Xəzər rayon icra hakimiyyətindən görünməmiş özbaşınalıq - Tibb elmləri namizədi nazirə müraciət etdi
Tarix: 24-12-2014, 12:27 | Çap et
Tibb elmləri namizədi Nizami Məmmədovun Azərbaycanda olmadığını fürsət bilən Xəzər rayon icra hakimiyyəti onun mülkünü 3 yerə bölərək başqalarına satmış və beləcə ixtiracı alimin 20 ilə yaxın davam edən mülkiyyət hüququnu bərpa etmək mücadiləsi başlaması barədə bir müddət öncə oxucuları məlumatlandırmışdıq. Moderator.az vasitəsilə problemini ictimailəşdirən, ölkə rəhbərliyinə açıq məktub ünvanlayan Nizami Məmmədovun müraciətlərinə hansısa reaksiya verilibmi? Alimlə söhbətimizə də elə bu sualla başladıq: -Təəssüf ki, müraciətimə heç bir cavab ala bilməmişəm. Mən sizdən əvvəl də bir sıra instansiyalara müraciət etmişəm. Hüququmun bərpası üçün məhkəməyə baş vurmuşam. Ölkə rəhbərinə 3 dəfə məktub yazmışam. Lakin nə müsbət, nə mənfi heç bir cavab verilməyib. Hesab edirəm ki, Azərbaycanda ölkə başçısını əhatəyə alan, ona ölkədəki vəziyyətin düzgün çatdırılmasına mane olan məmur zümrəsi var. Düzgün və səhih informasiyalar bu çevrəni adlayıb keçə bilmir. Nəticədə ölkə rəhbəri ilə vətəndaş arasında Çin səddi yaradılır. Korrupsioner məmurlar məhz bu səddən istifadə edib öz əməllərini həyata keçirə bilirlər. Hiss olunur ki, ölkə başçısı da bunun fərqindədir. Odur ki, büroktratik aparatı zəiflətmək, dövlət adından istifadə edib haqsız qazanc əldə etmək istəyən məmurların bu imkanlarını azaltmaq üçün bəzi islahatlar aparır. Məsələn, onun “Asan xidmət” layihəsi bunun ən bariz nümunəsidir. Ölkə rəhbəri məmurların sədaqətinə, öz vəzifələrini layiqincə yerinə yetirdiyinə inansaydı, bu layihəni həyata keçmirməzdi. Təəssüf ki, hələ də bu “Çin səddi” öz mövcudluğunu qoruyur. Düşünürəm ki, mənim problemim də məhz bu səddə ilişib qalır. -Nizami həkim, bu gün ölkədə eyni problemlə üzləşən adam yalnız siz deyilsiniz. Mülkiyyət hüququnun bu cür kobud və total şəkildə pozulmasını necə qiymətləndirirsiniz? -İnsanların 3 əsas fundamental hüququ var-yaşamaq, azadlıq və mülkiyyyət hüququ. Bütün digər hüquqlar məhz bu fundamentlər üzərində qurulub. Yaşamaq hüququnun məğzi belədir-canı Allah verib və yalnız o insandan geri ala bilər. Təsadüfi deyil ki, yaşamaq hüququnun fəlsəfəsindən hərəkət edən bir çox sivil dövlətlər cəza üsulu olaraq ölüm hökmünü ləğv etdilər. İndi ən qatı cinayətkarlar belə ölümlə cəzalandırılmırlar. Azadlıq hüququ barədə mülahizələr fərqli olduğundan hər ölkənin bu məsələyə müxtəlif yanaşması mövcuddur. Ən konkret fundamental hüquqlardan biri isə mülkiyyət hüququdur. Siyasi xarakterindən asılı olmayaraq bütün dövlətlər mülkiyyətin toxunulmaz olduğunu qəbul edirlər. Bu prinsip bütün hüquq normalarında öz əksini tapıb. Mənim kimi hüququ pozulanların suallarına konkret cavab verilməməsi ilk növbədə hüquqa hörmətsizlikdir, hüquqi nihilizmdir. -Necə fikirləşirsiniz, vətəndaşın hüquqlarına biganəlik ölkəni hara apara bilər? -Vətəndaşın fundamental hüquqlarına laqeyd münasibət cəmiyyətin