Cahangir Əsgərovun keçmişi ilə bağlı ilginc faktlar - Yevlax Hava Limanının rəisi postundan nəyə görə çıxarılmışdı?
Tarix: 25-02-2015, 17:40 | Çap et
Hesablama Palatasının Vergilər Nazirliyi ilə birlikdə Azərbaycan Hava Yolları (AZAL) Qapalı Səhmdar Cəmiyyətində yoxlama aparacağı haqda xəbər vermişdik. Qeyd edək ki, bu barədə qərar Hesablama Palatasının bir neçə gün öncə keçirilən kollegiyasında qəbul edilib. Kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə (QSC) ayrılan vəsaitlərin istifadəsinə və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirləri üzrə proqramlar təsdiq olunub.
Eyni zamanda Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, eləcə də dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğun dair nəzarət tədbirləri üzrə proqram da təsdiqlənib. Ümumiyyətlə, son zamanlar yuxarılar səviyyəsində AZAL-ın, o cümlədən qurumun rəhbəri Cahangir Əsgərovun fəaliyyətinə nəzarət xeyli gücləndirilib. Bu isə səbəbsiz deyil. Bildiyiniz kimi, QSC sədrinin dövlət büdcəsindən AZAL-a ayrılan vəsaitlərin təyinatı üzrə xərcləməməsinə və özünə biznes şəbəkəsi yaratmasına dair yerli KİV-lərdə intensiv məlumatlar verilir. Məhz buna görə də yuxarı instansiyalar büdcəyə külli miqdarda ziyan vurmaqda ittiham olunan Cahangir Əsgərovun fəaliyyətini nəzarətə götürüblər. Bu isə o deməkdir ki, QSC sədrinin başının üzərində dolaşan qara buludlar sonda onun üçün xoş nəticələnməyə bilər. Məlumat üçün bildirək ki, Əsgərov Cahangir Cəlal oğlu 11 iyul 1950-ci ildə Bakıda anadan olub. Leninqrad Mülki Aviasiya Məktəbini bitirən Cahangir Əsgərov Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini vəzifələrində çalışıb. 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi postunda işləmiş, bir ildən sonra adı korrupsiyada hallandırılmış və tutduğu vəzifədən uzaqlaşdırılmışdır. 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən isə Dövlət Konserninin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib. "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru vəzifəsinə 1996-cı ildə gətirilib və bu günə qədər sözügedən postda oturub. Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, Cahangir Əsgərov bu sahədə ilk addımlarını atarkən böyük qanunsuzluğa yol verib və buna görə cəzalandırılıb. Əldə etdiyimiz məlumatlara əsasən, 1978-ci ildə Yevlax Hava Limanının rəisi kimi yüksək vəzifəyə təyinat alan Cahangir Əsgərov bu vəzifədə cəmi bir il işlədikdən sonra ona qarşı "dövlət əmlakını mənimsəmə" maddəsi ilə cinayət işi başlanıb və həbs edilib. Lakin sonradan o zaman Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifə tutan atası Cəlal Əsgərovun səyi nəticəsində tezliklə azadlığa buraxılıb: "Bir neçə il ayrı-ayrı vəzifələrdə çalışan məmur daha sonra atasının yardımı ilə aviasiya işçilərinin Həmkarlar İttifaqının sədri vəzifəsinə təyin edilib. Halbuki, barəsində açılan cinayət işi səbəbindən onun belə bir vəzifəyə gətirilməsi düzgün deyildi. O, sədr kimi fəaliyyət göstərdiyi müddətdə həyata keçirdiyi işlər nəticəsində böyük kapital yığmağı bacarıb. AZAL rəhbərliyi onun fəaliyyətindən şübhələnir, yoxlamalara başlanılır və məlum olur ki, Cahangir Əsgərov Həmkarlar İttifaqının gəlirlərindən külli miqdarda pul mənimsəyərək, həmin vəsaiti şəriki olduğu bank vasitəsilə ölkədən çıxarıb. AZAL rəhbərliyinə Ədalət Əliyevin gəlişi Cahangir Əsgərov üçün bir müddət yeni problemlər və sıxıntılar yaratdı. Çünki Ədalət Əliyev israrla şirkətə ziyan vurmuş Cahangir Əsgərovun qanunun tələbləri çərçivəsində cəzalandırılmasını istəyirdi. Beləcə, Cahangir müəllim bəzi dostlarının köməyi ilə ölkədən çıxarılır və AZAL-ın İstanbuldakı təmsilçisi kimi fəaliyyətə başlayır. Lakin o qardaş ölkədə də bir sıra qanunsuzluqlar törədir. Nəticədə türk polisi tərəfindən həbsə atılır. Səbəb kimi onun "Türk hava yolları" ilə saxta müqavilələr əsasında 380 min dolları mənimsəməsi göstərilib. Amma məmur bu dəfə də həbsdən yaxa qurtarmağı bacarır. Və bundan bir müddət keçdikdən sonra AZAL-ın rəhbəri təyin olunur". Araşdırmalara görə, Cahangir Əsgərov ölkə