Manaf Ağayev: “Adam özünə və atasına oxşamalıdır”
Tarix: 22-10-2014, 10:07 |
Çap et
“Bəzi kişi müğənnilərin qadın libasına girib, reklam qazanmağa çalışması nə dinimizə, nə adət-ənənələrimizə, nə də kişiliyə sığmır”.
Bu sözləri Editor.az-a açıqlamasında tanınmış müğənni Manaf Ağayev şou-binesdə baş verənlərdən danışarkən belə deyib.
Onun sözlərinə görə, toya getmək üçün səsini gözəlləşdirməlisən, bədənini yox: “Mən kişi müğənnilərin cildə girməsinə, özünü qadına bənzətməsinə çox pis baxıram. Əslində mən yox, bütün kişilər buna pis baxır. Adama ruzini Allah verir. Müğənninin səsi varsa, onu xalq sevirsə, toya da çağıracaqlar, məclisə də. İstəyir lap burnun əyri olsun, səsin varsa seviləcəksən. İnsan özünü heç kimə oxşatmamalıdır. Adam özünə və atasına oxşamalıdır”.