Ağcabədidə məmur özbaşınalığı kuliminasiya həddində - Vətəndaşın torpağını gözgörəsi satıblar
Tarix: 27-06-2014, 15:03 | Çap et
Ağcabədidə görünməmiş məmur özbaşınalığının yaşandığını xəbər vermişdik. Bildirmişdik ki, rayon bələdiyyəsinin sədri və digər məmurlar köməksiz qadının torpağını mənimsəyərək «bələdiyyə torpağı» adı altında satıblar. Bələdiyyə sədri Alı İsmayılovun qanunvericilikdəki boşluqlardan sui-istifadə edib vətəndaşlara ziyan vurması rayonun neçə-neçə sakininin haqlı narazılığına səbəb olur. Məhz bu məmurun fəaliyyətindəki nöqsanlar səbəbindən rayon sakinləri bir çox problemlərlə üzləşirlər. Alı İsmayılov yerli vergilər hesabına rayonun sosial infrastruktur problemini həll etmir və əldə olunan gəlirlər vətəndaşların rifahına yönəldilmir. Ağacəbi rayon sakinlərindən birinə məxsus torpaq sahəsi bu qurumun əliylə başqa şəxs tərəfindən mənimsənilməsi Alı İsmayılovun növbəti özbaşınalıqlarından biridir. Rayon sakini, hazırda paytaxtda yaşayan Əfşan Məmmədova bildirir ki, Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov rayonun digər məmurları ilə əlaqəyə girərək atasından ona miras qalmış torpaq sahəsini mənimsəyib. Rayona qayıdarkən valideynindən miras qalmış torpağın saxta sənədlərlə satıldığının şahidi olan qadın ölkəmizin ayrı-ayrı dövlət strukturlarına müraciət etmək məcburiyyətində qalıb. Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin sədri Abbas Süleymanov, Ağcabədi Notariat Kontorunun müdiri A.Şirinov, Ağcabədi Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri E.Piriyev əlbir olaraq bu özbaşınalığa qol qoyublar: «Rayona qayıdanda nəinki evimin, hətta torpaq sahəsinin də satılmasının şahidi oldum. Həyətdə oturmuşdum, bir də gördüm ki, Namiq İsmayılov adlı sakin evə müştəri gətirib. Əvvəllər narkoman olduğu deyilir, indi isə namaz qılır, Hacı olub. O, mənim qardaşımla dostdur. Moskvada dostluq ediblər. Dedi ki, bu həyəti satıram. Soruşdum ki, xeyir ola? Cavab verdi: - mən buranı Hafizdən - yəni mənim qardaşımdan alıb. Bura mənimdir - iki mərtəbəli daş ev və bir neçə sotluq həyətyanı sahə. Ümumi həyətyatı sahə 11 sotdur. Atam Arif Məmmədov 1964-cü ildə həmin həyəti alıb. Həmin torpaq əvvəllər başqa şəxsə malik olub». Onun sözlərinə görə, bir sıra yüksək vəzifəli şəxslər tamah məqsədilə korrupsiya əməli törədərək saxtakarlıq ediblər. Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin sədri Abbas Süleymanov, Ağcabədi Notariat Kontorunun müdiri A.Şirinov, Ağcabədi Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri E.Piriyev Ağacabədi şəhəri Hüsü Hacıyev küçəsi, 18 ünvanında yaşayan Namiq Qurban oğlu İsmayılovla əlbir olaraq qardaşı Hafiz Arif oğlu Məmmədovun «razılığı» ilə atasından miras qalmış mülkdə onun payı olan torpağı hərrac keçirmədən «bələdiyyə» torpağı kimi Namiq İsmayılova satıblar: «Bundan başqa iki mərtəbəli evimizi Namiq İsmayılova «bağışlayıblar». Beləcə Alı İsmayılov, A.Şirinov və Abbas Süleymanov mənim vərəsə olduğumu billə-bilə saxtakarlığa əl atıblar. Beləcə Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov Ağcabədi rayonunun mərkəzində Heydər Əliyev prospekti 48 ünvanında 11 sot torpağımızın 6 sotunu qeyri-qanuni şəkildə, mənim razılığım olmadan satıb. 6 sotu sənədləşdirərək 6,2 sotu satıb. Halbuki onun buna ixtiyarı yoxdur. Torpaq bizimdir, lakin Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov razılığımız olmadan atamdan miras qalan ərazini satışa çıxarıb. Həmin alqı-satqı prosesində mənim heç bir imzam, razılığım olmayıb. Hal-hazırda bu iş Ağcabədi Rayon Məhkəməsi tərəfindən araşdırılır. Bu qanunsuzluğun araşdırılması üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Respublika Baş Prokurorluğuna, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişəm. Bu qanunsuzluğun başında Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin sədri Abbas Süleymanov, Ağcabədi Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri E.Piriyev dayanır. Məhz həmin şəxslər sənədli torpağımı «bələdiyyə torpağı» kimi sənədləşdirərək Namiq İsmayılova satıblar. Sənəddə qeyd ediblər ki, guya qardaşımla evi şərikli tikdirib. Halbuki qardaşımla evi şərikli şəkildə mən tikdirmişəm. 11 sot torpağımızın 6 sotunu Ağcabədi bələdiyyəsinin torpağı kimi sənədləşdiriblər. Satılmış 6 sotluq torpaq sahəsində qardaşımla mən 1996-1998-ci illərdə ikimərtəbəli daş ev tikdirmişəm. Mən Ağcabədi rayonunda dünyaya gəlmişəm və orda yaşamışam. 1985-ci ilə qədər Ağcabədidə yaşamışam. 1985-ci ildə ailə qurduqdan sonra Bakıya köçdüm. Lakin hər yay fəslində rayonda dincəlirdim. Bunu deməkdə məqsədim odur ki, mənim həmin rayon sakini olmağım və orada yaşamağımı hər kəs bilir. Bu yay Ağcabədiyə, evimə getdim, gördüm ki, həyətyanı sahəmə müştəri gətirirlər. Soruşdum ki, axı siz kimsiniz mənim evimə müştəri gətirirsiniz. Namiq İsmayılov dedi ki, bu evi mən almışam». \\ gundelik-bakı \\ (Ardı var)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51 |
|
|
|
• Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50 |
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
|