Röya ilə ANS-in aparıcısı arasında qalmaqal düşdü - “Mənim haqqımda əsl kişi danışsın...”
Tarix: 13-10-2014, 11:12 |
Çap et
Müğənni Röya Ayxanla ANS-in aparıcısı İsa Şükürov arasında qalmaqal yaşanıb.
Axşam.az-ın məlumatına görə, aparıcının “Şəbəkə” verilişinin “Facebook” səhifəsində Röya ilə bağlı paylaşılan "Səmimi bir söz deyim: yaxşı ki, nə əməkdar, nə də xalq artistiyəm. Yoxsa, "Facebook" səhifəmdə heç 36 izləyicim olmazdı. Mənə belə də yaxşıdır. 363 min nəfər izləyicimi öpürəm" xəbərinə yazdığı “Tükənmə sindromu” buna deyirlər. Şakiranı 104 milyon insan izləyir. Və bu izləyicilərə görə yalnız təşəkkür statusu paylaşıb. O daha durub Madonnaya söz atmayıb ki, sənin heç 20 milyon izləyicin yoxdur. Bu cür ucuz və cılız statuslar elə Röyaya yaraşır” fikri qarşı tərəfi özündən çıxarıb.
Röya sosial şəbəkədə məsələ ilə bağlı bunları yazıb:
“Dedilər ki, İsa Şükürov adında biri efirdə nəsə danışıb. Onu tanıyan varsa, deyin Röya dedi ki, ağıllı ol, sənin ağlını alaram. “Hinduşka”lara söz verilmir. Mənim haqqımda ya əsl kişi danışsın, ya da qadın. “Yarımadamcıq”lar sussun. Hamınızdan bunu sizlə bölüşdüyümə görə üzr istəyirəm. Xoşuna gəlməyən xoş getdi”.