasi xadimləri ilə diqqətçəkən görüşlər keçirirlər. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin “Mənim Ölkəm, Mənim Ermənistanım” partiyasının sədri Mqer Avetisyanla görüşüb. Avetisyan sosial mediada Pankinlə çox vacib və ətraflı müzakirə apardığını bildirib”.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Abutalıb Səmədov "Sherg.az"a deyib ki, Nikol Paşinyanı Ermənistanda hakimiyyətə Qərbin müəyyən dairələri, ilk növbədə SOROS gətirib. Ekspertin sözlərinə görə, çox güman ki, Paşinyan bu dəstəyə nail olmaq üçün Qərbə bəzi vədlər verib:
"Əsas vəd Rusiyadan uzaqlaşmaq idi. Düzdür, bir müddət Paşinyan Rusiya və onun rəhbərliyi altındakı qurumlarla münasibətləri qorumağa çalışdı. Ancaq 44 günlük müharibədə arzuladığı dəstəyi görmədiyi, sonrakı dönəmdə də eyni münasibətlə üzləşdiyi üçün qəti şəkildə Qərbə yönəlmək və onların dəstəyini almaq xəttini əsas götürdü. Lakin baş nazir müəyyən reallıqları nəzərə almadı. Siyasətdə təsadüfi adamların əsas xətaları, nöqsanları budur. Onlar bütöv mənzərəni yox, hansısa elementi görə bilirlər. Son nəticədə ciddi faciələrə səbəb olurlar. Ermənistan hökuməti rəsmi şəkildə Avropa İttifaqına üzvlük prosesinə start verib. Rusiya baş nazirinin müavini də açıq şəkildə deyib ki, bu, həm də Avrasiya İqtisadi İttifaqından çıxmaq prosesinin başlanğıcıdır. Aİİ-dən ən çox xeyir götürən məhz Ermənistandır. MDB iclaslarına, KTMT tədbirlərinə çox vaxt qatılmayan Ermənistan Aİİ-nin toplantılarına həvəslə qatılır, çünki iqtisadi maraqları var. Ermənistanın xarici dövriyyəsinin 40 faizdən çoxu Rusiyanın payına düşür. Bütövlükdə Avropa İttifaqı ilə ticarət dövriyyəsi ilə 6 faizdən bir qədər çoxdur. ABŞ ilə isə heç bir faiz də deyil. Deməli, Rusiya Ermənistan üçün ciddi problemlər yarada bilər və görünür, artıq bu barədə düşünməyə başlayıb".
Analitik bəyan edib ki, artıq miqrantlarla bağlı proses işə düşüb və Rusiyada yüzminlərlə erməni yaşayır, işləyir: "Digər məsələ qaz enerjisi ilə bağlıdır. Hər il Ermənistan Rusiyadan təqribən 2.5 milyard kub metr qazı çox ucuz qiymətə alır. Düzdür, Ermənistan İrandan da qaz alır, ancaq həmin qaz sadəcə elektrik stansiyalarının işlədilməsinə sərf olunur. Bunun müqabilində Ermənistan İrana elektrik enerjisi verir. Əsas tədarükçüsü Rusiyadır. Ermənistandakı qazpaylayıcı sistem də "Qazprom"un nəzarətindədir. Dəmiryol nəqliyyatı 30 illiyinə Rusiyaya verilib. Ermənistanın iri müəssisələri də Rusiyanın mülkiyyəti sayılır. Rus hərbi bazası və sərhədçiləri də Ermənistandadır. Hərbi baza müəyyən dövrədək orada qalacaqsa, sərhədçilər müddətsiz Ermənistan ərazisindədirlər. Yəni münasibətlər həddindən artıq sıxdır və əlaqələrin korlanması ciddi iqtisadi çətinlikləri qaçılmaz edəcək. Paşinyan bunları nəzərə almadan Qərbə yaxınlaşma xətti götürdü. Güman edir ki, Qərb ona daha çox dəstək verəcək, maliyyə ayıracaq. Ən əsası isə hakimiyyətdə qalmasına kömək edəcək".

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zelenski təklənir - İNCƏLƏMƏ
Bu gün, 06:41 |
|
|
|
• Bakı “dəhliz” təklifini rədd etdi, İrəvanda hazırlıq başladı... - “Ya müharibə, ya da…”
Bu gün, 06:30 |
|
|
|
• "Fransa Avropa qoşunlarının Ukraynada arxa cəbhədə yerləşdirilməsini istəyir" - "Financial Times"
Bu gün, 02:17 |
|
|
|
• "Yelo Bank" Qarabağ qazisinin evini əlindən almaq istəyir... - "Manatla verdiyi krediti dollarla tələb edir"
Bu gün, 02:15 |
|
|
|
• ABŞ-la Rusiya arasında münasibətlər yumşalırmı?
Bu gün, 01:34 |
|
|
|
• Oğlu işdən çıxarıldı, ailəsi çətin durumda qalıb - Neftçaladan şikayət
Bu gün, 01:27 |
|
|
|
• Daha bir ölkənin "Avroviziya" təmsilçisi bəlli oldu
Bu gün, 01:01 |
|
|
|
• Trampın Ukraynanın yeraltı sərvətləri ilə bağlı planı açıqlandı - "The Telegraph"
Bu gün, 00:58 |
|
|
|
• "Heç bir xəstəliyim yoxdur" - Kadırov
Bu gün, 00:56 |
|
|
|
• Yaxın müddətdə Azərbaycanda bu banklar bağlanacaq - SİYAHI
Bu gün, 00:54 |
|
|
|
• Sabunçu Rayon İcra Hakimiyyətinin strukturundakı müəssisənin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:52 |
|
|
|
• “AAAF Park”da nə baş verir? - Üzürləri günahlarından betər...
