"Azərbaycan son illər öz problemlərini özü həll edib" - Partiya sədri
Tarix: 20-04-2025, 00:02 | Çap et
 Bu günlərdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova yerli mediaya açıqlamasında Rusiyanın Azərbaycana və Ermənistana sülh prosesində yardım göstərməyə hazır olduğunu bir daha təsdiqlədiyini bəyan edərək “biz azərbaycanlı və erməni tərəfdaşlarımıza iki ölkə arasında barışığın bütün əsas istiqamətlərində yardım göstərməyə hazırıq” deyib. Görəsən, bu gedişdə Rusiyanın real məqsədi nədir? Doğrudanmı sonda iki ölkə arasında sülh sazişinin öz moderatorluğuyla imzalanmasına nail olmaqla bölgəyə nəzarəti əldən buraxmamaq, yoxsa sülh prosesinə dəstək adı altında müxtəlif yönlü təxribatlar törədərək münaqişənin yenidən alovlanmasına və bununla hər iki ölkəni yenə də daim təzyiq altında saxlamaq... Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bunları söyləyib: “Rusiyanın Güney Qafqaz regionundakı siyasəti ənənəvidir, yerində qalır. Rusiya burada da yalnız kobud güc olaraq qalmaqdadır. Başqa bir təsir imkanı yoxdur – nə iqtisadi, nə də yetərli hərbi gücü... Odur ki, Kreml indiki şəraitdə də əvvəlki siyasətini davam etdirir. Sözdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh sazişinin tezliklə imzalanmasının tərəfdarı kimi çıxış edir. Əslində isə Rusiya qətiyyən istəmir ki, iki qonşu Cənubi Qafqaz ölkəsi arasındakı məsələlər nizama salınsın. Çünki özünün də həm Azərbaycanla, həm də Ermənistanla problemləri var. Moskvanın artıq bütövlükdə regionda təsir imkanları zəifləyir və onun əlində bəlkə də yeganə təsir imkanı Cənubi Qafqazda münaqişəli durumun saxlanmasıdır. Odur ki, son illər Kreml nəinki Azərbaycanla Ermənistan, eyni zamanda Gürcüstanın daxilində də münaqişəli vəziyyət yaratdı və həmin ölkəni faktiki olaraq ictimai-siyasi baxımdan iki yerə parçaladı. Bu da Rusiya imperiyasının ənənəvi siyasətinə uyğun bir məsələdir. Yəni bir ölkənin qonşuları ilə münaqişəli vəziyyət yaradır, bu da alınmayanda həmin ölkənin daxilində qarşıdurma durumu formalaşdırır. Azərbaycan tarixindən də məlumdur ki, Moskva daim ölkəmizin daxilindəki müxtəlif xanlıqlar, yaxud tayfalar arasında ziddiyyətlər yaratmaqla vəziyyəti nəzarətdə saxlamağa çalışıb. Bir sözlə, indi də Rusiya eyni siyasəti aparmaqdadır. Ancaq hazırda Azərbaycanın təşəbbüsü ilə Ermənistanla ikitərəfli, yəni heç bir vasitəçi olmadan danışıqlar davam edir və rəsmi Bakı sülhdə maraqlı olduğunu göstərir. Və son sülh təkliflərini də Azərbaycan veribdir. Ermənistan isə ən azından sözdə sülhə razı olduğunu bildirir. Amma biz inanmırıq ki, ermənilər doğrudan da indiki durumda sülhə razıdır. Çünki Ermənistan məğlub durumdadır və əgər sülh sazişini imzalayarsa, 2020-ci ilin 10 noyabr üçtərəfli sazişinin davamı olaraq yekun kapitulyasiya aktını imzalamış olacaq. Ona görə də erməni tərəfi müxtəlif yollarla vaxtı uzatmağa çalışır, lakin eyni zamanda özlərini sülhpərvər kimi göstərməyə çalışırlar... Bilirsiz ki, son günlər baş nazir Paşinyan da, xarici işlər naziri Ararat Mirzoyan da Azərbaycanla sülh sazişinin imzalanmasıyla bağlı hay-küylə müxtəlif təkliflər irəli sürür, cürbəcür faktlar ortaya atırlar. Bir sözlə, özlərinin guya sülhə tam hazır olduqlarını göstərirlər. Amma həlledici məqamda, yəni Azərbaycan tərəfi desə ki, gəlin sazişi imzalayaq, onlar hansısa növbəti bir bəhanə taparaq prosesdən kənara çəkiləcəklər. Odur ki, sülh sazişinin uzadılması məsələsində Ermənistanın da mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşür. Və Rusiyanın Zaxarova kimi rəsmilərinin guya hər iki ölkəyə sülh müqaviləsinin tezliklə imzalanması üçün “dəstək”, “kömək” təklif etməsi də bizim üçün anlaşılandır. Azərbaycan yaxşı başa düşür ki, Kreml dırnaqarası “hər cür yardım göstərməyə” hazır olduqlarını, yaxud “sülh mövqeyindən çıxış edirik” deyəndə nələri nəzərdə tutur. Moskvadakılar da gözəl bilirlər ki, biz bunların hamısını anlayırıq. Azərbaycan son illər öz problemlərini özü həll edib, indi də Rusiyanın hər hansı vasitəçiliyinə də ehtiyac yoxdur. Amma öncə dediyim kimi, kobud güc olan Rusiya ilə sərt qarşıdurmaya da getmək də doğru deyil...”

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26 |
|
|
|
• Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25 |
|
|
|
• Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14 |
|
|
|
• Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09 |
|
|
|
• “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04 |
|
|
|
• Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51 |
|
|
|
• BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47 |
|
|
|
• SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24 |
|
|
|
• Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21 |
|
|
|
• Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17 |
|
|
|
• Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12 |
|
|
|
• "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00 |
|
|
|
• Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56 |
|
|
|
• Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44 |
|
|
|
• İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38 |
|
|
|
• Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28 |
|
|
|
• Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24 |
|
|
|
• HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21 |
|
|
|
• Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18 |
|
|
|
• Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08 |
|
|
|
• Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05 |
|
|
|
• Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51 |
|
|
|
• ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44 |
|
|
|
• Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34 |
|
|
|
• Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32 |
|
|
|
• Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29 |
|
|
|
• Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23 |
|
|
|
• Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05 |
|
|
|
• Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01 |
|
|
|
• Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59 |
|
|
|
• “Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56 |
|
|
|
• Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49 |
|
|
|
• Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47 |
|
|
|
• Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42 |
|
|
|
• 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04 |
|
|
|
• Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58 |
|
|
|
• 150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56 |
|
|
|
• Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52 |
|
|
|
• Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02 |
|
|
|
• Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:58 |
|
|
|
|