"Şou-biznesdə itlərin sayı çoxdur, bilmirsən bunlar kişidir, yoxsa arvad"
Tarix: 1-09-2014, 10:42 |
Çap et
Atv telekanalında yayımlanan "Nə varsa" verilişinin qonağı olan prodüser Anar Mədətov şou-biznes nümayəndələrinin bəzilərinə söz atıb
DİA.AZ gecce.az-a istinadən xəbər verir ki, çirkin qüvvələrdən söz açan prodüser canlı efirdə bunları deyib:
"Hər kəs bilir ki, həm biznesdə, həm də şou-biznesdə çirkin qüvvələr həddindən artıq çoxdur. Başqa sahələrdə olduğu kimi, kimlərisə tapşıranlar bizim şou-biznesdə də var. Bilmirsən bunlar, kişi yoxsa arvaddır. Hamısı da yığışıb buraya. Çoxu çirkin qüvvələrdir. Kənardan bunlara baxanlar deyirlər ki, görəsən, Azərbaycan şou-biznesi niyə bu gündədir? Bütün dünyanı gəzəndə görürsən ki, hər kəs Azərbaycan müsiqisindən nəsə oğurlayır. Dünya şöhrətli "Taxi" filmini misal götürək. Onun soundtreki əslində bizim dahi bəstəkarımız Fikrət Əmirovun "1001 gecə" musiqisidir.
"Pis insanlara sözüm budur, it hürər, karvan keçər. İt nə qədər hürsə belə, mənim karvanım gedir. 15-20 il olar ki, belə davam eləyir. İtlər isə hələ də hürürlər. Şou-biznesdə itlərin sayı çoxdur. Unutmayın, kim təmizdirsə, onun karvanı hər zaman gedəcək".