Bu gün, 00:49 |
|
|
|
• Universitetlər Bakıdan bu qaydada köçürüləcək - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Jurnalistin "Kapitalbank" kartından oğurluq olub? - İddia + VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Erməni diasporu ilə Nikol Paşinyan arasında fikir ayrılıqları mövcuddur - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:26 |
|
|
|
• Ağlar günə qalan səhiyyəmiz... - BU FAKTDIR!
Bu gün, 00:23 |
|
|
|
• İş adamı Emin Huseynov SAXLANILDI - SƏBƏB
Bu gün, 00:19 |
|
|
|
• QUDASININ ADI RUS ŞƏBƏKƏSİ İLƏ HALLANAN İCRA BAŞÇISI... - Niyazi Bayramov və kürəkəni susur
Bu gün, 00:16 |
|
|
|
• 'Nikolaydan qalma' direktor YOLA SALINIR? - İDDİA
Bu gün, 00:11 |
|
|
|
• Saxta cərrahlardan, saxta kosmetoloqlara: Gözəllik qurban tələb edir? - AXI NİYƏ?..
Bu gün, 00:06 |
|
|
|
• Uzun illərin qorxu və təşvişi: kim hökmranlıq edəcək? - türklər, iranlılar, yoxsa ərəblər?
Bu gün, 00:03 |
|
|
|
• Köhnə yolda tələsən Zaur... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:00 |
|
|
|
• “Əqrəb mövsümü”nün vəkillərə “qarşı” olub-olmadığı araşdırılır - RƏSMİ
Dünən, 19:16 |
|
|
|
• Vəkillərdən serialdakı söyüşə cavab: “Cinayət işi açılmalıdır!”
Dünən, 19:12 |
|
|
|
• Qurumların nə problemdən, nə də vəzifələrindən xəbəri var - Bakının zəbt olunan səkiləri
Dünən, 19:02 |
|
|
|
• Tehran Ermənistandan regionda üstünlüyünü nümayiş etdirmək üçün istifadə edir - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• “Rusiya Türkiyənin Güney Qafqazda mövqeyinin güclənməsilə hesablaşmalı olacaq...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Rusiya-Azərbaycan münasibətlərində kritik məqam: - Ərdoğanın işə qarışması…
Dünən, 18:08 |
|
|
|
• "Deyirlər, Ramal yatır, verilişə gəlmir"
Dünən, 18:03 |
|
|
|
• Raketin zədələdiyi evimizin təmiri üçün cəmi 1000 manat verdilər - GƏNCƏ SAKİNİ İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB
Dünən, 17:59 |
|
|
|
• Piyada keçidində məktəblini vurub öldürən “Bakubus” sürücüsü - Həbs edildi
Dünən, 17:57 |
|
|
|
• "Qumar kralı"nın cinayət işi ilə bağlı DETALLAR - RƏSMİ
Dünən, 17:55 |
|
|
|
• Məqsədli tıxaclar və yaxud paytaxtın nəqliyyat CƏHƏNNƏMİNƏ ÇEVRİLMƏSİ - AYNA-nın ABSURD SİSTEMİ
Dünən, 17:51 |
|
|
|
• "Hazırda işğaldan azad olunmuş ərazilərdə 30 min Azərbaycan vətəndaşı yaşayır" - AÇIQLAMA
Dünən, 17:46 |
|
|
|
• Şəkidə 27 yaşlı qadının doğuşdan bir gün sonra MÜƏMMALI ÖLÜMÜ - VİDEO
Dünən, 17:45 |
|
|
|
• Əmək Müqaviləsinə xitam verilərkən... - Ekspert danışır...
Dünən, 17:42 |
|
|
|
• 17 milyonluq tenderin 13 milyonunu bir şirkətə verilib: “Avaz Group”la AQTİ-ni nə birləşdirir? – ARAŞDIRMA
Dünən, 17:38 |
|
|
|
• Azərbaycan Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib
Dünən, 17:36 |
|
|
|
• Ağgöldə yegerlərin brakonyerlik fəaliyyəti - Rahim Gəncəliyev, dəstəsi və himayədar Ceyhun...
Dünən, 17:25 |
|
|
|
• “Atəşgah” sığorta müştərisinə dəymiş zərəri ödəmir - MÜRACİƏT
Dünən, 17:21 |
|
|
|
• Əsas məsələ Xəzəryanı dövlətlərin iqtisadi inteqrasiyasını təşkil etməkdir - Natiq Cəfərli
Dünən, 17:15 |
|
|
|
• Ermənistanı Avropa İttifaqında heç kim gözləmir - Koçaryan
Dünən, 17:13 |
|
|
|
• Bakıda tıxacları necə aradan qaldırmaq olar? - NƏ ETMƏLİ?
Dünən, 17:04 |
|
|
|
• Azər Qasımov Prezidentin Mətbuat katibi vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:02 |
|
|
|
• Əməkdar jurnalistin şikayət etdiyi qadın saxlanıldı - RƏSMİ
Dünən, 17:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır? – “Risklər var, diqqətli olmalıyıq”
Dünən, 16:58 |
|
|
|
• Zelenski ABŞ-Rusiya danışıqlarını tanımaq istəmir
Dünən, 16:57 |
|
|
|
• İlyas İsmayılovla son danışığımız bu mövzuda oldu - Mütəllim Rəhimli
Dünən, 16:55 |
|
|
|
• Rus kölələrinin `ƏSL KİŞİLƏR` GÜNÜ BU İMİŞ... - BU NƏDİ BELƏ?..
Dünən, 16:49 |
|
|
|
• Məhkəmə Perinatal Mərkəzi cərimələyib - BUNA GÖRƏ...
Dünən, 16:46 |
|
|
|
|