Elməddin: “Mən toylara 7 il əvvəl yox demişəm”
Tarix: 27-10-2014, 09:03 | Çap et
Kulis.Az-ın “Yeməli söhbət” layihəsinin qonağı məşhur yumorist Elməddin Cəfərovdur. - Elməddin müəllim, xoşladığınız yeməklər hansıdır? - Birmənalı olaraq ət yeməklərini sevirəm. Qoyun, toyuq, balıq xüsusən də balığı lap çox xoşlayıram. Bircə broyler toyuqlarını sevmirəm. Onların budu çox böyük olur. Bəzən broyler toyuqlarının budlarını qoyun budlarına oxşadıram. - Kababla aranız necədir? - Yalnız “antrikod”u bəyənirəm. - Yemək bişirə bilirsiz? - Əslində, mən çox yaxşı yemək bişirirəm, amma kollektiv inanmır. İşdə yemək olmayanda dostlara deyirəm ki, mən yemək bişirim. Qoymurlar. Amma vallah mən yaxşı yemək bişirirəm. Yaxşı pomidor-yumurta və ayran hazırlaya bilirəm. - Tələbə yeməklərini necə? - Mən məktəbdə oxuyanda təbii ki, yeməyi anam bişirirdi. Sonra elə yaşadığım Gəncədə universitetə qəbul oldum. Universiteti bitirən kimi evləndim. Buna görə, özümə qulluq eləmək imkanım az oldu. Adam yemək bişirəndə dincəlir. - Mən bilən, həyat yoldaşınız Zaqataladandır. Zaqatala mətbəxi ilə aranız necədir? - Zaqatala mətbəxində xəmir xörəkləri çoxdur. Xəmir xörəklərindən xoşum gəlmədiyi üçün elə çox yemirəm. Zaqatala mətbəxi gürcü mətbəxinə yaxındır. Zaqatalada ətə turşu vururlar. Mən bunun əleyhinəyəm. Ətə turşu vuranda dadı qaçır. Hər şeydə təbiiliyin tərəfdarıyam. - Evdə hansı mətbəxə üstünlük verirsiniz? - Birmənalı olaraq Gəncə mətbəxi. Uşaqlar da o mətbəxi sevir. Həyat yoldaşım bilir ki, öz mətbəxlərinə uyğun yemək hazırlasa, hamısını özü yeməli olacaq. Gəncə mətbəxi çox zəngindir.
- Səncə, özəlliyi nədir? - Gəncə mətbəxi ilə Göyçə mətbəxi oxşardır. Göyçə mətbəxinin yeməkləri ilə böyüdüyümə görə, təbii olaraq Gəncə mətbəxini də sevirəm. Gəncə mətbəxində Xan plovu var, çox bəyənirəm. Mənə elə gəlir ki, Azərbaycanda ən yaxşısı Qərb mətbəxidir. - Toylara aparıcı kimi gedəndə nə yeyirsiniz? - Mən 5-6 ildir toylara aparıcı kimi getmirəm. İçki olan toylara getmirəm. Bu da o deməkdir ki, 90 faiz toylara getmirəm. Toy yeməklərini, demək olar ki, yemirəm. Çünki bəzən, o yeməklər köhnə olur. Həm də ümumi bişirilən yeməklə özəl bişirilən yemək eyni deyil. Hər halda 500 nəfərə bişirilən yeməklə 4 nəfərə bişirilən yemək eyni dadı vermir. Mən yeməyi doymaq üçün yox həzz almaq üçün yeyirəm. - Bəzi yazarlar “Toylara yox de” adlı kampaniya keçirir. Buna münasibətiniz necədir? - Bizim toylarda 30 çeşid yemək verirlər. Mən elə insanlar tanıyıram ki, toy eləmək üçün borca girir. Biz niyə toy məsələlərində Avropaya baxmırıq. 800 manata 800 adama toy eləyirlər. 7-8 mərtəbə tort bişirirlər. 4-5 çeşid şirə, bir də balaca şirniyyat. Biz belə etsək olmaz? Bizim toylarda adamlar əlində araq tutub Allahdan evlənənlərə dua edir. Amin deyilən yerdə araq içirlər. Ailənin bünövrəsini haramla qoyurlar. Bir nəfər 50 müğənni çağırır toya, fişənglər, bahalı maşınlar... Sonra borclu qalır. Bu gün toy edəndə bütün planları bəylə gəlinin xoşbəxtliyi üzərində qurmaq lazımdır. Mən toylara 6-7 il qabaq yox demişəm. Yox deməyimin səbəblərindən biri də israfçılıqdı. - Toylara aparıcı kimi gedən vaxtlarınızda başınıza maraqlı hadisələr gəlməmiş olmaz... - Biz efirə təzə çıxan vaxtlarda rayonlardan birinə “palatka” toyuna getmişdik. Toyda çölə çıxmışdım. Birdə gördüm, arxadan bir nəfər qışqıra-qışqıra deyir: “Ay adam güldürən, ayaq saxla!” - Dieta saxlayırsınız? - Yayda mənə dostlar deyirdi ki, çox kökəlmisən, dieta saxla. Deməli iki gün ancaq çay, su içdim. Sonra baxdım ki, cəmi 200 qram arıqlamışam. Yəni