"Bakcell" şirkəti "Karyerada ilk addım" devizi altında iş axtaranlara daha yaxın olur
Tarix: 21-05-2014, 12:03 |
Çap et
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Qafqaz Universitetində "Karyerada ilk addım" devizi altında keçirilən aktiv məşğulluq tədbirində iştirak edib.
Şirkətdən Trend-ə verilən məlumata görə, iş axtarışında olan təcrübəli peşəkarlara "Bakcell" şirkətinin müxtəlif departamentlərində olan vakant yerlər barədə məlumat verilib və onların iş üçün müraciət anketləri qəbul olunub. "Bakcell" şirkətinin tələbələr üçün nəzərdə tutulmuş "Yay təcrübə proqramı"nın təqdimatı isə xüsusi marağa səbəb olub.
"Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirlərinin il ərzində digər bir sıra ali təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.
Azərbaycanda ən böyük işəgötürənlərdən biri olan "Bakcell" şirkəti bütün işçilər və namizədlər üçün eyni şərait yaradır. Şirkət işə qəbul və seçim prosesində şəffaflıq prinsiplərinə riayət edir. Bakcell-də mövcud olan bütün vakansiyalar şirkətin rəsmi internet səhifəsində (www. bakcell.com) yerləşdirilir və namizədlər müvafiq qaydalara riayət etməklə iş üçün müraciət formalarını göndərə bilirlər.