Zelenski təklənir .....                     Bakı “dəhliz” təklifini rədd etdi, İrəvanda hazırlıq başladı... .....                     "Fransa Avropa qoşunlarının Ukraynada arxa cəbhədə yerləşdirilməsini istəyir" .....                     "Yelo Bank" Qarabağ qazisinin evini əlindən almaq istəyir... .....                     ABŞ-la Rusiya arasında münasibətlər yumşalırmı? .....                     Oğlu işdən çıxarıldı, ailəsi çətin durumda qalıb .....                     Daha bir ölkənin "Avroviziya" təmsilçisi bəlli oldu .....                     Trampın Ukraynanın yeraltı sərvətləri ilə bağlı planı açıqlandı .....                     "Heç bir xəstəliyim yoxdur" .....                     Yaxın müddətdə Azərbaycanda bu banklar bağlanacaq .....                     Sabunçu Rayon İcra Hakimiyyətinin strukturundakı müəssisənin külli miqdarda vergi borcu üzə çıxdı .....                     “AAAF Park”da nə baş verir? .....                     Universitetlər Bakıdan bu qaydada köçürüləcək .....                     Jurnalistin "Kapitalbank" kartından oğurluq olub? .....                     Erməni diasporu ilə Nikol Paşinyan arasında fikir ayrılıqları mövcuddur .....                     Ağlar günə qalan səhiyyəmiz... .....                     İş adamı Emin Huseynov SAXLANILDI .....                     QUDASININ ADI RUS ŞƏBƏKƏSİ İLƏ HALLANAN İCRA BAŞÇISI... .....                     'Nikolaydan qalma' direktor YOLA SALINIR? .....                     Saxta cərrahlardan, saxta kosmetoloqlara: Gözəllik qurban tələb edir? .....                     Uzun illərin qorxu və təşvişi: kim hökmranlıq edəcək? .....                     Köhnə yolda tələsən Zaur... .....                     “Əqrəb mövsümü”nün vəkillərə “qarşı” olub-olmadığı araşdırılır .....                     Vəkillərdən serialdakı söyüşə cavab: .....                     Qurumların nə problemdən, nə də vəzifələrindən xəbəri var .....                     Tehran Ermənistandan regionda üstünlüyünü nümayiş etdirmək üçün istifadə edir .....                     “Rusiya Türkiyənin Güney Qafqazda mövqeyinin güclənməsilə hesablaşmalı olacaq...” .....                     Rusiya-Azərbaycan münasibətlərində kritik məqam: .....                     "Deyirlər, Ramal yatır, verilişə gəlmir" .....                     Raketin zədələdiyi evimizin təmiri üçün cəmi 1000 manat verdilər .....                     Piyada keçidində məktəblini vurub öldürən “Bakubus” sürücüsü .....                     "Qumar kralı"nın cinayət işi ilə bağlı DETALLAR .....                     Məqsədli tıxaclar və yaxud paytaxtın nəqliyyat CƏHƏNNƏMİNƏ ÇEVRİLMƏSİ .....                     "Hazırda işğaldan azad olunmuş ərazilərdə 30 min Azərbaycan vətəndaşı yaşayır" .....                     Şəkidə 27 yaşlı qadının doğuşdan bir gün sonra MÜƏMMALI ÖLÜMÜ .....                     Əmək Müqaviləsinə xitam verilərkən... .....                     17 milyonluq tenderin 13 milyonunu bir şirkətə verilib: “Avaz Group”la AQTİ-ni nə birləşdirir? .....                     Azərbaycan Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib .....                     Ağgöldə yegerlərin brakonyerlik fəaliyyəti .....                     “Atəşgah” sığorta müştərisinə dəymiş zərəri ödəmir .....                 

Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Tarix: 17-01-2025, 15:17 | Çap et
Rusvari rüsvayçılıq
Rusiya mediasında ölkəmizə qarşı başlanmış haray-həşir, qarayaxma, burunlama kampaniyası heyrət doğrurur və adamın yadına məşhur lətifə personajı Molla Nəsrəddinin bir əhvalatını salır.

Həmin lətifə belədir: Bir gün Molla yola çıxır, qonşu şəhərə yollanır. Yarıyolda quldurlar onun qarşısını kəsir, eşşəyindən düşürür, nəyi var, əlindən alır, özünü də döyməyə başlayırlar. Molla qışqırır: “A kişilər, bir əl saxlayın, məni soydunuz, bu heç, ta niyə döyürsünüz? Gec gəlmişəm, ya az gətirmişəm?”