məmurları arasında özünəxas xüsusiyyətlərə malik oliqarxlardan hesab olunur: "Gəlirli sahələr üzərində nəzarət imkanlarını daim artırmağı qarşısına məqsəd qoyan məmur məqsədinə çatmaq üçün bütün yollara baş vurur. O Azərbaycana gələn və istənilən hotelə yerləşən əcnəbi üçün "karqo" deyilən xidmət yaradıb ki, buradan da böyük məbləğdə gəlir götürür. Sözügedən daşıma xidmətini yüksək səviyyədə təşkil etmək üçün Cahangir Əsgərov hətta hotellərdə "nümayəndəlik" də açıb. Eyni zamanda ona məxsus olduğu güman edilən bir neçə hotel var ki, bunlar da məhz elitar əcnəbi qonaqlar üçün nəzərdə tutulub". Araşdırmalar nəticəsində AZAL şefinin yaşadığı lüks həyatla bağlı da bəzi ilginc məqamları üzə çıxara bildik. Xatırladaq ki, bir müddət əvvəl bəzi mətbuat orqanlarında yayılan məlumatlarda QSC sədrinin işdən sonra dincəlmək üçün təkcə bir əyləncəsinə 25 milyon manat xərclədiyi bildirilirdi. Deyilənə görə, adıçəkilən məmur Şüvəlandakı imarətinin həyətində şəxsi zoopark yaradıb: "Ekzotik əyləncələrin, uzaq yerlərə, adalara səyahətlərin AZAL prezidentinin zəif yeri olduğu hamıya məlumdur. Onun Şüvəlandakı şəxsi zooparkı da bu aludəçiliyin məhsuludur. Həmin heyvanat bağçası 7 hektarlıq bir ərazidə salınıb. Bu qeyri-adi əyləncə və istirahət məkanının araya-ərsəyə gəlməsinə bir neçə il vaxt və milyonlar sərf olunub. Zooparkın layihəsi Bakıdakı dizayn studiyalarından biri tərəfindən hazırlanıb. Zoopark AZAL prezidentinin istəyi ilə Afrikadakı məşhur milli parkların - Tanzaniya və Keniya milli parklarının, açıq səma altındakı bu bənzərsiz təbiət qoruqlarının landşaft və aurasının eynisidir. Həmin dizayn studiyasının əməkdaşları Afrika təbii-coğrafi mühitinin bir parçasını Şüvəlana köçürmək üçün AZAL-ın çarter reysləri ilə bir neçə dəfə Tanzaniya və Keniya milli parklarına ezam olunublar. Orada müşahidələr apararaq Bakıdakı özəl zooparkı necə qurmağın yollarını öyrəniblər. Təkcə layihələndirmə işlərinə 200 min dollardan çox - 170 min manat vəsait xərclənib. Əsgərov parkın yaradılmasına xüsusi diqqət yetirib, tez-tez ora baş çəkərək işlərin gedişatı ilə tanış olub. Onun arzuladığı kimi başa gəlməsi üçün heç nəyi əsirgəməyib. Sonda da səylərinin nəticəsini görüb. Hazırda bu parkda hər cür qeyri-adi, ekzotik, nadir canlıya, müxtəlif quş və heyvanlara rast gəlmək olar. Onların arasında hətta "Qırmızı kitab"a düşmüş heyvan və quşlar da var". Özəl qaynaqlardan əldə etdiyimiz məlumatlarda isə deyilir ki, AZAL rəhbərinin yuxarılarda nüfuzdan düşməsinin səbəbi məhz bu tip informasiyalardır: "Cahangir Əsgərovun işindən daha çox istirahətinə, şəxsi biznesinə vaxt ayırması yuxarılarda böyük narazılığın meydana gəlməsinə səbəb olub. Elə bu səbəbdən AZAL rəhbərinin "vurulması" prosesinə start verilib. Şirkətdə aparılacaq vergi və maliyyə yoxlamaları bütün qaranlıq məqamlara aydınlıq gətirəcək. Cahangir Əsgərov həm də "AST Telman" kimi tanınan iş adamı Telman İsmayılova görə qəzəbə düçar olub. Belə ki, "Milyarderlər İtiffaqının" təmsilçisi olan Telman İsmayılovla Cahangir Əsgərovun yaxın münasibətləri var. QSC sədrinin milyarderlə münasibəti yuxarıları razı salmır. Artıq yuxarılar Cahangir Əsgərova etimad göstərmir. Hazırda onun işdən çıxarılma məsələsi gündəmdədir. Hesablama Palatası, Vergilər və Maliyyə nazirliklərinin yoxlamalarından sonra AZAL rəhbərinin karyera taleyinə aydınlıq gətiriləcək". Fikrimizcə, kimliyindən asılı olmayaraq dövlətin büdcəsinə ziyan vuran, dövlətin əmlakını talan edən şəxslər layiq olduqları cəzanı almalıdır. O ki qaldı Cahangir Əsgərovun keçmişindəki qaranlıq məqamlara, aidiyyəti qurumlar bunu dərindən araşdırıb öz qərarını verməlidir. Məsələ ilə bağlı AZAL rəhbərinin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz bir nəticə vermədi. Buna rəğmən, qarşı tərəfin də cavab haqqını tanıyırıq.
P.S. Hələ biz Batumidəki hoteldən danışmırıq.
(Ardı var)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51 |
|
|
|
• Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50 |
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
|