Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                     Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var .....                     “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                 

"Birlik İnşaat"dakı fırıldağın ifşasında şübhəli məqamlar - Zərər verən də, zərər çəkən də narazıdır...
Tarix: 29-11-2014, 12:35 | Çap et
"Birlik İnşaat"dakı fırıldağın ifşasında şübhəli məqamlar
Vətəndaşların milyonlarını mənimsəyən tikinti şirkətinin vəzifəli
şəxsləri barəsində çıxarılan hökm məhkəmələri dolaşır...
Bu günlərdə ofisimdə olan Bakı Ağır Cinayətlər Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə hökmündə zərərçəkmiş kimi tanınan Qasımova Gülşən İbrahim qızı şirkətin direktoru Elman Tağıyevin vəzifəsindən sui-istifadə edərək dələduzluq yolu ilə onun həyat yoldaşından 36 min manat pulu alaraq mənimsəməsindən danışdı. Zərərçəkən bildirdi ki, valideynlərilə birlikdə Ağdam şəhərinin işğalından sonra, 1993-cü ildən məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıblar. Onun sözlərinə görə, 2004-cü ildə Qasımov Sənan İsmayıl oğlu ilə birgə nikaha daxil olub, 2004-cü ildən 2010-cu ilə qədər qayınanası ilə birlikdə yaşayıblar: “Ailəmiz böyüdükcə (övladlarımız dünyaya gəldikcə) ailə-məişət vəziyyətimiz çətinləşirdi.
Belə ki, mən, həyat yoldaşım, iki övladım və qayınanam darısqal evdə yaşamağa məcbur idik. Şəraitimizi yaxşılaşdırmaq məqsədilə həyat yoldaşımla Bakı şəhəri, Xətai rayonunda yerləşən ikiotaqlı mənzili satmaq qərarına gəldik. Ancaq əvvəlcədən “Birlik İnşaat” MMC-nin direktoru ilə yeni tikdikləri binadan mənzil almaq barəsində razılığa gəldik. Bundan sonra mənzilimizi sataraq 2010-cu il aprelin 28-də həyat yoldaşım Qasımov Sənan İsmayıl oğlu və onun İsmayıl adlı dostunun iştirakı ilə 36 min manat pulu “Birlik İnşaat” MMC-nin direktoruna verərək, aramızda “Birlik İnşaat” MMC-nin Bakı şəhəri, R.Məmmədov küçəsi 20 saylı ünvanda inşa etdiyi 15 mərtəbəli binanın birinci mərtəbəsində 86,7 kvadratmetr yaşayış sahəsi olan 7 saylı mənzilin bizə verilməsi barədə müqavilə bağlandı”.
İki azyaşlı övladından birinin ürək qüsurlu doğulduğunu və bu səbəbdən də müalicəyə ehtiyacı olduğunu deyən G.Qasımovanın sözlərinə görə, mənzillərini satdıqdan sonra həyat yoldaşı Rusiyaya işləməyə gedib: “Mən isə iki azyaşlı uşağımla Bakının Nərimanov rayonundakı Əlyar Əliyev küçəsi, 26 A ünvanında yerləşən “Taxıl Məhsulları Kombinatı”nın “Tikinti Quraşdırma” İdarəsinin yataqxanasında məskunlaşan anamgilə köçərək bir otaqda 5 nəfərlə birlikdə yaşamağa məcbur olduq. Qayınanam isə iki yaşlı qadınla (ucuz olsun deyə) kirayə tutduğu mənzildə yaşamalı oldu. Fikirləşirdik ki, müvəqqəti çətinlikdən sonra tezliklə təzə mənzilimizə köçəcəyik. Amma “Birlik İnşaat” MMC-nin direktoru rəsmi müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməyərək, onu kobud şəkildə pozdu. Hətta sonra məlum oldu ki, o, bizə satdığı mənzili daha iki şəxsə satıb. O gündən təkcə maddi deyil, mənən də sarsıldıq. İndi neçə ildir ki, ailəmiz pərən-pərən düşüb”.
G.Qasımova qeyd etdi ki, “Birlik İnşaat” MMC-nin vəzifəli şəxsləri tərəfindən dələduzluq yolu ilə pulları mənimsənilən vətəndaşlar aidiyyəti dövlət qurumlarına şikayət ediblər. Nəticədə, 2012-ci ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Birlik-İnşaat” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Həmin ilin oktyabr ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən aldatma yolu ilə külli miqdarda özgə əmlakının ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Müəyyən edilib ki, cəmiyyətin təsisçisi və direktoru, baş mühasibi Roza Minaçaeva, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimov özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasında 210 mənzili və 1041 kvadratmetr qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə təkrar sataraq əldə edilmiş 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə talayıblar.
