Ziya Məmmədovun aqibəti ilə bağlı şok qərar verildi - Nəqliyyat naziri postunda dəyişiklik yaxın günlərdə baş tutacaq
Tarix: 1-07-2014, 15:32 |
Çap et
DİA.AZ: - Redaksiyamıza çoxdandır hədəfdə olan nəqliyyat naziri Ziya Məmmədovla bağlı şok bir informasiya daxil olub.
Mötəbər mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, yaxın günlərdə NN şefi postunda dəyişiklik baş tutacaq.
Mənbənin dia-az.life-a söylədikləri: «Çox yaxın günlərdə Ziya Məmmədov vəzifəsindən azad ediləcək. Onun yerinə təyinat isə dərhal baş verəcək».
Hələlik ad açıqlanmasa da, mənbənin dia-az.life-a söylədiklərindən belə ehtimal etmək olar ki, Ziya Məmmədovun yerinə hazırda nəqliyyat nazirinin müavini postunu tutan Mussa Pənahovun təyin edilməsi gözlənilir.
Əlavə bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…