“Ölkədə rəqabət yoxdursa, Rəqabət Məcəlləsi nəyə təsir edə bilər?"
Tarix: 19-04-2025, 14:22 | Çap et
 Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilsə də, uzun illər qanunverici orqan tərəfindən qəbul olunmurdu. Uzun müddət müzakirələrə səbəb olan qanun layihəsi 2024-cü il iyulun 1-dən qüvvəyə minib. Bəs Rəqabət Məcəlləsi nəyi dəyişib? Bu barədə Moderator.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Rəqabət Məcəlləsi bir ilə yaxındır ki, qəbul olunub: “Qanun qəbul edilməmişdən əvvəl Azərbaycanda bu qanunnun qəbulunu təqdirəlayiq bir addım kimi qiymətləndirirdik. Lakin reallıqda Rəqabət Məcəlləsi Azərbaycan iqtisadiyyatında heç nəyi dəyişməyib və yaxın müddətdə də dəyişəcəyi gözlənilmir. Məcəllənin qəbulundan 10 ay keçməsinə baxmayaraq, iqtisadiyyatda heç bir müsbət dinamika müşahidə olunmur. Bəs səbəb nədir? Azərbaycanda rəqabət yoxdur. Rəqabət Məcəlləsinin əsas funksiyası mövcud rəqabət mühitini tənzimləməkdir. Əgər ölkədə rəqabət yoxdursa, bu Məcəllə nəyə və necə təsir edə bilər? Məcəllənin effektiv işləməsi üçün ilk növbədə ölkədə inhisarçılıq aradan qaldırılmalı, real rəqabət mühiti yaradılmalıdır. Əgər bazarda ədalətsiz rəqabət mövcuddursa, Məcəllə bunu tənzimləyə bilər. Ancaq bu gün Azərbaycan iqtisadiyyatında rəqabətin özü yoxdur – nəinki ədalətlisi, heç bir forması yoxdur. Qiymət artımı, bazarlarda məhsulun keyfiyyətinin aşağı olması – bütün bunlar inhisarçılığın nəticəsidir. Rəqabət iqtisadiyyatda iki əsas funksiyanı yerinə yetirir: birincisi, ədalətli qiymətin formalaşmasına imkan yaradır, ikincisi isə istehsal olunan məhsulun keyfiyyətini artırmağa təkan verir. Bu iki funksiyanın Azərbaycanda işləməməsi səbəbindən ölkədə qiymətlər mütəmadi olaraq artır, məhsulların keyfiyyəti isə aşağı düşür. Hazırda bazarda keyfiyyətli məhsul tapmaq demək olar ki, mümkün deyil. Əksər məhsullar yalnız vitrinlik xarakter daşıyır – görüntü üçündür. Qiymətlərin davamlı olaraq bahalaşması da birbaşa rəqabətsizliyin nəticəsidir”. İqtisadçı əlavə edib ki, Rus və Belarus mağazaları həmin ölkələrin şirkətlərinin təşəbbüsü ilə fəaliyyətə başlayır və bu mağazalar Azərbaycan bazarında yerli inhisarçıların maraq dairəsinə daxil olur: “Müəyyən mənada bu səbəbdən, yəni bazara daxil olduqlarına görə, həmin xarici mağazalar – xüsusilə rus və belarus brendləri – yerli inhisarçıların və onları himayə edən dövlət qurumlarının təzyiqi ilə yavaş-yavaş bazardan sıxışdırılıb çıxarılır. Çünki bu xarici mağazalar real rəqabət yaradır. Bu isə inhisarçıların maraqlarına ziddir.” Onun sözlərinə görə, Azərbaycanda inhisarçıların böyük əksəriyyəti vəzifəli şəxslər və ya dövlət qurumlarına yaxın şəxslər tərəfindən himayə olunur. Bu da onların bazarda daha güclü mövqeyə sahib olmalarına, rəqabətsiz mühitdə üstünlük qazanmalarına səbəb olur. “Bu, bir daha göstərir ki, ölkə iqtisadiyyatında real bazar prinsipləri işləmir. Halbuki bazar iqtisadiyyatında hökumətin əsas funksiyalarından biri inhisarçılığı aradan qaldırmaq və onun formalaşmasının qarşısını almaqdır. Azərbaycanda isə bu iki əsas funksiya – həm inhisarçılığın qarşısının alınması, həm də onun ləğvi istiqamətində –addımlar atılmır”, – deyə iqtisadçı bildirib.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26 |
|
|
|
• Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25 |
|
|
|
• Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14 |
|
|
|
• Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09 |
|
|
|
• “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04 |
|
|
|
• Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51 |
|
|
|
• BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47 |
|
|
|
• SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24 |
|
|
|
• Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21 |
|
|
|
• Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17 |
|
|
|
• Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12 |
|
|
|
• "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00 |
|
|
|
• Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56 |
|
|
|
• Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44 |
|
|
|
• İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38 |
|
|
|
• Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28 |
|
|
|
• Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24 |
|
|
|
• HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21 |
|
|
|
• Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18 |
|
|
|
• Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08 |
|
|
|
• Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05 |
|
|
|
• Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51 |
|
|
|
• ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44 |
|
|
|
• Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34 |
|
|
|
• Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32 |
|
|
|
• Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29 |
|
|
|
• Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23 |
|
|
|
• Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05 |
|
|
|
• Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01 |
|
|
|
• Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59 |
|
|
|
• “Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56 |
|
|
|
• Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49 |
|
|
|
• Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47 |
|
|
|
• Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42 |
|
|
|
• 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04 |
|
|
|
• Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58 |
|
|
|
• 150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56 |
|
|
|
• Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52 |
|
|
|
• Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02 |
|
|
|
• Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:58 |
|
|
|
|