Başını qaldırmağa tapdığı ilk fürsətdəcə NN şefi qisasa başlayıb - Ziya Məmmədovun revanşı
Tarix: 30-04-2014, 14:59 |
Çap et
DİA.AZ: - Yenicə olaraq media holdinq quran nəqliyyat naziri Ziya Məmmədov deyəsən, əlindəki mətbu gücündən rəqiblərini sıradan çıxarmaq məqsədilə istifadə etmək fikrinə düşüb. Bu barədə DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydın olur ki, son günlərdə əksər KİV-lərdə hədəfə çevrilən NN şefi «CAVAB ATƏŞİ»NƏ tədarük görməkdədir.
Mənbənin dia-az.life-a söylədikləri: «Ziya Məmmədovun nəzarəti altındai olan xəbər portalları artıq bəzi addımları atmağa başlayıblar. Məsələn, NN şefinə rəqib kimi görünən «Azəravtoyolservis»in rəhbəri Cavid Qurbanov «Qarant» Holdinqin media şəbəkəsinə aid portallar tərəfindən «vurulur». Eyni zamanda Ziya Məmmədovla əks səngərdə dayanan qruplara və məmurlara qarşı da anoloji mətbu hücumların təşkili nəzərdə tutulub».
Xəbəri verən mənbə bunu Ziya Məmmədovun revanşı kimi də təqdim etməyin lazım olduğunu bildirdi: «Ziya Məmmədov əvvəlki gücünü bərpa edə bilməsi üçün bütün vasitələrdən istifadə edir və edəcək də. Artıq müəyyən işlər görülüb. Və NN şefi həm vəzifəsində qala bilməsi, həm də rəqiblərini susdura bilməsi üçün tədarük içindədir».