“Zəlzələşünas” Elçin Xəlilov ordunun əmlakını talan edib - Toxunulmaz «polkovnik-professor»un həbsinin inanılmaz səbəbləri...
Tarix: 8-10-2014, 14:02 | Çap et
İctimaiyyətdə daha çox geoloq-alim, zəlzələnin proqnozlaşdırılması üzrə mütəxəssis kimi tanınan professor Elçin Xəlilov həbs olunub. Bu barədə ilk dəfə bu ilin aprelində Bakı Hərbi Məhkəməsindən məlumat verildi. Həbs xəbərində heç bir titulu göstərilmədən, sadəcə Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi kimi təqdim edilmişdi. İlk baxışdan respublikamızda «zəlzələlərin proqnozlaşdırılması üzrə» tanınan alimin xəbərinin birbən-birə Müdafiə Nazirliyindən gəlməsi çoxlarını təəccübləndirə bilər. Geoloq alimin Müdafiə Nazirliyində mühüm vəzifədə işləməsi və yalnız həbs olunduqdan sonra «sabiq» adı ilə təqdim edilməsi maraqlıdır. İstintaqın sonrakı gedişi barədə məlumat verilməsə də, Analitik.az E.Xəlilovun həbsinin səbəbi, daha doğrusu, işlədiyi müddətdə yol verdiyi mənimsəmə və vəzifəsindən sui-istifadə hallarına dair məlumatlar əldə edib. Qeyd edək ki, daha çox zəlzələşünas kimi tanıdığımız Elçin Xəlilov Cinayət Məcəlləsinin 308.2. (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2. (. Mənimsəmə və ya israf etmə (külli miqdarda törədildikdə)), 341.1. (Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib. Məlumata görə, elmi fəaliyyət sahəsində yüksək titullara malik E.Xəlilovun hərbi xidmətdə də «polkovnik» (bəzi məlumatlara görə, «general») kimi özünü təqdim etməsi ictimaiyyətə bəlli olmasa da, MN sistemində çoxlarına məlum olub. Amma uzun müddət E.Xəlilovun cavabdeh olduğu sahəyə nə MN-dən, nə də Hərbi Prokurorluqdan heç kimsə müdaxilə etməyib. Buna səbəb kimi,onun keçmiş nazir S.Əbiyevlə çox yaxın, xüsusilə, «özəl münasibətlərinin» olması göstərilir. Eyni zamanda, professorun cavabdeh olduğu sahəni də «xüsusi əhəmiyyətli» kimi təqdim etmə bacarığının yüksək olduğu bildirilir. Tabeliyində olan hərbçi və mülki işçilər, şəxsi heyət üçün «əlçatmaz» nüfuz sahibi kimi təqdim olunması, özünü bu obrazda xüsusi bacarıqla göstərmək qabiliyyəti E.Xəlilovun MN-də uzun müddət mənimsəmə və «qulluq mövqeyindən sui-istifadə» etməsini kimsənin «görməməsi» ilə nəticələnmişdi. Birbaşa öz tabeliyinə aldığı hərbi hissənin bütün maliyyə-texniki fəaliyyətini yalnız özü yönəltməsi, illərlə MN-dən bu hissəyə adi yoxlamanın belə gəlməməsi onun «toxunulmazlığı»nın təminatı olmuşdu. Zakir Həsənovun müdafiə naziri təyin olunmasıdan az sonra E.Xəlilovun «xanimanı»nın dağılması isə heç də təsadüfi deyil. Bəs nə baş verdi? Necə oldu ki, E.Xəlilovun tabeliyindəkilərə «məxfi», «xüsusi əhəmiyyətli» kimi təqdim etdiyi fəaliyyətinin əslində dövlət əmlakını mənimsəmə, talama və vəzifədən sui-istifadədən başqa bir şey olmadığı məlum oldu? Rəsmi ittihama görə, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb. …Bu, hələ 2013-cü ilin yay aylarında baş vermişdi. O vaxtdan keçmiş nazir, himayəçisi və yaxın adamı olan professoru müdafiə etməkdə çətinlik çəkirdi. Həmin vaxtdan Müdaifə Nazirliyinin Maliyyə və Büdcə Baş İdarəsi ilk dəfə olaraq E.Xəlilovun «kontoruna» ayaq basaraq, onun məsul olduğu sahəni yoxlamağa başladı. Nəticələr özünü çox gözlətmədi. Əvvəlcə, E.Xəlilovun rəhbərliyini ələ aldığı hərbi hissə ləğv edildi. Ardınca isə yoxlama materialları 2013-cü ilin noyabr ayında Respublika Hərbi