İndi Mollanın sözü olmasın, təyyarəmizi vuran ruslar, faktı danan, məsuliyyətdən yayınmağa çalışan ruslar, daha bizi niyə söyürlər? Təyyarənin vurulmasına etiraz edib, problem yaratmışıq? Dinməməliydik? “Olan şeydir, canınız sağ olsun” deməliydik? Bəlkə təyyarəmizə dəyən raketin pulunu da ödəməliydik?

Göründüyü kimi, bu kampaniyaya ciddi reaksiya vermək belə mümkün deyil. Çünki hərəkətin özü lətifəvaridir.

Onlar belə vərdiş ediblər. Rusiya imperiyasının çoxəsrlik siyasətinin leytmotivi bütün münaqişəli vəziyyətlərdə zeytun yağı kimi üzə çıxmaq, ən haqsız olduğu situasiyalarda belə özünü haqlı elan etmək, buna etiraz edənləri təzyiqə, repressiyaya məruz qoymaq və sair bu kimi hərəkətlər olub.

“Rusiyanı ağıl-kamalla dərk etmək çətindir” deyən klassiklərin növbəti dəfə haqlı olduğu bu günlərdə büruzə çıxır. Doğrudan da dünyada bu qədər təklənmiş, küncə sıxılmış, Ukrayna və onun arxasında dayanan qüdrətli dövlətlərlə apardığı müharibədə ciddi itkilərə, sarsıntılara məruz qalmış bir dövlət belə bir dönəmdə yanında qalan, ona arxadan xəncər saplamayan azsaylı ölkələrin biriylə intriqaya girir. Bu, ağıl-kamal göstəricisi ola bilərmi?

Mülki təyyarənin vurulması ilə bağlı ixtilafdan yeganə çıxış yolu səhvi etiraf etmək, zərərçəkən şirkətə və sərnişinlərə kompensasiya ödəmək kifayət idi ki, münaqişə böyüməsin. Belə olsaydı, o zaman hər şey bir faciəvi səhvin ayağına yazlacaqdı, dostluğa xələl gəlməyəcəkdi. Ancaq Rusiya hakimiyyətinin indiki ovqatı “vurmuşuq, yaxşı eləmişik, ayrı sözünüz varmı” tipindədir. Belə davranışlar siyasi-diplomatik etiketlərlə daban-dabana ziddir, bu, əsasən kriminal hesablaşmaların ritorikasıdır. Bildiyiniz kimi, kriiminal avtoritetlər ünvanlarına irad səslənməsinə təhəmmül etmirlər, dərhal odlu silaha əl atır, məsələni birdəfəlik həll etmək istəyirlər.

İndi rusiyalı böyüklərdən kimsə ortaya çıxıb deyə bilər ki, Azərbaycana qarşı aparılan əsassız mətbu hücum dövlət rəhbərliyinin iradəsindən kənar xarakter daşıyır. Hamımız bilirik ki, bu, havayı söhbətdir. Rusiya elə bir dövlətdir ki, orada həmişə totalitarizm hökm sürüb, bu gün də bütün peşəkar media və sosial şəbəkələr total nəzarətdədir. Sosial şəbəkədəki milyonlarla səhifənin birində Ukraynada aparılan müharibənin haqlılığını azacıq şübhə altına alan istənilən şəxs anındaca ifşa edilir, məsuliyyətə cəlb ounur, “xarici agent” adlandırılırsa, Rusiya ilə strateji müttəfiqlik sazişi olan ölkəyə qarşı aparılan çirkin kampaniyanın özfəaliyyət olması ehtimalı sıfıra bərabərdir. Həm də bu sahədəki özfəaliyyətlər heç vaxt kütləvi xarakter daşıya bilməz. Rusiyalı təbliğatçıların hərəkəti bir zamanlar Hollandiya futbolçularının tətbiq etdiyi taktikaya bənzəyir: “Hamılıqca hücuma, hamılıqca müdafiəyə”.

Şübhə yoxdur ki, bu kampaniyanın arxasında Rusiyanın Federal Təhlükəsizlik Xidməti dayanır. Azərbaycanı hədələyən neonasistlər də bu xidmətin layihəsidir, hökumət onlardan “şilləvuran”, “xoxan” kimi istifadə edir.

