Oliqarxların banklarının xalqı necə soyduğuna dair sensasion rəqəmlər - Cibimizi necə boşaldırlar...
Tarix: 6-12-2014, 11:13 | Çap et
Bu ilin əvvəlindən Azərbaycanda kreditlərin faiz dərəcələrinin azaldılması üçün atılan addımlar hələlik gözlənilən nəticəni verməyib. Belə ki, ölkə banklarının xüsusilə əhalinin geniş təbəqələri üçün təqdim etdiyi istehlak kreditlərinin faizləri əvvəlki kimi çox yüksəkdir.
Üstəlik, banklar bu faizlərdən başqa, kredit müştərilərindən yüksək komission haqları da tələb edirlər. Belə vəziyətdə kredit götürmək üçün sərfəli bank tapmaq çətindir. “Unikal”ın araşdırması zamanı məlum olub ki, “Accessbank”da illik faiz dərəcəsi 25-29%, komisyon haqqı 2-4,5%-dir. Dövlət işində çalışanlara, “Accessbank”da və yaxud digər banklarda müsbət tarixçəyə malik olanlara kredit aşağı faizlə ayrılır. Komisyon haqqı 2000 manata qədər 4,5%, 4000 min manata qədər 3,5%, 4000 manatdan çox kredit üzrə 2%-dir. “AFB Bank”da illik faiz dərəcəsi 17-24%, komisyon haqqı 3% + 1% bankomat xərci + MKR xərcidir (adambaşına 3 manat). Kredit maksimum 3 illik müddətə verilir. Dövlət işində çalışanlar və müsbət tarixçəyə malik təkrar müştərilər üçün illik faiz dərəcəsi müddətdən asılı olaraq 15-16-17%, digər müştərilər üçün isə 20-22-24%-dir. “Amrahbank”da illik faiz dərəcəsi 36-33%, komisyon haqqı 3-4,5% + sığorta haqqıdır. Kredit maksimum 3 illik müddətə ayrılır. Dövlət və özəl müəssislərin işçiləri üçün illik faiz dərəcəsi tutduğu vəzifədən asılı olaraq 26-30%, ayrıca olaraq təhsil və səhiyyə sahələrində çalışanlar üçün 26%, təqaüdçülər üçün isə 33%-dir. Komisyon haqqı dövlət işçiləri üçün müddətdən asılı olaraq 4-4,5%, təhsil və səhiyyə işçiləri üçün 3%, digər müştərilər üçün isə 3-4,5%-dir. “Atrabank”da illik faiz dərəcəsi 30%, komisyon haqqı 3%-dir. Bankın ilk müştərilərinin götürdüyü kreditin məbləği 1000 manata qədər olduqda, komisyon haqqından əlavə 25 manat da hesab açılması üçün ödənilməlidir. “Azərbaycan Kredit bankı”nda 28-34%, komisyon haqqı 2%-dir. Kredit maksimum 1,5 ilə ayrılır. Təkrar müştərilər və maliyyə sektorunda çalışanlar üçün kreditin illik faiz dərəcəsi 28-32%, digər müştərilər üçün isə 30-34%-dir. “AGBank”da illik faiz dərəcəsi 26-36%, komisyon haqqı 4,6-8,6%-dir. Kredit maksimum 3 illik müddətə ayrılır. Kreditin illik faiz dərəcəsi müştərinin tarixçəsindən və iş yerindən asılı olaraq fərdi qaydada müəyyən olunur. Komisyon haqqı 1 ilə 4,6%, 2 ilə 6,6%, 3 ilə isə 8,6%-dir. “Azər-Türk Bank”da illik faiz dərəcəsi 18-23%, 1-2% + sığorta haqqı + MKR xərcidir (3 manat). Kredit maksimum 3 illik müddətə ayrılır. Bankla tərəfdaş müəssisələrin işçiləri üçün illik faiz dərəcəsi müddətdən asılı olaraq 18-19-20%, digər müştərilər üçün 20-22-23%-dir. Komisyon haqqı müddətdən asılı olaraq kreditin məbləğinin 1-1,5-2%-i qədərdir. “Bank of Baku”da illik kredit dərəcəsi 23-32%, komisyon haqqı 5-8,5%-dir. Kredit maksimum 3 illik müddətə ayrılır. Komisyon haqqı 1 ilə 5%, 2 iə 7%, 3 ilə 8,5%-dir. Bankın müsbət tarixçəyə malik müştəriləri üçün kredit illik 23%-lə, digər müştərilər üçün isə iş yerindən asılı olaraq 28-32%-lə verilir. “Bank BTB”-də illik kredit dərəcəsi 28-36%, komisyon haqqı 4-8% + 5 