Azərbaycanda QHT sədrindən ŞOK İDDİA: Bakıya EBOLA yayan paltarlar gətirilir - TƏHLÜKƏ
Tarix: 27-10-2014, 17:00 |
Çap et
“Bu gün Azərbaycana müxtəlif ölkələrdən geyim məhsulları gətirilir ki, həmin məhsullarınm əksəriyyəti saxta yolla istehsal olunur”.
Bu sözləri Editor.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov söyləyib.
Onun sözlərinə görə, Ebola virusunun sürətlə yayıldığı bir şəraitdə xüsusilə bu məsələdə diqqətlə olmaq lazımdır: “Hər kəsə bəllidir ki, Ebola virusu geyim məhsullarından, paltarlardan keçir. İnsanlar Ebola daşıyıcısı olan xəstələrin paltarına toxunanda bu xəstəliyin yaranma riski artır. Bu mənada xaricdən idxal olunan məhsullara nəzarət gücləndirilməlidir. Sərhəd keçid-məntəqələri, gömrük orqanları bu məsələdə xüsusilə ehtiyatlı olmalıdır. Bu gün Azərbaycana idxal olunan geyim məhsullarının harada istehsal olunduğu, hansı göstəricilərə cavab verdiyi heç kimə məlum deyil. Açiq şəkildə demək olar ki, Bakıya təhlükəli paltarlar gətirilir və bunun qarşısını almaq üçün müvafiq qurumlar hərəkətə keçməlidir”