Prokurorluğuna verildi. Müdafiə naziri dəyişəndən cəmi 10 gün sonra E.Xəlilovun işinin prokurorluğa göndərilməsi ona qarşı faktların nə qədər açıq olduğunu göstərirdi. Məlumata görə, fəaliyyəti dövründə E.Xəlilovun dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına öz şəxsi biznesini qurmaq, mal-materialın, avadanlıqların şəxsi məqsədləri üçün istifadə etmək halları aşkar olunub. Tabeliyində olanlar belə onun əslində hansı fəaliyyətlə məşğul olduğunu, hərbi hissələrdən əmlak və avadanlıqların tapşırılan istiqamətlərə nə məqsədlə aparıldığını bilmirlərmiş. Bunun hesabatanı ondan soruşan olmayıb. Əyninə hərbi forma geyinməsə də, tabeliyində olanlar ona «polkovnik», bəziləri isə «general» deyə, müraciət edirmişlər. Nazirlə xüsusi yaxınlığından əlavə, adlı-sanlı alimin «çox mühüm» bir şəxs olduğu və rəhbərlik etdiyi sahədə verdiy tapşırılqların sözsüz icra olunduğu bildirilir. Bakı şəhərinin və respublikanın müxtəlif yerlərində dövlətə məxsus obyektlərin şəxsi məqsədləri üçün istifadə edildiyinə dair məlumatlar var. E.Xəlilov bu obyektləri xüsusi adlarla «kodlaşdırıbmış». «Gəmi», «Qusar», «Zəlzələ-1», «Zəlzələ-2», «Dəniz», «Çaykənarı» və s. kod adları ilə işarələnən məntəqələr, sən demə, E.Xəlilovun və qohumlarının şəxsi obyektlərinin, biznes qurumlarının yerləşdiyi məkanlar imiş. Bir obyektə təhkim olunmuş işçilər digər obyektdə nə iş görüldüyünü bilməli deyildilər. «Komandir»in tapşırığı ilə tikinti materialları, avadanlıqların daşındığı «obyektlər»in onun özünə və qohumlarına məxsus evlər, villalar və biznes obyektləri olduğu yoxlamadan sonra üzə çıxıb. Geoloq-professorun tabeçiliyində olanlarla davranışlarında çox sərt və amansız olduğu bildirilir. Onun tapşırıqlarını müzakirə etmək istəyən hər hansı işçi dərhal cəzalandırılar, «obyektdən» kənarlaşdırılar, lazım gəldikdə isə, xidmətdən qovulardı. Kimsənin bu qərarlara, əmrlərə etiraz etmək hüququ tanınmayıb. Yoxlama nəticəsində ləğv olunmuş qurumların işçiləri isə illərlə çalışdıqları iş yerlərini itiriblər. E.Xəlilovun «sus və icra et» prinsipi ilə işləyən şəxsi heyət onların əli ilə mal-materialın, avadanlıqların mənimsənilməsini heç düşünməyiblər. Yalnız onun özünə yaxın buraxdığı 1-2 nəfər olub ki, "obyekt"lərin əsl təyinatını bildiklərindən, işlərin bölgüsünü, avadanlıqların daşınmasını həyata keçirirdilər. Müdafiə Nazirliyinin yoxlama materiallarının Prokurorluğa təqdim edilməsindən sonra isə həmin adamlar da «yoxa çıxıblar». E.Xəlilov onlara bir müddət «gözdən uzaq» olmağı tapşıraraq, özünün bütün məsələləri yoluna qoyacağını vəd etmişdi. Lakin «sən saydığını say, gör fələk nə sayır» misalını unudan professorun proqnozları bu dəfə düz çıxmadı. Yeri gəlmişkən, E.Xəlilov 2000-ci ildə Bakıda zəlzələ baş verməsindən sonra Azərbaycan ictimaiyyəti arasında kifayət qədər populyarlaşdı. Həmin vaxtlar «xarizmatik obrazı» ilə diqqəti cəlb edən geoloq-professor zəlzələnin proqnozlaşdırılmasını təmin edən aparat icad etdiyini, bu sahədə elmi araşdırmalar apardığını deyirdi. Televiziya efiri və mətbuatdan düşməyən E.Xəlilov, sonradan gözdən itdi. Görünür, kifayət qədər özünüreklamdan sonra, artıq ciddi biznes obyektlərinin idarəçiliyinə başı qarışdığından, zəlzələ proqnozlaşdırılması da yaddan çıxdı. Zəlzələlər isə hələ də davam edir…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
|