manatdır. Kredit maksimum 3 illik müddətə ayrılır. Kreditin illik faiz dərəcəsi dövlət işçiləri üçün 30%, metro işçiləri üçün 28%, özəl müəssisələrin işçiləri üçün 32%, təqaüdçülər üçün 36%, təhsil və səhiyyə işçiləri üçün isə 30-32%-dir. Komisyon haqqı 1 ilə 4%, 2 ilə 6%, 3 ilə isə 8%-dir. “Bank Standard”-da illik kredit dərəcəsi 20-25%, komisyon haqqı 3-4%-dir. Kredit maksimum 3 illik müddətə ayrılır. Komisyon haqqı 5000 manata qədər 4%, 5 min manatdan çox kreditlər üzrə 3%-dir. Kreditin illik faiz dərəcəsi müştərinin iş yerindən və tarixçəsindən asılı olaraq müəyyən edilir. “Dəmirbank”da illik kredit dərəcəsi 24-34%, komisyon haqqı 2% + sığorta haqqıdır. Kredit maksimum 3 illik müddətə ayrılır. Bankla tərəfdaş müəssisələrin işçilərinə kredit 24-26%-lə, digər müştərilərə isə 28-34%-lə verilir. Konkret hədd müştərinin tarixçəsindən asılıdır. “Xalqbank”-da illik kredit dərəcəsi 20-28%, komisyon haqqı 0,6%-dir. Kredit maksimum 4 il müddətinə ayrılır. Kreditin illik faiz dərəcəsi dövlət işçiləri üçün 20-24%, digər müştərilər üçün isə 24-28%-dir. Konkret hədd müştərinin tarixçəsindən və ödəniş qabiliyyətindən asılıdır. “Rabitəbank”-da illik kredit dərəcəsi 26-28%, komisyon haqqı 4-5%-dir. Kredit maksimum 2 illik müddətə ayrılır. Kreditin illik faiz dərəcəsi yeni müştərilər üçün 28%, təkrar müştərilər üçün 26%-dir. Komisyon haqqı 1 ilə qədər 4%, 1 ildən çox kreditlər üzrə 5%-dir. “Turanbank”-da illik kredit dərəcəsi 20-29%, komisyon haqqı 4-5%-dir. Kredit maksimum 2,5 illik müddəyə ayrılır. Krediti illik faiz dərəcəsi 1 ilə qədər 20%, 1,5 ilə qədər 23%, 2 ilə qədər 26%, 2,5 ilə qədər 29%-dir. Komisyon haqqı 2 ilə qədər 4%, 2 ildən çox kreditlər üzrə 5%-dir. Digər banklarda da illik kredit dərəcələri ilə bağlı vəziyyət fərqli deyil. Faiz dərəcələrinin bu qədər yüksək olması isə ictimai rəydə və müstəqil ekspertlər tərəfindən faktiki olaraq soyğunçuluq kimi qiymətləndirilir. KİV-də zaman-zaman yer alan iddialara görə, ölkədəki bir çox bankların arxasında yüksək vəzifəli çinovniklər dayanır. Onların arasında ARDNŞ prezidenti Rövnəq Abdullayev, nəqliyyat naziri Ziya Məmmədov, AZAL prezidenti Cahangir Əsgərov və digərlərinin adları hallanır. Hələ bu ilin martında hökumətyönlü millət vəkili Vahid Əhmədov Azərbaycan banklarında kredit faizlərinin dərəcələrinin yüksək olmasını şərh edərkən maraqlı fikir səsləndirib. Vahid Əhmədov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyəti məmurlara məxsusdur. Onun fikrincə, bank faizlərinin yüksək olmasında bu amilin də rolu var. Bir sözlə, bankların yüksək faizlərindən xalq itirsə də, qazanan bəzi oliqarxlardır. Onlar vətəndaşların soyulması sayəsində öz sərvətlərini günbəgün daha da artırırlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Bu gün, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Bu gün, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Bu gün, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Bu gün, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Bu gün, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Bu gün, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Bu gün, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
|