qanuna, dövlətə inamını sarsıdır. Təbii ki, bu da heç bir zaman vətəndaş həmrəyliyinə yol açmır. -Son zamanlar ölkəmizə xarici basqıların artdığı müşahidə olunur. Belə vəziyyətdə vətəndaşın dövlətə inamının sarsıdılması bizə nə vəd edir? -Öncə onu qeyd etmək istərdim ki, Qərb ölkələrinin basqıları bir tərəfdən müəyyən real meyarlarla əlaqədardırsa, digər tərəfdən ikili standartların təzahürüdür. Dərinliyinə getmədən məsuliyyətlə deyə bilərəm ki, Azərbaycan reallığının əsas arxitektoru elə Qərbin özüdür. O ki qaldı kiçik “padişahlar”ın özlərini qanunun üzərində hiss etmələrinə, bu, təbii ki, böyük mənada dövlətin mənafeyinə xidmət etmir. -Sizə elə gəlmir ki, məmur özbaşınalığıyla bəzən şüurlu şəkildə düşmən dəyirmanına su tökülür? -Bu məsələdə bir neçə məqam var. Məmurların intellektual səviyyəsi sizi haqlı olaraq narahat edən bu suala birmənalı şəkildə münasibət bildirməyə imkan vermir. -Məni bir sual da çox maraqlandırır. Yetkililərimiz dövlətə inamı sarsıdan məmur özbaşınalığının niyə qarşısını almırlar? -Bu sual daha çox dövlət yetkililərinin özlərinə yönəldilməlidir. Uzun illərdir ki, Azərbaycandan gözlənilən islahatlar- istər kadr islahatları, istərsə də fundamental dəyişikliklər öz icrasını tapmayıb. -Bəs, bu islahatlara mane olan nədir? -İslahatların keçirilməsinə mane olan bir neçə amil var. Mən onların hamısının üzərində dayanmaq istəmirəm. Bircə məsələni xüsusilə qeyd etmək istərdim ki, məddahlıq üzərində qurulan korrupsiya və monopoliya siyasətini həyat tərzinə çevirən bütün ölkələrdə bu cür hallar gözləniləndir. -Sizin müraciətinizi ictimailəşdirdikdən sonra oxuculardan bəzi məktublar aldıq. Əksəriyyətini bir sual maraqlandırırdı. Ölkəmizdə ziyalılar niyə məmurların ayağına verilir? Siz bu suala necə cavab verərdiniz? -Əvvəla, ziyalı anlayışı xüsusilə Azərbaycan reallığı baxımından mücərrəd məfhumdur. Ziyalılıq elmi dərəcəylə yox, fərdin cəmiyyətdə tutduğu mövqe, xalqa sədaqət, dövlətə münasibətiylə ölçülür. Azərbaycan balaca dövlətdir. Balaca dövlətlərdə ziyalıların üzərinə daha böyük məsuliyyətlər düşür. Ziyalılar dünyada və regionada gedən prosesləri anlamalı, cəmiyyətimizi bu keşməkeşli vəziyyətlərdən çıxarmaq haqqında düşünməli, problemlərdən çıxış yolları axtarmalı, dövlət məmurlarıyla xalq arasında körpü rolu oynamalıdırlar. Cəmiyyətimiz də ziyalılıq meyarlarına onların bu missiyanı necə yerinə yetirdiklərinə uyğun qiymət verməlidir. Çox təəssüf ki, bizim cəmiyyətimizdə bu məsələ də həmişə öz təsdiqini tapmır. -Üzünüzə demək kimi çıxmasın, sizi tanıyanların haqqınızda ortaq görüşü var-Nizami həkim həmişə hər kəsə yaxşılıq etməyi öz borcu hesab edən adamdır. İndiki cəmiyyətdə yaxşı adam olmaq çətin deyil ki? -Ziyalının əsas xüsusiyyəti əməli ilə fikirlərini eyniləşdirmək və bunu öz həyat tərzinə çevirməkdir. Yaxşı insan olmaq, başqasına yaxşılıq etmək ziyalının bir nömrəli vəzifəsidir. Əgər birinin başqa insana ürəyi ağrımırsa, onun qarşılaşdığı məişət məsələlərindən tutmuş hüquqi problemlərinə