![Famil Xəlilova hökm oxunub Famil Xəlilova hökm oxunub](https://dia-az.life/uploads/posts/2025-02/thumbs/1738846826_0001.jpg)
Narkotik vasitələri hazırlama, saxlama, daşıma ittihamı ilə saxlanılan Famil Xəlilovun cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Famil Xəlilova 2 il sınaq müddəti seçilməklə 3 il şərti cəza verilib.
Qeyd edək ki, Famil Xəlilov bu il mayın 2-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Famil Xəlilov ötən ilin dekabr ayında ev dustaqlığına buraxılıb.