Azərbaycanın sərnişin təyyarəsi Rusiya səmalarında vurulduqdan, onlarla sərnişin həlak olduqdan, hətta bunun Rusiya hava hücumundan müdafiə qüvvələrinin cinayətkarcasına səhvi olduğu ortaya çıxandan sonra da Azərbaycan tərəfindən Rusiyanın ünvanına təhqiramiz ifadələr səslənmirdi. Ən sərt fikir bildirənlər Rusiya rəhbərliyinin buna görə üzr istəməsini tələb edirdilər. Vəssalam.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin bu işdə məsuliyyəti olanların cəzalandırılmasını tələb etməsi isə Rusiyada qıcıq doğurub.

Maraqlıdır, bu toxunulmaz şəxs kimdir ki, onun məsuliyyətə cəlb edilməsini tələb edəndə vəziyyət kəskin dəyişir? Yəni Ramzan Kadırov Rusiyada bu qədərmi ötkəm şəxsdir?

Əslində onun ötkəmliyi barədə əvvəllər də yazılıb. O, RF-nin qüdrətli İstintaq Komitəsinin sədri Bastrıkini və daxili işlər naziri Kolokoltsovu danlayan, onların “öz yerində olmadıqları”nı bildirən şəxsdir. Ancaq onun Rusiyanın qonşuluq siyasətini müəyyən edən biri olması gözlənilməzdir. Fakt odur ki, onun təqsiri üzündən Rusiya öz cənub qonşusu ilə problem yaşayır və Kreml onu cəzalandırmaq əvəzinə, ona qarşı tələbi olanların üstünə getməyə çalışır.

Bu işdə velikorus şovinizminin təzahürləri də hiss olunur. Heç kəs Moskvaya söz deyə bilməz – xüsusilə də bu, vaxtilə onun keçmiş müstəmləkəsidirsə.

Ruslar hələ də həzm edə bilmirlər ki, hamının sovet-rus bayrağı altına birləşdiyi günlər bir qərinə geridə qalıb. Vaxtilə Moskvanın ağzına baxan 14 müttəfiq respublikanın 13-ü müstəqil dövlətdir. Rusiyanın yanında qalan bir Belarusdur, onun da əlacı, başqa yolu yoxdur. Ermənistan kimi kreditlə yaşayan bir ölkə Rusiyadan tamamilə üz döndərmək yolu tutubsa, Kreml öz təkəbbür və ambisiyalarından əl çəkməyi götür-qoy etməlidir. Bu siyasətlə uzağa getmək olmaz. Dönüb geriyə, tarixə baxmaq lazımdır. Orada özünü bu cür aparan dövlətlərin aqibətinə dair çoxsaylı materiallar var.

