“Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı növbəti dəfə hücuma keçiblər. “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch” və onların yedək qurumları ard-arda bəyanatlar yayırlar.
İnsan hüquqlarını pozmaqda suçlamalarında ən dəhşətli məqam ermənilərlə bağlıdır.
“Human Rights Watch” təşkilatı antiterror əməliyyatından sonra ölkəmizdən köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsini ortaya atıb.
Bu cür ittihamların arxasında nə dayanır? Bir mənası olacaqmı?
Qeyd edək ki, Qərbi Azərbaycan İcması məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir: "Özünü insan hüquqlarının müdafiəçisi adlandıran “Human Rights Watch” təşkilatı dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabat dərc edib. Hesabatın Azərbaycana dair hissəsində çoxsaylı böhtanlarla yanaşı ölkəmizdən köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır. Lakin, Ermənistana dair hissədə oradan qovulmuş azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsun bəhs edilmir.
Hesab edirik ki, bu, “Human Rights Watch” təşkilatı tərəfindən Azərbaycan xalqına etnik və dini əsasda ayrı-seçkilikdir. İrqi ayrı-seçkilik hər bir halda qəbuledilməzdir. Bu ayrı-seçkiliyi özünü insan hüquqlarının müdafiəçisi kimi qələmə verən təşkilatların həyata keçirməsi isə insan hüquqlarına ikiqat ağır zərbə vurur. Ələlxüsus, xatırladaq ki, bu hesabatın dərc edilməsindən az əvvəl, keçmiş prezident Levon Ter-Petrosyanın Ermənistanın qərbi azərbaycanlılara qarşı etnik təmizləməsinin dövlət siyasəti olduğunu təsdiq edən çıxışı yayılmış və biz bu barədə “Human Rights Watch”a xüsusi müraciət ünvanlamışdıq.
Biz “Human Rights Watch” təşkilatı və onun arxasında duran qüvvələrdən insan hüquqlarından siyasi alət kimi istifadə etməyi, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi və Ermənistanın etnik təmizləmə siyasətinə dəstəyini dayandırmağı tələb edirik".
Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a danışıb. Hüquq müdafiəçisi qeyd edib ki, beynəlxalq insan haqları təşkilatları, o cümlədən “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch” və bu kimi digər qurumlar artıq müstəqil və bitərəf təşkilatlar kimi fəaliyyət göstərmirlər: “Onlar siyasiləşmiş strukturlara çevriliblər və müəyyən dövlətlərin siyasi hakimiyyətlərinə, eləcə də bu hakimiyyətlər tərəfindən yaradılan bəzi qurumlara tabe olurlar.
Bu təşkilatların maliyyələşmə mənbəyi haradandırsa, sifarişlər də oradan gəlir. Təəssüf ki, onları maliyyələşdirən dövlətlər uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe sərgiləyiblər. Bu, təkcə 30 illik işğal dövründə deyil, həm də torpaqlarımızı işğaldan azad etdiyimiz və antiterror tədbirləri həyata keçirdiyimiz dövrlərdə də müşahidə olunub.
Həmin dövlətlər və təşkilatlar Azərbaycana qarşı yalnız qərəzli bəyanatlarla kifayətlənməyib, eyni zamanda bu məsələləri BMT Təhlükəsizlik Şurasının gündəliyinə salmağa da cəhd ediblər. Bu prosesin əsas təşəbbüskarlarından biri isə məhz Fransa olub və bu kampaniyanın təşkilində bilavasitə iştirak edib.
Və ona görə də bu cür təşkilatların Azərbaycana qarşı mövqeyi birmənalı olaraq qərəzli hesab olunmalıdır. Çünki onların haqq və ədalətdən danışmağa nə mənəvi, nə də hüquqi haqları var. Şəhərlərimiz raketlərlə vurulanda, dinc insanlar yatdığı yerdə binalar başlarına uçanda, Gəncə, Bərdə, Goranboy, Tərtər kimi şəhərlərdə evlər dağılanda, mülki şəxslər məhv ediləndə, Arayıq Arutunyan kimi şəxslər “Bəli, bu əmri mən vermişəm” deyən zaman səs çıxarmayanlar, indi həmin canilərin azadlığa buraxılması üçün əllərindən gələni edirlər, bəyanatlar verirlər, onları siyasi məhbus kimi təqdim etməyə və əsir kimi qiymətləndirməyə çalışırlar. Lakin onların törətdikləri cinayətlərin toplusuna baxanda görünür ki, onlar Azərbaycan qanunvericiliyinin təxminən 20-yə yaxın maddəsi üzrə cinayət törətmişlər.
Həmçinin beynəlxalq hüquqla qadağan olunmuş cinayətlər törətmişlər. Bura müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, milli və dini zəmində ayrı-seçkiliyin salınması, insanların deportasiya edilməsi və ən ağır cinayətlərin törədilməsi daxildir. Bu gün isə həmin şəxsləri azadlığa buraxmağa çalışırlar. Niyə? Çünki sifariş onlara belə verilib.