qədər əlindən gələni əsirgəyirsə belə adamı ziyalı adlandırmaq mümkün deyil. Ondan ziyalılıq gözləməyə dəyməz. Ziyalı adlandırılan şəxs həmişə közü öz qabağına çəkirsə, məddahlığı peşəyə çeviribsə vəzifəsi və titulu nə olursa olsun, bu böyük ada layiq deyil. -Müxtəlif zamanlarda yüksək vəzifələrdə işləmisiniz. Hakim elitayla müəyyən əlaqələriniz hələ də qalır. Niyə öz imkanlarınızdan istifadə edib mülkiyyət probleminizi həll etmirsiniz? -Mən sanıldığının əksinə, heç bir zaman vəzifədə olmamışam. Sadəcə bir həkim, müəllim, vətənpərvər insan kimi müxtəlif dairələr tərəfindən qəbul olunmuşam. Buna görə də barəmdə yanlış təsəvvürlər yaranıb ki, guya nə vaxtsa böyük vəzifə tutmuşam. Vaxtilə kimlərəsə, o cümlədən indi hakimiyyətdə təmsil olunan ayrı-ayrı şəxslərə də imkanım çatdığı qədər köməkliklər göstərmişəm. Bunu ona görə etməmişəm ki, qarşılığını alım. Sadəcə vicdanım məni bu cür olmağa vadar edib. Vaxtilə bu cür münasibətlərimi görən ABŞ səfirinin məsul bir işçisi mənə maraqlı bir sual verdi:-“Biz başa düşə bilmirik ki, sən kimin adamısan; hakimiyyətin, yoxsa müxalifətin?” Düzü, sualın bu cür qoyuluşu məni xeyli təəccübləndirdi. Cavab verdim ki, mən xalqımın adamıyam. Dövlətdə təmsil olunmamağıma baxmayaraq dövlətimin nümayəndəsiyəm. Yadıma gəlir ki, İranda 1990-cı ildə zəlzələ olanda məni də ora yardıma göndərmişdilər. Qayıdarkən Təbrizdə Rübabə Muradovanın xalası oğlu radio-müxbir kimi məndən soruşdu:-“Doktor, Təbriz gözəldir, yoxsa Bakı?” Mənim cavabım belə oldu:-“Təbriz anadır, Bakı bala. Hansı gözəl olar, siz ayırd edin.” Mən həmişə bu ölkəyə vətənpərvər kimi yanaşmışam. Onun hər bir övladına diqqətim eyni olub. Məsləyim də mənim belə olmağımı şərtləndirir. Bir həkim üçün xəstə var, hakim elita, sadə vətəndaş yoxdur. -O zaman mən sualı bu şəkildə qoyum. Bu problemin həlli üçün niyə hakimiyyətdəki dostlarınıza müraciət etmirsiniz? -Əvvəla, mənim hakimiyyətdə dostlarım yoxdur. Vaxtilə dostluq münasibətində olduğum adamlar və tanışlarım var. Onlar da bu məsələdən xəbərdardırlar. Məsləhət bilsəydilər həll edərdilər. İkinci, mənim onlara xüsusi ricamın olması da vacib deyil. İnsanların hüquqlarını bərpa etmək və qorumaq dövlət məmurlarının birbaşa vəzifələrinə aid məsələdir. İllah müraciət etməyim lazımdırsa sizin vasitənizlə Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət edirəm. Cənab nazir, siz 20 il əvvəl mənə demişdiniz ki, nə sualım olsa sizə bildirim. İndi mənim sizinlə görüşmək imkanım məlum səbəblərdən yoxdur. Məhz buna görə də problemimi sizə mətbuat vasitəsilə çatdırıram. Mənim Xəzər rayon icra hakimiyyəti tərəfindən pozulan hüququmun məhkəmə vasitəsilə bərpası qeyri-qanuni olaraq yubadılır, gözardı edilir. Bir il 2 ay ərzində gedən məhkəmə prosesində icra hakimiyyəti nümayəndəsinin yalnız bir dəfə iştirakına necə hüquqi qiymət vermək olar? Çox arzu edərdim ki, Siz bu məsələdə qanunun yol verdiyi çərçivədə öz köməkliyinizi əsirgəməyəsiniz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
|