Bakıda bələdiyyə sədrlərindən biri həbs olunacaq - Ona qarşı əməliyyat hazırlanır
Tarix: 18-07-2014, 14:51 |
Çap et
DİA.AZ: - Elə bu dəqiqələrdə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən ötürülən informasiyada qeyd olunur ki, Bakının bələdiyyə sədrlərindən birinə qarşı xüsusi əməliyyat hazırlanır. Mənbə iddia edir ki, adı anonim saxlanılan vətəndaşdan külli miqdarda pul istəyən bələdiyyə sədri neçə müddətdir ki, təqibdədir.
Mənbənin söylədikləri: «Vətəndaş həmin bələdiyyə sədrinə torpaq sahəsi müraciət edib. Və bunun qarşılığında vətəndaşdan 20 min manat pul istənilib. Əsas kimi də torpaq sahəsinin bahalıcı göstərilib».
Onu da bildirək ki, hədəfdə olan bələdiyyə sədrinin kimliyinin müəyyənləşməsi istiqamətində apardığımız araşdırmalar davam edir.