Və qaldı ki Azərbaycanla bağlı, onlar Azərbaycandan köçüb getmiş ermənilərin geri qaytarılması məsələsini qaldırırlar. Amma bilməlidirlər və bilirlər ki, onları heç kim Azərbaycandan qovmayıb. Onların burada yaşamaq üçün nə mənəvi, nə də hüquqi haqları olub. Çünki oradan köçüb gedən insanlar separatizmə dəstək vermiş şəxslərin ailə üzvləri və yaxınlarıdır. Köçüb gedənlərin övladları, ərləri, qardaşları separatçı ordunun sıralarında 20-30 ildən artıq Azərbaycan xalqına qarşı terror törədiblər, xalqımıza qarşı silahdan istifadə ediblər, insanları kəndlərdən qovublar, kəndləri yandırıblar. Ona görə də gedənlər düşündülər ki, artıq onların xalqımızın arasında yaşamağa nə hüquqi, nə də mənəvi haqları yoxdur və könüllü şəkildə köçüb getdilər. Amma Azərbaycan dövləti elə o andan bəyan edir ki, biz mülki əhalinin getməsinin əleyhinəyik və onların qalıb yaşaya biləcəyini bildiririk. Amma o ermənilər ki, 1987-ci ildən bu ərazilərdə yaşayıblar, qalanlar da indi Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan qanunlarına tabe olacaqlarsa, burada qala bilərlər. Bunu da etmək istəməyənlər köçüb getdilər. Bir dövlətin ərazisində başqa bir dövlətin vətəndaşı kimi yaşamaq qeyri-mümkündür. Amma geri qayıtmaq niyyətləri varsa, buyursunlar gəlsinlər. Lakin eyni zamanda unutmasınlar ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın geri dönüşü üçün də təhlükəsiz şərait yaradılmalı və zəmanət verilməlidir ki, onlar da geri dönüb yaşaya bilsinlər. Bu proses paralel şəkildə həyata keçirilməlidir. Gəlmək və burada yaşamaq istəyən ermənilər, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər varsa, buyursunlar. Amma eyni zamanda Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımızın da geri dönüşü üçün şərait yaradılmalıdır.
Qaldı ki, bu cür təşkilatlara, onların bəyanatlarına əhəmiyyət vermək lazım deyil. Çünki onlar, qeyd etdiyim kimi, Ermənistan və ermənilər bizim kəndlərimizi, şəhərlərimizi raket atəşinə tutanda, mülki insanları məhv edəndə həmişə susmağa üstünlük veriblər. İndi isə dilləri açılıb, Azərbaycana təzyiq göstərmək üçün ağıllarına gələn bəyanatları səsləndirirlər.
Hesab edirəm ki, bu bəyanatların Azərbaycan üçün heç iki qəpiklik dəyəri yoxdur".
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycan müstəqilliyini qazandıqdan bu yana müxtəlif beynəlxalq qurumların hücumları ilə üz-üzədir: “1990-cı illərin əvvəllərində torpaqlarımız işğal olundu, yüzminlərlə insanımız qaçqına çevrildi, soyqırımlarla üzləşdik. O illərdə hansı beynəlxalq insan haqları təşkilatı ermənilərin hərəkətini qınadı? Və ya ABŞ Konqresi Azərbaycan əleyhinə ədalətsiz 907-ci düzəlişi qəbul etdi. Buna etiraz edən oldumu? Təzyiqlərin əksəriyyəti Azərbaycanın torpaqlarını azad etməsi və suverenliyini bərpa etməsi ilə bağlıdır. Bunu həzm edə bilmirlər. Eyni zamanda Azərbaycanda hüquqi və məhkəmə islahatlarının dərinləşməsinə də ehtiyac var. Hüquqi islahatlar nəticəsində müstəqil məhkəmə sistemi formalaşmalıdır ki, hansısa beynəlxalq təşkilat Azərbaycana qarşı ittiham irəli sürə bilməsin”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Bu gün, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Bu gün, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Bu gün, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Bu gün, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Bu gün, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Bu gün, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Bu gün, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Bu gün, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Bu gün, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Bu gün, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Bu gün, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Bu gün, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Bu gün, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Bu gün, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Bu gün, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Bu gün, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Bu gün, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Bu gün, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Bu gün, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Bu gün, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Bu gün, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Bu gün, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Bu gün, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Bu gün, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Bu gün, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Bu gün, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Bu gün, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Bu gün, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Bu gün, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Bu gün, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Bu gün, 15:13 |
|
|
|
• Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Bu gün, 15:02 |
|
|
|
• Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Bu gün, 14:58 |
|
|
|
• Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Bu gün, 14:54 |
|
|
|
• Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Bu gün, 14:49 |
|
|
|
• Moskvadan Bakıya YENİ TƏKLİF: - AZAL-ın təyyarəsinin vurulmasından sonra…
Bu gün, 14:48 |
|
|
|
• Kənd təsərrüfatımız “ölü nöqtə”dən tərpənmir – Üzücü səbəb, ağrılı nəticə
Bu gün, 14:02 |
|
|
|
• Tələbələr "TələbəPlus" kartından narazılıq edir - Brend mağazalar, komissiya haqları...
Bu gün, 14:00 |
|
|
|
• On iki nazir Aİ-yə çağırış edib: Avropanı Rusiyadan qoruyun! - “Reuters”
Bu gün, 13:58 |
|
|
|
• Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ - DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Ukraynada 200 min sülhməramlının yerləşdirilməsi mümkün deyil - Fransız general
Bu gün, 13:15 |
|
|
|
• İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
Bu gün, 13:14 |
|
|
|
• Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: - Gizli çəkiliş, mətbəxdəki rüşvət, yoxa çıxan telefon
Bu gün, 13:05 |
|
|
|
• "Əməliyyatdan sonra bədənimdən çirk axırdı" - Daha bir plastik cərrah qalmaqalı
Bu gün, 13:02 |
|
|
|
|