DİA.AZ: - Azərbaycanda vəhabilərin radikal qanadının lideri kimi tanınan Əlixan Musayev bu gün bütün dünyada məhz elə MÜSƏLMAN QATİLLƏRİ kimi tanınan İŞİD üzvlərinin şəninə təriflər yağdırıb.
Bu barədə DİA.AZ-a göndərilən materialdan anlaşılır. Belə ki, İŞİD üzvləri ilə bağlı suala cavab verən Əlixan Musayev bildirir ki, onların sıralarında həqiqətən də İslam uğrunda savaşanlar da var.
Hər halda, bu gün müsəlmanlara qarşı xüsusi amansızlığı ilə seçilən İŞİD üzvlərinin sırasında nəinki bir normal İslam Mücahidinin, hətta normal insanın olduğuna inanmaq çox çətindir.
Amma Əlixan Musayev bu inanılması çətin olan məsələni əminliklə iddia edir…