Müğənni Ülviyyə Namazova qardaşından danışıb gileylənib.
Sənətçi qonaq oldu “Günaydın Azərbaycan” verilişində özü kimi müğənni olan qardaşı Vüqar Namazov barədə danışıb.
“Həmin baş verən cinayət məsələsində üzərimdən keçib barışıq etdi. Ona görə incikliyəm. Bu qədər əziyyət çəkdim. Məsələni ictimailəşdirmişdim. Hazırda küsülüyük”.
Xatırladaq ki, bir müddət öncə Vüqar Namazov bıçaqlanması ilə gündəmə gəlmiş, Ülviyyə qardaşı üçün canını belə verəcəyini demişdi. Lakin efirə çıxıb, qardaşının bir sözündən möhkəm küsdüyünü, onun da proqrama qonaq gəldiyi üçün verilişi tərk edəcəyini deyib və studiyadan çıxıb.