Araz Altaylı, Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski təklənir - İNCƏLƏMƏ
Bu gün, 06:41
Bakı “dəhliz” təklifini rədd etdi, İrəvanda hazırlıq başladı... - “Ya müharibə, ya da…”
Bu gün, 06:30
"Fransa Avropa qoşunlarının Ukraynada arxa cəbhədə yerləşdirilməsini istəyir" - "Financial Times"
Bu gün, 02:17
"Yelo Bank" Qarabağ qazisinin evini əlindən almaq istəyir... - "Manatla verdiyi krediti dollarla tələb edir"
Bu gün, 02:15
ABŞ-la Rusiya arasında münasibətlər yumşalırmı?
Bu gün, 01:34
Oğlu işdən çıxarıldı, ailəsi çətin durumda qalıb - Neftçaladan şikayət
Bu gün, 01:27
Daha bir ölkənin "Avroviziya" təmsilçisi bəlli oldu
Bu gün, 01:01
Trampın Ukraynanın yeraltı sərvətləri ilə bağlı planı açıqlandı - "The Telegraph"
Bu gün, 00:58
"Heç bir xəstəliyim yoxdur" - Kadırov
Bu gün, 00:56
Yaxın müddətdə Azərbaycanda bu banklar bağlanacaq - SİYAHI
Bu gün, 00:54
Sabunçu Rayon İcra Hakimiyyətinin strukturundakı müəssisənin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:52
“AAAF Park”da nə baş verir? - Üzürləri günahlarından betər...
Bu gün, 00:49
Universitetlər Bakıdan bu qaydada köçürüləcək - AKTUAL
Bu gün, 00:38
Jurnalistin "Kapitalbank" kartından oğurluq olub? - İddia + VİDEO
Bu gün, 00:33
Erməni diasporu ilə Nikol Paşinyan arasında fikir ayrılıqları mövcuddur - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:26
Ağlar günə qalan səhiyyəmiz... - BU FAKTDIR!
Bu gün, 00:23
İş adamı Emin Huseynov SAXLANILDI - SƏBƏB
Bu gün, 00:19
QUDASININ ADI RUS ŞƏBƏKƏSİ İLƏ HALLANAN İCRA BAŞÇISI... - Niyazi Bayramov və kürəkəni susur
Bu gün, 00:16
'Nikolaydan qalma' direktor YOLA SALINIR? - İDDİA
Bu gün, 00:11
Saxta cərrahlardan, saxta kosmetoloqlara: Gözəllik qurban tələb edir? - AXI NİYƏ?..
Bu gün, 00:06
Uzun illərin qorxu və təşvişi: kim hökmranlıq edəcək? - türklər, iranlılar, yoxsa ərəblər?
Bu gün, 00:03
Köhnə yolda tələsən Zaur... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:00
“Əqrəb mövsümü”nün vəkillərə “qarşı” olub-olmadığı araşdırılır - RƏSMİ
Dünən, 19:16
Vəkillərdən serialdakı söyüşə cavab: “Cinayət işi açılmalıdır!”
Dünən, 19:12
Qurumların nə problemdən, nə də vəzifələrindən xəbəri var - Bakının zəbt olunan səkiləri
Dünən, 19:02
Tehran Ermənistandan regionda üstünlüyünü nümayiş etdirmək üçün istifadə edir - FAKT BUDUR!
Dünən, 19:00
“Rusiya Türkiyənin Güney Qafqazda mövqeyinin güclənməsilə hesablaşmalı olacaq...” - ŞƏRH
Dünən, 18:58
Rusiya-Azərbaycan münasibətlərində kritik məqam: - Ərdoğanın işə qarışması…
Dünən, 18:08
"Deyirlər, Ramal yatır, verilişə gəlmir"
Dünən, 18:03
Raketin zədələdiyi evimizin təmiri üçün cəmi 1000 manat verdilər - GƏNCƏ SAKİNİ İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB
Dünən, 17:59
Piyada keçidində məktəblini vurub öldürən “Bakubus” sürücüsü - Həbs edildi
Dünən, 17:57
"Qumar kralı"nın cinayət işi ilə bağlı DETALLAR - RƏSMİ
Dünən, 17:55
Məqsədli tıxaclar və yaxud paytaxtın nəqliyyat CƏHƏNNƏMİNƏ ÇEVRİLMƏSİ - AYNA-nın ABSURD SİSTEMİ
Dünən, 17:51
"Hazırda işğaldan azad olunmuş ərazilərdə 30 min Azərbaycan vətəndaşı yaşayır" - AÇIQLAMA
Dünən, 17:46
Şəkidə 27 yaşlı qadının doğuşdan bir gün sonra MÜƏMMALI ÖLÜMÜ - VİDEO
Dünən, 17:45
Əmək Müqaviləsinə xitam verilərkən... - Ekspert danışır...
Dünən, 17:42
17 milyonluq tenderin 13 milyonunu bir şirkətə verilib: “Avaz Group”la AQTİ-ni nə birləşdirir? – ARAŞDIRMA
Dünən, 17:38
Azərbaycan Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib
Dünən, 17:36
Ağgöldə yegerlərin brakonyerlik fəaliyyəti - Rahim Gəncəliyev, dəstəsi və himayədar Ceyhun...
Dünən, 17:25
“Atəşgah” sığorta müştərisinə dəymiş zərəri ödəmir - MÜRACİƏT
Dünən, 17:21
Əsas məsələ Xəzəryanı dövlətlərin iqtisadi inteqrasiyasını təşkil etməkdir - Natiq Cəfərli
Dünən, 17:15
Ermənistanı Avropa İttifaqında heç kim gözləmir - Koçaryan
Dünən, 17:13
Bakıda tıxacları necə aradan qaldırmaq olar? - NƏ ETMƏLİ?
Dünən, 17:04
Azər Qasımov Prezidentin Mətbuat katibi vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:02
Əməkdar jurnalistin şikayət etdiyi qadın saxlanıldı - RƏSMİ
Dünən, 17:00
Ermənistan müharibəyə hazırlaşır? – “Risklər var, diqqətli olmalıyıq”
Dünən, 16:58
Zelenski ABŞ-Rusiya danışıqlarını tanımaq istəmir
Dünən, 16:57
İlyas İsmayılovla son danışığımız bu mövzuda oldu - Mütəllim Rəhimli
Dünən, 16:55
Rus kölələrinin `ƏSL KİŞİLƏR` GÜNÜ BU İMİŞ... - BU NƏDİ BELƏ?..
Dünən, 16:49
Məhkəmə Perinatal Mərkəzi cərimələyib - BUNA GÖRƏ...
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru