Əbülfəs Qarayevin adamı Sabirabadda aranı qatıb - Pul toplayır - Narazılıq var...
Tarix: 18-02-2015, 14:41 |
Çap et
GUNDEMİNFO.AZ-ın redaksiyasına daxil olan məlumata əsasən Mədəniyyət və Turizm Nazirliyinin Sabirabad rayon şöbəsindən hər bir işçidən ayın sonunda 25 manat pul toplanır. Şikayət edən işçilər deyirlər ki, onlar hər ay 118 manat vəzifə üzrə əmək haqqı alırlar. Lakin şöbənin rəisi hər bir işçidən ayın sonunda 25 manat pul toplayır. Toplanmış pulların isə şöbə rəisi Əhməd Ramazanovun adı ilə guya bu il keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq (?) məqsədilə həyata keçirildiyi söylənilir. Daxil olan informasiyaya əsasən rayondakı mədəniyyət işçilərinə deyiblər ki, mədəniyyət və turizm təşkilatı olduğundan bu sahədə hazırlıqlar da məhz idarənin üzərinə düşür.
Mövzu ilə bağlı daha ayrıntılı faktları sizlərə təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.