Meyxanaçı Üzeyir Mehdizadə yenicə işıq üzü görən albomunun ardınca ilk dəfə olaraq fərqli tərzdə mahnı ifa edib. Xəbərə görə, “Eşidib ürəyi partlasın” adlanan yeni mahnı ritmik tərzdə səslənib. Mahnının sözləri və bəstəsi ifaçının özünə məxsusdur.
Təşkilatçı Samir Xattabın verdiyi məlumata görə, Üzeyir Mehdizadə ilə birgə avqustun son günlərində Gəncədə böyük konsert proqramı hazırlayır: "Konsert haqqında geniş məlumat yaxın günlərdə ictimaiyyətə çatdırılacaq. Bu dəfəki konsert əvvəlki solo konsertlərindən tamamilə fərqlənəcək".
Qeyd edək ki, Qzeyirin yeni mahnısı “Youtube”-da bir gün ərzində çoxlu baxış sayı toplayıb.