Bundan başqa, “Birlik-İnşaat” MMC vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra direktor 2006-2011-ci illərdə mənzil tikintisi ilə məşğul olarkən sadələşdirilmiş vergi ödəyicisi kimi 157 min 365 manat məbləğində vergiyə cəlb olunacaq dövriyyəni vergi bəyannamələrində göstərməməklə 6 min 294 manat sadələşdirilmiş vergini, həmçinin əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin 1 milyon 877 min 471 manatını bəyannamələrdə az göstərməklə 343 min 879 manat məbləğində vergini büdcəyə ödəməkdən yayınıb.
İstintaqın gedişində 456 nəfər zərərçəkmişlə tikintini davam etdirən “Birlik-İnşaat” MMC və “Həyan-E” MMC arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa edilib. Bundan başqa, digər 87 zərərçəkmişə vurulmuş zərərin ödənilməsinin təmin edilməsi məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış 3 milyon 830 min manat məbləğində daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulub.
İş üzrə təqsirləndirilən şəxslər qismində cəlb edilmiş direktor və Roza Minaçaevaya Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2-ci (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Soltan Məhərrəmov, Çingiz Əzimov və Eyvaz Fərəcova isə 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan ittihamlar elan edilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən təsisçisi və direktoru Eyvaz Fərəcov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi 2014-cü il mayın 30-da başa çatıb.
Hökmə əsasən, Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimov 14 il müddətinə azadlıqdan məhrum edilib. Barələrində həbs-qətimkan tədbiri seçilməyən direktor və Roza Minaçaeva barəsində də 14 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Məhkəmə zalında olan Roza Minaçaeva həbs edilib, E.Tağıyev isə məhkəməyə gəlmədiyi üçün həbs olunaraq təcridxanaya göndərilməsi barədə qərar qəbul edilib...
Amma onun barəsində seçilmiş həbs qəti-imkan tədbiri sonradan nə səbəbdənsə ev dustaqlığı ilə əvəzlənib. Təqsirləndirilən Eyvaz Fərəcov isə təcridxanada müəmmalı şəraitdə dünyasını dəyişib. İttiham aktından və məhkəmə prosesinin gedişatından da tam sübuta yetirilib ki, 543 nəfərin təxminən 95-96 faizi pullarını birbaşa direktora, 3-4 faizi baş mühasib işləmiş Roza Maniçayevaya, 1 faizi isə barəsində həbs qəti-imkan tədbiri seçilmiş üç nəfərə verib.
Aldanaraq evlərinin satıldığını və hazırda anasıgildə darısqal, şəraitsiz bir otaqda ağır köçkün həyatı yaşadığını, ağır ürək qüsurlu övladının əziyyət çəkdiyini bir daha xatırladan G.Qasımova onların və digər vətəndaşların milyonlarını mənimsəyən tikinti şirkətinin vəzifəli şəxsləri barəsində çıxarılan və məhkəmələrdə dolaşan hökmün tezliklə icrasına başlanılacağını ümidlə gözləyir. G.Qasımovanın mənə təqdim etdiyi dövlət başçısına ünvanlı müraciəti və Bakı Ağır Cinayətlər Məhkəməsinin “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən vəzifəli şəxslər barədə çıxardığı hökm barədə növbəti yazımda bəhs edəcəyəm.
Qeyd edim ki, bu il noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında bəzi sənədlərin düzgün olmaması müəyyən edilib. Apellyasiya şikayətinin tam müəyyən edilməsi üçün iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb. Bəzi sənədlərə qeydlər aparılandan sonra apellyasiya instansiyasında işə yenidən baxılacaq.
***
Bir daha xatırladıram ki, istintaq araşdırması zamanı “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, baş mühasibi, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimovun özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasında 210 mənzili və 1041 kvadrat metr qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə təkrar sataraq əldə edilmiş 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə taladıqları müəyyən edilib. Bundan başqa, məlum olub ki, “Birlik-İnşaat” MMC vergidən də yayınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Soltan Məhərrəmov 14 il, Çingiz Əzimov 14 il müddətinə azadlıqdan məhrum edilib. Barələrində həbs-qətimkan tədbiri seçilməyən direktor və Roza Minaçaeva barəsində də 14 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Məhkəmə zalında olan Roza Minaçaeva həbs edilib, direktor isə məhkəməyə gəlmədiyi üçün həbs olunaraq təcridxanaya göndərilməsi barədə qərar qəbul edilib.
Bundan başqa, cinayət işi üzrə təqsirləndirilən Eyvaz Fərəcovun vəfat etməsi ilə bağlı olaraq onun barəsində olan cinayət işinə xitam verilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar şikayətlərində günahsız olduqlarını əsas gətirərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
(Davamı var)

Salman Bağırov,
hüquqşünas
\\ tezadlar.az \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Bu gün, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Bu gün, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Bu gün, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Bu gün, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Bu gün, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Bu gün, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Bu gün, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Bu gün, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru