2-ci qrup hərbi əlil prezidentdən kömək istədi – “İmtiyazlarım Qarabağ müharibə əlilərinə bərabərdir” – MÜRACİƏT
Tarix: 15-12-2014, 14:31 |
Çap et
DİA.AZ: - Qazax rayon, Ağköynək kənd sakini, 2-ci qrup hərbi əlil, istefada olan gizir Mürşüdov Tural Müştab oğlu prezidentə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:
“Hörmətli Prezident, cənab Ali Baş Komandan !
Mən Silahlı Qüvvələrdə bir çox vəzifələrdə, gizir rütbəsində Azərbaycan Resbublikasının ərazi bütövlüyü uğrunda ön xətt bölmələrində xidmət etmişəm. 2-ci qrup hərbi əliləm. Mən xidməti vəzifələrimi yerinə yetirərkən əlil olmuşam və imtiyazlarım Qarabağ müharibə əlilərinə bərabərdir. Belə ki, mən 2-ci qrup əlil kimi Qazax rayon İcra Hakimiyyətində birinci növbəli mənzil qeydiyatına götürülməli və mənzillə təmin olunmalıyam.
Hörmətli Prezident, cənab Ali Baş Komandan !
Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi nəzərə alaraq mənim Qazax rayon İcra Hakimiyyətində birinci növbəli mənzil qeydiyatına götürülməyimə və mənzillə təmin olunmagıma göstəriş verəsiniz”.