Oliqarx məmurların buxovu altında olan Azərbaycan təhsilində ən böyük mərəz: Təhsil haqqı bahalığı – Nazir çarəsizdirmi?
Tarix: 26-08-2014, 13:00 | Çap et
DİA.AZ: - Mikayıl Cabbarovun Azərbaycanda təhsil naziri postunu tutmasından sonra bir çox islahatlara imza atacağı gözlənilirdi. Amma böyük dəyişikliklər baş vermədi. Mikayıl Cabbarov özünü ancaq orta məktəblərdə süpürgə pullarını qadağan etməklə göstərə bildi ki, bu sözünün də kəsəri olmadığı ortadadır. Faktdır ki, bu gün də orta məktəblərdə Misir Mərdanovdan qalma pulyığma ənənələru təntənəli dpnəmlərini yaşayır.
Ən ağrılı sahələrdən biri isə təhsil haqqlarının bahalığıdır. DİA.AZ olaraq bu mövzunun aktuallığını nəzərə alaraq araşdırmamızı diqqətinizə təqdim edirik:
“Türkiyənin dövlət universitetlərində fakültədən asılı olaraq təhsil haqları 200-1200 dollar arasında dəyişir. Türkiyənin hər hansı şəhərində kirayə və yemək pulu isə qaldığın şəhərdən asılı olaraq təxminən 300-400 dollara başa gəlir”. Bu sözləri DİA.AZ-a təhsil sahəsinin ekspertlərindən biri məlumatında deyib.
Qeyd edək ki, Türkiyədə 100-ə yaxın dövlət universiteti var və bu universitetlərdə təhsil haqları müxtəlifdir. Amma dövlət universitetlərinin heç birində ən prestijli ixtisaslarda belə təhsil haqqı 1500 manatı keçmir.
Ekspert Ankara və İstanbul Dövlət Universitetlərində bəzi fakültələrdə illik təhsil haqlarını da dedi. Məlum oldu ki, sözügedən universitetlərdə təhsil alaraq mühəndis olmaq istəyənlər 750 manat, hüquqşünas və jurnalist olmaq arzusunu reallaşdırmaq istəyənlər 550 manat, türk dili və ədəbiyyatı, yaxud tarix, ingilis dili müəllimliyi ixtisasları üçün illik 550 manat, iqtisadiyyat fakültəsinə daxil olan mühasibat uçotu və audit, marketinq, menecment ixtisaslarının tələbələri isə 750 manat ödəməlidirlər. Stomatoloq və əczaçı olmaq istəyənlərə arzuları illik 900 manata başa gəlir, müalicə işinin tələbələri üçün isə illik təhsil haqqı 1100 manatdır. Ekspertin DİA.AZ-a bildirdiyinə görə, Türkiyənin digər şəhərlərində yerləşən universitetlərdə təhsil haqları sadaladığımız ixtisaslar üzrə hətta daha ucu başa gəlir.
Türkiyənin dövlət universitetlərində təhsil haqları 200 manatdan başlayırsa, məntiqlə Azərbaycanda ali məktəblərdə təhsil haqqının daha ucuz olduğunu düşünmək olar. Çünki qardaş ölkədə müəllimlər Azərbaycandakından daha yaxşı maaş alırlar. Amma apardığımız kiçicik araşdırma tam tərsini göstərdi. Bəlli oldu ki, Azərbaycanın dövlət universitetlərində təhsil haqları Türkiyənin dövlət universitetlərindən 2-6 dəfə çoxdur. Belə ki, İstanbul Universitetində hüquqşünas olmaq üçün illik 550 manat ödəmək lazımdırsa, Bakı Dövlət Universitetində 3 min manat illiyi ödədikdən sonra hüquqşünas olmaq mümkündür. İstanbul və Ankara Universitetlərində illik 900 manat ödəməklə əczaçı və stomatoloq olmaq mümkündürsə, Azərbaycan Dövlət Tibb Universitetinə illik təxminən 3 dəfə çox, yəni 3 min manat ödəyib sözügedən ixtisaslara yiyələnmək olar. Azərbaycanda ən prestijli ixtisas sayılan müalicə işində oxumaq üçün illik 3 min manat, İstanbul universitetində isə 1100 manat ödəmək kifayətdir. Yeri gəlmişkən, onu da xatırladaq ki, Azərbaycan Tibb Universitetinin diplomları ilə Avropa ölkələrində olduğu kimi, Türkiyədə də işləmək mümkün deyil. Digər ixtisasların müqayisəsinə gəlincə, Bakı Dövlət Universitetinin tarix fakültəsində oxumaq 1500, filologiyada oxumaq 1200 manata, İstanbul və Ankara Universitetlərində, bu, cəmi 550 manata başa gəlir.
Azərbaycan Dövlət iqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə təhsil alanlar 1900, Azərbaycan Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyat, həmçinin menecment ixtisasları üzrə təhsil haqları 2 min manat, İstanbul və Ankara universitetlərində sözügedən ixtisaslar üzrə təhsil haqları isə cəmi 750 manatdır.
Xatırladaq ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində ən aşağı təhsil haqqı təxminən 900, ən yuxarı təhsil haqqı isə 4500 manatdır.
Hər halda görünəni odur ki, bu gün Mikayıl Cabbarovun əl qata bilmədiyi təhsil haqqının bahalığı məsələsi özünü qardaş Türkiyə ilə müqayisədə belə nəzərəçarpacaq qədər sezdirir. Bu nə deməkdir: Biz o qədərmi varlıyıq ki, təhsilə Türkiyədəkindən qat-qat artıq pul ödəyirik? Bunu dia-az.life-a izahlayan məlumatlı mənbə səbəblərinin fərqli olduğunu bildirdi:
“Azərbaycanda bütün ali məktəblərə ya bir oliqarx şəxsən başçılıq edir, ya da hansısa oliqarxın çətiri altındadır. Ona görə də, Mikayıl Cabbarovun eyni anda onlarla oliqarxa qarşı cəbhə açması nə inandırıcı deyil, nə də gözlənilən. Hələ qorxulu o olardı ki, nazir təhsil haqqının bahalaşmasına çalışmasın”...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
|