Azərbaycanlıları Türkiyəyə yatırım etməyə nə vadar edir?
Tarix: 19-04-2025, 13:58 | Çap et
 Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlaka olan marağı 2025-ci ildə də artmaqda davam edir. Son statistikalar göstərir ki, bu il ərzində Azərbaycanlılar Türkiyədə mənzil alma sahəsində daha fəal iştirak ediblər və bu tendensiya ötən illə müqayisədə əhəmiyyətli artım nümayiş etdirir. 2025-ci ilin mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 66 mənzil alıblar. Bəs azərbaycanlılar nə üçün Türkiyədən ev alırlar? Bu barədə Moderator.az-a danışan iqtisadçı Günay Hüseynova deyir ki, Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlaka olan marağı illərdir davam edir: “Xüsusilə son üç ildə Türkiyə iqtisadiyyatında baş verən proseslər bu marağın daha da artmasına səbəb olub. Əslində məsələnin yalnız iqtisadi deyil, sosial və mədəni tərəfləri də mövcuddur. Belə ki, dil baryerinin olmaması və iki ölkə arasındakı coğrafi yaxınlıq Azərbaycan vətəndaşları üçün Türkiyədə daşınmaz əmlak almağı daha cəlbedici edir. İqtisadi amillərə gəldikdə isə, Bakıda daşınmaz əmlak qiymətlərinin sürətlə artması vətəndaşların xarici ölkələrə yatırım etməsinə səbəb olub. Çünki qiymətləri müqayisə etdikdə, Bakıda evlərin qiyməti bahadır, hətta dəyəri bənzər səviyyədədir. Vətəndaşlar düşünür ki, əgər Azərbaycanda artıq evləri varsa, xaricdə - xüsusilə Türkiyədə - daşınmaz əmlaka yatırım etmək daha sərfəlidir. Digər bir iqtisadi faktor isə Türkiyədəki yüksək inflyasiya səviyyəsidir. Son illərdə inflyasiya sürətlə artdığı üçün daşınmaz əmlak qiymətləri də mütənasib şəkildə yüksəlir. Məsələn, bu gün 100.000 TL dəyərində olan bir mənzil bir il sonra 300.000-400.000 TL dəyərinə çata bilər. Bu da o deməkdir ki, daşınmaz əmlaka qoyulan yatırım inflyasiya ilə yanaşı, dəyər də qazanır. Nəticədə vətəndaş düşünür ki, əgər pullarını xaricdə daha sərfəli və gəlirli şəkildə dəyərləndirmək mümkündürsə, bu investisiya daha məqsədəuyğundur”. İqtisadçı hesab edir ki, Azərbaycanlıları Türkiyədən daşınmaz əmlak almağa təşviq edən əsas səbəblərdən biri də xarici valyuta ilə bağlıdır: “Bildiyimiz kimi, Azərbaycan manatının dollar qarşısında illərdir stabilliyi qorunur. Lakin Türkiyədə vəziyyət fərqlidir. Son dövrlərdə xarici valyuta, xüsusilə də ABŞ dolları, türk lirəsi qarşısında əhəmiyyətli dərəcədə dəyər qazanıb. Bu isə Azərbaycan vətəndaşları üçün müəyyən mənada fürsət yaradıb. Əlində sərbəst vəsaiti olan və investisiya etmək istəyən vətəndaş düşünür ki, manat zamanla müəyyən qədər dəyər itirə bilər. Bu səbəbdən pulu manatda saxlamaqdansa, onu dəyəri artan bazarlara yönəltmək daha sərfəlidir. Bundan başqa, Türkiyə qanunvericiliyinə əsasən, xarici vətəndaş daşınmaz əmlak almaq istədikdə, əvvəlcə vəsaiti xarici valyutada yerli banka köçürməli və həmin vəsait bank vasitəsilə türk lirəsinə çevrilməlidir. Alqı-satqı prosesi isə yalnız milli valyuta – türk lirəsi ilə həyata keçirilir. Bu qayda, əslində, Azərbaycan vətəndaşları üçün bir növ üstünlük yaradır. Statistik göstəricilər də bu tendensiyanı təsdiqləyir. Belə ki, yanvar-mart aylarında Türkiyədə xarici valyutanın dövriyyəsi digər aylara nisbətən daha yüksək olub. Bu artımın əsas səbəblərindən biri də məhz daşınmaz əmlak sektoruna yönələn xarici investisiyalar və onların xarici valyuta ilə bağlı olmasıdır”.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26 |
|
|
|
• Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25 |
|
|
|
• Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14 |
|
|
|
• Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09 |
|
|
|
• “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04 |
|
|
|
• Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51 |
|
|
|
• BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47 |
|
|
|
• SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24 |
|
|
|
• Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21 |
|
|
|
• Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17 |
|
|
|
• Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12 |
|
|
|
• "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00 |
|
|
|
• Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56 |
|
|
|
• Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44 |
|
|
|
• İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38 |
|
|
|
• Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28 |
|
|
|
• Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24 |
|
|
|
• HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21 |
|
|
|
• Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18 |
|
|
|
• Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08 |
|
|
|
• Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05 |
|
|
|
• Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51 |
|
|
|
• ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44 |
|
|
|
• Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34 |
|
|
|
• Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32 |
|
|
|
• Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29 |
|
|
|
• Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23 |
|
|
|
• Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05 |
|
|
|
• Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01 |
|
|
|
• Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59 |
|
|
|
• “Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56 |
|
|
|
• Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49 |
|
|
|
• Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47 |
|
|
|
• Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42 |
|
|
|
• 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04 |
|
|
|
• Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58 |
|
|
|
• 150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56 |
|
|
|
• Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52 |
|
|
|
• Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02 |
|
|
|
• Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:58 |
|
|
|
|