tərəzidə hiss olunmurdu. Dəhşət əsəbləşdim. Gecə saat 2-də o qədər yedim ki, gördüm ölürəm. Danışa da bilmirdim. - Fast-foodla aranız necədir? - Fast-fooddan həmişə qaçmışam. Fast-food yemək deyil, sadəcə mədəni aldatmaqdır. - Sevgilinizlə ilk dəfə nə yemisiniz? - Mənim ilk sevgilim indiki həyat yoldaşımdır. Mən həyat yoldaşımla 4 il Gəncə Dövlət Universitetində bir partada oturmuşuq. Dördüncü kursda nişanlandıq. Gəncədə o vaxt indiki şərait yox idi. Yəni, tələbə yoldaşınla gedə biləcəyin bir kafe yox idi. Gəncədə bir park idi və biz o parkda oturub şirniyyat, peraşki yeyirdik. Ümumiyyətlə, mən peraşkini çox sevirəm. - Restorana gedəndə əsasən nəyə üstünlük verirsiniz? - Əsas xidmətə. Bunun içinə ofisiantın geyimi də daxildir. Əgər ofisiant geyiminə fikir verirsə, demək o, yeməyi də səliqəli gətirəcək. Dostlarımla həmişə getdiyimiz bir restoran var idi. Bir il hər gün naharımı orda etdim. Axırıncı dəfə həmin restorana qonağımla getdim. 3 tikə ət qoyub, 40 manat hesab istədilər. Ofisianta dedim, qardaş, efirdə görürsünüz, elə bilirsiniz, milyanerik? Yeməyi yemədən pulu verib çıxdım və bir də həmin restorana getmədim.
- Təbiət qoynunda yeyib-içməyi xoşlayırsınız? - Kollektivlə gedirik. Amma son vaxtlar o qədər qəzalar olur ki, avtomobillə uzaq yola çıxmaqdan qorxuram. Bu yay dostlarla Lerikə getmişdik. Yeməyi özümüz bişirməsək də, yaxşı istirahət elədik. Təbiətdə insanın bütün zehni yorğunluğu çıxır. - Ova gedirsən? - Mənim qardaşım ovçudur. Bir dəfə onunla ova getmişdik. Sevmədim. Soyuq, söhbət edə bilməmək, ov tapmaq adamı yorur. Qardaşım dovşana güllə atanda bilərəkdən səs çıxartdım ki, qaçsın. Sonra gördüm yox e... acından ölürəm, sakit durdum, bir dovşan vurdu, yeyib qayıtdıq. - Sənətinizdə nə yeniliklər var? - İnşallah, gələn ay “Qız atası” serialının çəkilişinə başlayırıq. Mətanət Əliverdiyeva baş rolda çəkilib. Serialın quruluşçu rejissoru Ramin Hacıyev, ssenaristləri Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynovdur. Bu serialın çox uğurlu olacağına əminəm. - Sizi kim güldürə bilir? - Məni yumoristlərin hamısı da güldürə bilər, heç biri də. Gülmək məsələsi həm də ovqatımdan asılıdır. Azərbaycanda ən çox güldüyüm aktyor Fərdadır. Onunla çox işlədiyimə görə, zarafatlarını tam başa düşürəm. - Elə toy olub ki, gedəsiz, pulunuzu verməyələr? - Olub. Bir dəfə zəng gəldi ki, vallah imkanımız yoxdur, amma istəyirik toyumuzu siz aparasız. Dedim, gəl söhbət edək. Fikrimizdə kasıb bir adam canlandı. Üstündən az keçmiş, gördük, bizim kasıb dediyimiz Nissan Murano ilə gəldi. O vaxt Bakıda 3-4 Murano var idi. Fərdanın köhnə “Mercedes”i var idi. Fərda Muranonu görüb maşınını gizlətdi. Daha doğrusu, maşın özü utandığından gizləndi. Bu adama dedik ki, qardaş, hərəmiz min manata gəlirik, amma sizə güzəşt edib ikimizə 1500 alarıq. Qonağımız dedi ki, sizə cəmi 500 manat verə bilərəm. Fərda buna dedi ki, elədirsə, biz havayı gələrik. Bir sözlə, biz dediyimiz qiymətə razılaşdıq, amma toyda pul vermək istəmədi. Dedi, 500 manatdansa havayı gəlmək istəmirdiniz? Fərda sağ olsun, birtəhər 500 ala bildi. Aldığımız pulun 300 manatını yolxərci elədik. Elə toy olub ki, dava düşüb pulsuz qayıtmışıq. Bir dəfə rayonların birinə toya çağırmışdılar. Bəy gəlinin keçmiş sevgilisinin dostu imiş. Gəlinin keçmiş sevgilisi Rusiyadan toya gəlmişdi və toyda mikrofonu alıb oğlana dedi ki, sən düz hərəkət eləmədin. Gərək mənim sevdiyim qızla evlənməzdin. Dava düşdü. Polis gəldi şadlıq evinə və toy dağıldı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
|